Icma.az
close
up
RU
Avropa silahlanır, Azərbaycanın sülhə töhfələri artır

Avropa silahlanır, Azərbaycanın sülhə töhfələri artır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə büdcəmiz postmüharibə dövründə sabitliyi qorumağa xidmət edir

Beynəlxalq münasibətlər sistemində son illərdə müşahidə olunan gərginliklər qlobal təhlükəsizlik arxitekturasını ciddi sınaq qarşısında qoyub. Bu prosesin ən açıq təzahürlərindən biri dünyanın aparıcı dövlətləri arasında silahlanma yarışının yenidən sürətlənməsidir. Regional münaqişələr, böyük güclər arasındakı rəqabət və etimadsızlıq mühiti hərbi xərclərin artırılmasını stimullaşdırır.

Açıqlanan statistik məlumatlar bir çox ölkələrin sosial-iqtisadi prioritetlərdən daha çox müdafiə xərclərinin artırılmasına üstünlük verdiklərini göstərir. Nəticədə qlobal miqyasda silahlanma təkcə təhlükəsizlik məsələsi deyil, həm də beynəlxalq siyasətin əsas istiqamətlərindən birinə çevrilir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2020–2024-cü illərdə qlobal silah ticarətinin vəziyyətinə dair dərc etdiyi hesabat dünyada silahlanma yarışının geniş vüsət aldığının göstəricisi hesab oluna bilər. Hesabatda qeyd edilir ki, bu illər ərzində Avropanın hərbi idxalı 2015–2019-cu illərlə müqayisədə 155 faiz artıb.

SIPRI bildirir ki, ABŞ-nin qlobal silah ixracındakı payı 43 faizə yüksəlib, Rusiyanın ixracı isə 64 faiz azalıb. Hərbi təyinatlı məhsulların ümumi həcmi isə 2015–2019 və 2010–2014-cü illərdə olduğu kimi qalsa da, 2005–2009-cu illərlə müqayisədə 18 faiz yüksək olub. Bundan əlavə, 2020–2024-cü illər üzrə dünyanın ilk 10 silah ixracatçısının siyahısı 2015-2019-cu illərdə olduğu kimi qalıb. Bu siyahıda ilk beşlikdə ABŞ, Fransa, Rusiya, Çin və Almaniya qərarlaşıb. Siyahıda qlobal payı 7,8 faiz olan Rusiya Fransadan (9,6 faiz) sonra üçüncü yerə yüksəlib. Ən böyük silah ixracatçıları arasında olan Çin 2020–2024-cü illərdə 5,9 faiz qlobal həcm payı ilə dördüncü yerdədir. Hesabat müəllifləri qeyd ediblər ki, Çinin öz məhsullarını tanıtmaq səylərinə baxmayaraq, bir çox iri idxalçılar siyasi səbəblərdən onları almaqdan imtina ediblər. İtaliya isə 4,8 faizlə onuncu yerdən altıncı pilləyə irəliləyib.

Məşhur tədqiqat mərkəzinin hesabatı göstərir ki, dünyada silahlanma prosesi artıq ayrı-ayrı regionlarla məhdudlaşmır və qlobal xarakter alır. Xüsusilə Avropada hərbi idxalın kəskin şəkildə – 155 faiz artması təhlükəsizlik narahatlıqlarının nə qədər dərinləşdiyini açıq şəkildə ortaya qoyur. Bu artım əsasən Ukrayna müharibəsi, Rusiya ilə Qərb arasında qarşıdurma və NATO ölkələrinin müdafiə xərclərini artırmaq qərarları ilə bağlıdır. Hesabatda ABŞ-ın qlobal silah ixracında payının 43 faizə çatması Vaşinqtonun bu sahədə mövqeyini daha da gücləndirdiyini göstərir. ABŞ təkcə hərbi güc deyil, eyni zamanda silah ticarəti vasitəsilə siyasi təsir imkanlarını da genişləndirir. Bunun fonunda Rusiyanın ixracının 64 faiz azalması diqqət çəkir. Sanksiyalar, istehsal və logistika problemləri, eləcə də müharibənin yaratdığı risklər Moskvanın silah bazarındakı mövqeyini ciddi şəkildə zəiflədib.

* * *

Bu fonda ölkəmizin müdafiə və milli təhlükəsizlik xərclərini artırması qanunauyğun və təbii sayılmalıdır. Məlumdur ki, bu sahəyə 2026-cı ilin dövlət büdcəsi xərclərinin 21 faizi həcmində və ya 8 milyard 714,8 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulur. Bu da 2025-ci illə müqayisədə 4 faiz və ya 319 milyon manat çoxdur. Ancaq Azərbaycanın hərbi və milli təhlükəsizlik xərclərini artırması qətiyyən hansısa yeni hərbi kampaniyaya hazırlıqla bağlı deyil. Azərbaycan Prezidenti çıxışlarında bir neçə dəfə bildirib ki, bizim üçün münaqişə və müharibə səhifələri qapanıb. Ölkəmiz hazırda sülh quruculuğu yolunda inamla addımlayır. Dövlətimizin başçısı 2025-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bu barədə dedi: “Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə, öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq...”.

Prezident İlham Əliyev bir neçə gün sonra – 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bu istiqamətdə fikirlərini daha geniş açıqladı: “Birinci dəfə deyil ki, mən bu Zirvə görüşlərində (Türk Dövlətləri Təşkilatının zirvə görüşləri nəzərdə tutulur–S.H.) bu məsələyə toxunuram. Çünki bilirəm və görürəm, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə, ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır... Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”.

Beləliklə, bir daha aydın olur ki, qlobal miqyasda silahlanma yarışının sürətləndiyi bir dövrdə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərclərini artırması tam məntiqli və əsaslandırılmış addımdır. 2026-cı ilin dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitin artırılması ölkənin mövcud və potensial riskləri real qiymətləndirdiyini göstərir. Bu artım hansısa hərbi kampaniya niyyəti ilə deyil, dəyişən beynəlxalq mühitdə dövlətin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan üçün müharibə mərhələsi artıq geridə qalıb və ölkə sülh quruculuğu yolunu seçib. Lakin bugünkü beynəlxalq münasibətlər sistemində hüquq normalarının zəifləməsi, güc faktorunun ön plana çıxması hər bir dövləti öz müdafiə imkanlarını gücləndirməyə vadar edir. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr bu reallığı hər gün təsdiqləyir. Bu baxımdan Azərbaycanın hərbi potensialını artırması preventiv xarakter daşıyır və ölkənin suverenliyinin, ərazi bütövlüyünün qorunmasına xidmət edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, müasir dünyada təhlükəsizlik təkcə silahlanma deyil, həm də əməkdaşlıq, müttəfiqlik və qarşılıqlı dəstək üzərində qurulur. Azərbaycan da məhz bu balansı qorumağa çalışır. Nəticə etibarilə, müdafiə xərclərinin artırılması yeni müharibəyə hazırlıq yox, sülhü qorumaq üçün güclü olmaq strategiyasının tərkib hissəsidir.

Şair RAMALDANOV, 
ehtiyatda olan polkovnik

Avropa ölkələrinin son illər silahlanmanı sürətlə artırması qlobal təhlükəsizlik mühitinin nə qədər kövrək hala gəldiyini açıq şəkildə göstərir. Ukrayna müharibəsi, Rusiya–Qərb qarşıdurması və NATO çərçivəsində qəbul edilən yeni öhdəliklər Avropa dövlətlərini müdafiə xərclərini kəskin şəkildə yüksəltməyə məcbur edib. Bir çox ölkə üçün silahlanma artıq seçim deyil, dəyişən təhlükəsizlik risklərinə verilən cavabdır. Bu mənzərədə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərclərini artırması da eyni qlobal reallıqlardan irəli gəlir. Lakin prinsipial fərq ondan ibarətdir ki, Azərbaycan bu addımı yeni hərbi qarşıdurma niyyəti ilə deyil, əldə edilmiş sülhün qorunması məqsədilə atır. Rəsmi Bakının dəfələrlə bəyan etdiyi kimi, ölkəmiz üçün müharibə mərhələsi başa çatıb və əsas hədəf uzunmüddətli sabitliyin təmin olunmasıdır. Bəli, güclü müdafiə potensialı məhz sülh siyasətinin əsas dayaqlarından biridir. Beynəlxalq hüququn zəiflədiyi, güc amilinin ön plana çıxdığı indiki şəraitdə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü etibarlı şəkildə qorumağa çalışır. Bu baxımdan, hərbi xərclərin artırılması regional gərginliyi artıran yox, mümkün risklərin qarşısını alan, sülhə və sabitliyə xidmət edən qabaqlayıcı addım kimi dəyərləndirilməlidir. 

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri