Icma.az
close
up
RU
Avropa ölkləri Azərbaycan qazı istəyirsə, müvafiq vəsait ayırmalıdır Parlamentari

Avropa ölkləri Azərbaycan qazı istəyirsə, müvafiq vəsait ayırmalıdır Parlamentari

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var".

Bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu həcmi artırmağa hazırdır. Prezidentin sözlərinə görə, 2021-ci ildə bu rəqəm 8 milyard kubmetr idi, bu gün isə 13 milyard kubmetrdir: "Bu, bizim ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır".

Prezident deyib ki, bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir: "Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Genişlənmə üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa maliyyə institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq başa çatmış bir məsələ olan mövzu yenidən inkişaf etdirilə bilər”.


Millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki, Azərbaycan Avropa ilə normal əməkdaşlıq edir: 


“Avropa  deyəndə birmənalı sistemi nəzərə almaq olmaz. Azərbaycanın bir sıra ölkələrlə  strateji tərəfdaşlıq və iqtisadi sahədə bağları var. Bununla yanaşı, Azərbaycan Avropanın təhsil sistemi ilə də əməkdaşlıq edir, hətta elmi sahədə də tərəfdaşlıqları mövcuddur. Avropada çox zəngin və siyasiləşən erməni diasoporası Azərbaycana qarşı genişmiqyaslı müharibə aparıb. Erməni diasporasının istəyi Cənubi Qafqazda yenidən müharibələri canlandırmaq, Ermənistanı məqsədləri üçün istifadə etməkdir. Bir sıra Avropa ölkələrinin seçki öncəsi təsir imkanları çox güclüdür. Məsələn, Fransada, Beliçkada, Hollandiyada, Niderlandda onların geniş imkanları var və erməni diasporu bu  ölkələrin  parlamentlərini Azərbaycana qarşı  istifadə etməyə çalışırlar”. 

Millət vəkilinin sözlərinə görə, Avropa ölkələri siysətlərində ciddi dəyişikliklər etməlidirlər:

“Avropa ölkləri daha böyük həcmdə Azərbaycan qazı istəyirsə, müvafiq vəsait ayırmalıdır və bu layihələr maliyyələşməlidir. Azərbaycan öz imkanlarından istifadə edərək artıq böyük həcmdə Avropaya çatdırılan qazı artırıb. Lakin Avropa daha çox qaz istəyirsə, onlar bu istiqamətdə müəyyən tədbirlər görməlidirlər. Azərbaycanı Avropada ilk növbədə maraqlandıran təhsil, elm və mədəniyyət sahəsində olan əməkdaşlıqdır. Azərbaycan enerji sahəsində genişmiqyaslı işlər aparır. Azərbaycanın neft və qaz sahəsində əməkdaşlıq etdiyi ölkələr bəllidir və bu istiqamətdə işlərini davam etdirməyə hazırdır”. 


Kəmalə Vəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyul 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri