Icma.az
close
up
RU
Avropa Məhkəməsinin “yenidən bax” dediyi işə Azərbaycan məhkəməsi barmaqarası baxır "Gilan"ın toxunulmazlıq DOSYESİ

Avropa Məhkəməsinin “yenidən bax” dediyi işə Azərbaycan məhkəməsi barmaqarası baxır "Gilan"ın toxunulmazlıq DOSYESİ

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Azərbaycan məhkəmə sistemində nadir rast gəlinən qərarlardan biri - Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2024-cü ilin yanvarında çıxardığı “Aygün Mahmudova Azərbaycana qarşı” qərarı, 15 ildir davam edən bir daşınmaz əmlak mübahisəsini yenidən məhkəmə müstəvisinə qaytarıb. İşdə fövqəladə hallar naziri Kamaləddin Heydərovun ailə holdinqi olan "Gilan"ın adı keçir. Söhbət alqı-satqı predmeti olan mülkə görə dəyərinin ödənilməməsi və saxta sənədlərlə vətəndaş Aygün Mahmudovanın əmlakının ələ keçirilməsindən gedir.

Ali Məhkəmə AHİM qərarını əsasında Azərbaycan məhkəmələrinin çıxardığı bütün qanunsuz qərarları ləğv edib və işə yenidən baxılması üçün məhkəmələrə göstəriş verib. İş hazırda Bakı Apellyasiya Məhkəməsindədir və növbəti proses 28 oktyabr tarixinə təyin olunub.

Aygün Mahmudovanın “Gilan” MMC ilə uzun illərdir davam edən hüquqi mübarizəsi bu dəfə də biabırçı və qanunsuz qərarlar verilməklə sonuclana bilər. Bu isə "Konstitusiya və Suverenlik ili"ndə Azərbaycan adına böyük rəzalət olar.


Saxtalaşdırılmış sənədlər, itirilmiş mülkiyyət

Hər şey 2010-cu ilin payızında, Aygün Mahmudovanın özünə məxsus əmlakın sənədlərinin saxtalaşdırılaraq “Gilan” MMC tərəfindən qanunsuz ələ keçirildiyini aşkar etməsindən sonra başlayıb.

O, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb edib. Hakim Elmar Kərimovun 14 oktyabr 2010-cu il tarixli qərarı ilə Aygün Mahmudovanın iddiası qismən təmin olunub, “Gilan” MMC ilə bağlanmış saxta alqı-satqı müqaviləsi etibarsız elan edilib, daşınmaz əmlakın dövlət qeydiyyatına dair sənədləri ləğv olunub. Lakin bir neçə ay sonra, 2011-ci ilin martında, Bakı Apellyasiya Məhkəməsi (hakimlər X.Məmmədov, K.Bədəlov və E.Nəbiyev) “Gilan” MMC və Bayramova Aidə Ənvər qızının apellyasiya şikayətlərini qismən təmin etdi, Mahmudovanın xeyrinə olan hissələr ləğv olundu.

Üstəlik, məhkəmə Bayramova Aidə Ənvər qızının Aygün Mahmudovanın adından verilmiş ümumi etibarnamə ilə əmlak üzərində apardığı əməliyyatlarda cinayət əlamətləri ola biləcəyini qeyd edərək, Xüsusi qərardadla Baş Prokurorluğa müraciət etdi.

Ancaq 14 il keçməsinə baxmayaraq, bu qərardad üzrə heç bir istintaq aparılmayıb.

Aygün Mahmudova Ali Məhkəməyə kassasiya şikayəti verərək, apellyasiya instansiyasının həm maddi, həm də prosessual hüquq normalarını pozduğunu bildirib.

Lakin hakim Ələsgər Əliyevin sədrliyi ilə Ali Məhkəmənin Mülki Kollegiyası onun şikayətini rədd edib.

Beləcə, Azərbaycan məhkəmələri səviyyəsində Aygün Mahmudovanın ədalət axtarışı bitib. O, 2011-ci ilin oktyabrında AİHM-ə müraciət edib.

AİHM 18 yanvar 2024-cü il tarixli qərarı ilə Aygün Mahmudovanın Konvensiyanın 6-cı maddəsi üzrə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu tanıyıb.

Bu qərardan sonra Ali Məhkəmənin Plenumu 9 oktyabr 2024-cü ildə verilmiş qərarı ilə 2011-ci ildə verilmiş Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin qərarını ləğv edib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Plenum qərarında açıq şəkildə bildirilib ki, apellyasiya instansiyası iddianın hüquqi nəticələrini bərpa etmədən, mülkiyyətin qaytarılması və ya əvəzinin ödənilməsi məsələsini həll etmədən qərar çıxarıb, bu isə Mülki Məcəllənin 337.5-ci maddəsinə ziddir.

Aygün Mahmudova deyir ki, hazırda iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakimlər Fərrux Qasımov, Günay Axundova, Leyla Əliyevanın icraatındadır. Onun sözlərinə görə vəkili 2025-ci ilin sentyabr-oktyabr aylarında məhkəməyə bir-birinin ardınca vəsatətlər təqdim edib:

2236 nömrəli vəsatətlə sənədli təftiş və xəttşünaslıq ekspertizasının təyin edilməsi,

2243 nömrəli vəsatətlə vacib sənədlərin tələb edilməsi,

2252 və 2253 nömrəli ərizələrlə saxta kassa orderi və sübutların təmin edilməsi barədə olub.

Lakin məhkəmə bu sənədlərin heç birinə heç bir əsas gətirmədən baxmayıb!

Üstəlik, 11 və 19 sentyabr tarixli müvəqqəti təminat tədbirləri barədə vəsatətləri də heç bir əsaslandırma aparmadan rədd edilib.

Aygün Mahmudova bir daha ailəsinin 17 ildir ədalət axtarışında olduğunu vurğulayaraq ölkə rəhbərliyindən bu işin şəxsi nəzarətə götürülməsini və “Gilan” MMC-nin saxtakarlıqlarına hüquqi qiymət verilməsini xahiş edir:

“Sizdən xahiş edirəm ki, bu özbaşınalığa son qoyasınız. Mən “Konstitusiya və Suverenlik İli”ndə ədalət istəyirəm”.

Avropa Məhkəməsinin qərarına baxmayaraq, 2025-ci ilin payızında da Aygün Mahmudova hələ də məhkəmə dəhlizlərindədir.(Musavat.com)


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see300

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see186

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see156

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see123

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see120

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see120

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri