Icma.az
close
up
RU
Avropa Parlamenti real sülh gündəliyinə qarşı: Brüssel İrəvan xəttinin Cənubi Qafqaz sabotajı

Avropa Parlamenti real sülh gündəliyinə qarşı: Brüssel İrəvan xəttinin Cənubi Qafqaz sabotajı

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Avropa Parlamentində Azərbaycanla bağlı təşkil edilən dinləmələr mahiyyət etibarilə insan haqları və ya demokratik dəyərlərlə bağlı deyil. Bu dinləmələr ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə formalaşdırılmış və hazırda Vaşinqtonun rəsmi xarici siyasət xəttinə çevrilmiş real sülh gündəliyinə qarşı Avropa İttifaqı-Ermənistan siyasi sabotaj oxunun sistemli müqavimətinin tərkib hissəsidir. Avropa Parlamenti bu prosesdə müstəqil və obyektiv institut kimi deyil, ideoloji və geosiyasi maraqların icraedici platforması qismində çıxış edir.

Milli.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli deyib.

Millət vəkili vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın birbaşa siyasi iradəsi ilə irəli sürülmüş sülh gündəliyi Cənubi Qafqazda postmünaqişə mərhələsinin əsas konturlarını müəyyənləşdirir. Bu gündəliyin əsas sütunlarından biri olan TRIPP layihəsi dövlətlərin ərazi bütövlükləri, sərhədlərinin toxunulmazlığı və suverenlikləri ilə bağlı qarşılıqlı tanınma, kommunikasiyaların açılması, təhlükəsizlik mexanizmlərinin institusionallaşdırılması və regional iqtisadi inteqrasiyanı nəzərdə tutur:

"Lakin Aİ ilə Ermənistan arasında qəbul edilmiş son sənədlərdə TRIPP layihəsinə istinadın tamamilə kənarda saxlanılması texniki boşluq deyil, şüurlu geosiyasi seçimdir. Brüssel və İrəvan Vaşinqton formatını prosesdən kənarlaşdırmağa, onu Paris-Brüssel mərkəzli, lakin real nəticə verməyəcək alternativ gündəmlə əvəzləməyə çalışır".

Deputatın sözlərinə görə, Avropa İttifaqı daxilində fəaliyyət göstərən sorosçu şəbəkələr, radikal liberal dairələr və "voukist" ideoloji qruplar milli suverenliyə əsaslanan real siyasəti qəbul etmirlər. Bu qruplar üçün ayrı-ayrı regionlarda həqiqi sülh deyil, idarə olunan gərginlik, dondurulmuş münaqişələr və xarici təsir mexanizmlərinin qorunması daha əlverişlidir. Məhz onların təsiri altında Aİ institutları Cənubi Qafqazda yaranmış tarixi fürsəti dəstəkləmək əvəzinə, onu zəiflətməyə yönəlmiş ritorika və siyasi alətlərdən istifadə edirlər:

"Avropa Parlamentinin Azərbaycana münasibətdə tutduğu mövqe epizodik xarakter daşımır, illər ərzində formalaşmış sistematik qərəzin nəticəsidir. İşğal dövründə bu təsisat Azərbaycanın ərazi bütövlüyünə münasibətdə, ən yaxşı halda susqunluq və riyakarlıq nümayiş etdirib, beynəlxalq hüququ selektiv şəkildə tətbiq etməyə çalışıb. Vətən müharibəsinədək Avropa Parlamenti Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyi halda, Azərbaycan mövzusunda bu prinsipdən yayınıb. Müharibədən sonra isə eyni qurum revanşist ritorika ilə çıxış edərək yeni regional reallıqları qəbul etmədiyini açıq şəkildə ortaya qoyub.

Ermənistan ərazisində fəaliyyət göstərən Avropa İttifaqının EUMA missiyası nə ATƏT mandatına malikdir, nə də region dövlətləri arasında razılaşdırılmış hüquqi çərçivəyə söykənir. Bu missiya sülhməramlı mexanizm deyil, siyasi müşahidə adı altında təsir və təzyiq alətidir. Onun fəallaşması Aİ-nin neytral əlaqələndirici yox, birbaşa tərəf kimi çıxış etdiyini və bölgədə yeni gərginlik ocaqları yaratmağa çalışdığını təsdiqləyir.

Aİ-nin Ermənistanla koordinasiyalı fəaliyyəti Vaşinqtonda əldə edilmiş razılaşmaların faktiki olaraq sıradan çıxarılmasına yönəlib. ABŞ-nin liderliyi ilə irəliləyən sülh prosesi konkret yol xəritəsinə və nəticəyönlü mexanizmlərə əsaslandığı halda, Paris-Brüssel xətti daha çox bəyanatlar, şərti yanaşmalar və Ermənistanı himayə edən mövqe ilə seçilir. Bu yanaşma regionun real ehtiyaclarından deyil, Aİ-nin itirilmiş geosiyasi subyektliyini kompensasiya etmək cəhdlərindən qaynaqlanır".

E.Mirzəbəyli bildirib ki, Avropa İttifaqının beş Azərbaycan gəmisinə qarşı sanksiya tətbiq etməsi də hüquqi və siyasi baxımdan əsassızdır:

"Əgər məqsəd Rusiyaya qarşı sanksiyaların real icrasıdırsa, Yunanıstan və Kiprə məxsus enerji daşıyan gəmilər, eləcə də Almaniyanın Rusiyadan davam edən iri həcmli neft idxalı əsas diqqət mərkəzində olmalı idi. Avropada istehsal olunan elektronikanın Ermənistan vasitəsilə Rusiyaya ötürülməsi və Ukraynaya qarşı müharibədə istifadə edilməsi isə Aİ-nin göz yumduğu açıq sanksiya pozuntusudur. Boru kəməri qazının azaldılıb, maye qaz idxalının əhəmiyyətli dərəcədə artırılması da bu riyakarlığın başqa bir təzahürüdür.

Avropa Parlamentinin Azərbaycanda insan haqları ilə bağlı dinləmələr təşkil etməsi fonunda, Ermənistanda təkcə 2025-ci ildə onlarla müxalifətçinin, dini xadimin, jurnalistin və ictimai fəalın uydurma ittihamlarla həbs edilməsi faktına susması açıq ikili standartdır. Bu həbslərlə bağlı nə dinləmələr keçirilir, nə də hər hansı qətnamə qəbul olunur. Bu fakt bir daha göstərir ki, Avropa Parlamenti üçün insan haqları universal dəyər deyil, siyasi təzyiq alətidir.

Son dörd ildə Ermənistan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda paralel idxal və ixrac əməliyyatlarının əsas kanallarından birinə çevrilib. Bu faktlar beynəlxalq araşdırmalarda və media materiallarında, o cümlədən "Anewz" tərəfindən hazırlanmış sənədli filmdə açıq şəkildə nümayiş etdirilir. Aİ-nin bu fəaliyyətə qarşı hər hansı real addım atmaması Brüsselin İrəvanla qeyri-rəsmi siyasi razılaşmalarının mövcudluğunu təsdiqləyir.

Avropa Parlamentinin Azərbaycanı müharibə cinayətlərində ittiham olunan şəxsləri azad etməyə çağırması, xüsusilə Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biri olan Ruben Vardanyanla bağlı mövqeyi ciddi ziddiyyət yaradır. Bu yanaşma hüquqi prinsiplərə deyil, açıq siyasi sifarişə əsaslanır və Avropa Parlamentinin obyektivliyini tam şəkildə şübhə altına alır".

Milli Məclisin üzvü əlavə edib ki, Avropa İttifaqının regionda yenidən ayırıcı xətlər çəkməyə çalışması Azərbaycanın artan siyasi, iqtisadi və geosiyasi nüfuzundan irəli gələn narahatlıqla bağlıdır. Azərbaycan artıq regional proseslərin obyekti deyil, əsas subyektlərindən biridir və bu reallıq bəzi Avropa dairələri tərəfindən qəbul edilmir.

"Reallıq ondan ibarətdir ki, Avropa İttifaqı qlobal siyasətdə tədricən zəifləyir və strateji subyektliyini itirir. ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında Avropada dərinləşən siyasi, institusional və dəyər böhranı açıq şəkildə etiraf olunur. Avropanın taleyinin Ukraynada həll olunduğu bir dövrdə Avropa Parlamentinin Azərbaycanla bağlı ikinci dərəcəli və siyasi çəkisi olmayan mövzuları qabartması institusional çaşqınlığın bariz nümunəsidir.

Avropa İttifaqının və Avropa Parlamentinin Cənubi Qafqazda sülh gündəliyinə zidd fəaliyyəti Azərbaycanın strateji kursuna heç bir təsir göstərməyəcək. Azərbaycan siyasətinin əsasında milli maraqlar dayanır və bu maraqların reallaşdırılmasından ölkəmizi heç bir xarici təzyiq çəkindirə bilməz. Korrupsiya qalmaqalları ilə nüfuzunu itirmiş Aİ institutları, o cümlədən yüksək vəzifəli rəsmilərlə bağlı iddialar fonunda, başqalarına dərs keçmək əvəzinə, öz daxili problemləri ilə məşğul olmalıdır. Avropa Parlamenti isə islamofob və türkofob yanaşmaları ilə tanınan, qəbul etdiyi qətnamələrin və dinləmələrin Azərbaycan üçün heç bir hüquqi qüvvə yaratmadığı siyasi platforma olaraq qalır", - deyə o qeyd edib.
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Dekabr 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see288

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see235

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see202

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see192

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see183

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see178

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see172

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see169

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see165

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see164

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see145

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see143

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see142

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see141

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see140

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see137

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see134

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri