Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

E vitamini ilə zəngin 5 məhsul

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Avropa təhlükəsizlik tədbirlərini gücləndirir

Avropa təhlükəsizlik tədbirlərini gücləndirir

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Rusiyaya qarşı “anti-dron divarı” layihəsi...

Avropa ilə Rusiya arasındakı uçurum günü-gündən böyüyür. Xüsusilə, son dövrlərdə bir sıra Avropa ölkələrinin səmalarında dronların müşahidə olunması, bununla bağlı həyəcan siqnalının verilməsi məsələni daha da qəlizləşdirir - bir sıra mütəxəssislər hətta NATO-Rusiya müharibəsinə “hazırlıq prosesi”nə start verildiyini belə iddia edirlər. Amma görünən budur ki, Avropa özünün təhlükəsizlik tədbirlərini təcili şəkildə artırmağı hədəfləyib. Bu məsələ, növbəti dəfə Kopenhagendə - Ukraynadakı müharibə və daha geniş Avropa təhlükəsizliyinə həsr olunmuş “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında müzakirə predmeti olub. Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski toplantı iştirakçılarına müraciət edib. O, bütün Avropanı qorumaq üçün effektiv “dron divarı” qurmağın əhəmiyyətini qeyd edib, avropalı həmkarlarını bu istiqamətdə birgə fəaliyyətə çağırıb. “Rusiya Polşaya qarşı dronlar buraxmağa və ya Şimali Avropa ölkələrinin hava məkanını pozmağa cəsarət edərlərsə, bu, hər yerdə - Qərbi Avropada, cənubda baş verə bilər. Bizə sürətli və effektiv reaksiya və dronlarla necə davranmağı bilən müdafiə qüvvələri lazımdır”, -deyə Zelenski vurğulayıb.

Əsas təklif: “hava divarı”...

Birgə mətbuat konfransında çıxış edən Avropa Şurasının sədri Antonio Koşta şuranın 23-24 oktyabr tarixlərində keçiriləcək növbəti sammitini “qərar günü” kimi qiymətləndirib. O qeyd edib: “İki həftə ərzində Avropa Komissiyası 2030-cu ilə qədər müdafiə hazırlığına dair yol xəritəsini təqdim edəcək və Avropa Şurası üç həftə sonra yenidən görüşəcək və bu qərarı verəcək”.

Qeyd edilib ki, Kopenhagendə keçirilən Zirvə toplantısında əsas təkliflərə Aİ-nin şərq sərhədi boyunca “dron divarı” və kollektiv müdafiəni gücləndirmək üçün yeni mexanizmlər daxildir. Digər başlıca məsələ Ukraynaya dəstəkdir. Avropa Komissiyası Kiyevə 140 milyard avro (164 milyard dollar) “təzminat krediti” üçün sanksiyaya məruz qalmış Rusiya aktivlərinin açılmasını təklif edib. Plana görə, Ukraynaya faizsiz kredit veriləcək və münaqişədən sonra kompensasiya ödənildikdən sonra qaytarılacaq.

NATO-nun Baş katibi Mark Rütte cümə axşamı çıxışında həm Aİ-nin yeni maliyyə alətlərini, həm də Ukraynanın öz silah sənayesinin sürətli inkişafını vurğulayaraq qitənin müdafiə qabiliyyətini gücləndirmək üçün Avropa Komissiyası ilə daha sıx əməkdaşlığa çağırıb. O, Brüsselin üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün hökumətlərə daha çox səlahiyyət verilməsi təklifini səsləndirib. Alyansın rəhbəri bildirib: “Ukraynaya verilən dəstək vacibdir. Üç il əvvəl bu ölkənin müdafiə sənayesi sıfra bərabər idi. İndi onlar ağlınıza gələ biləcək ən müasir, ən dahiyanə müdafiə sənayesinə sahibdirlər. Pilotsuz uçuş aparatlarının istehsalı dünya miqyasında ən ucuz, ən sürətli və ən ağıllı şəkildə həyata keçirilir”.

Hava məkanlarının pozulması intensivləşir...

Qeyd edək ki, təhlükəsizliklə bağlı əsas narahatlığı Aİ-nin şərq cinahında yerləşən dövlətlər - Polşa və Baltikyanı ölkələr keçirir. Sentyabrın ortalarında Ukraynanın kütləvi şəkildə atəşə tutulması zamanı Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanında görünməsinin ardından Danimarka və Norveçdə də eyni hal təkrarlanıb - hətta Danimarka və Norveç hava limanları onların yaxınlığında aşkarlanan naməlum dronlara görə bağlanıb. Həmçinin Danimarka hərbi obyektləri üzərində İHA-lar da müşahidə edilib. 10 NATO ölkəsi Danimarkaya potensial dron təhlükəsi ilə bağlı köməyə gəlib. Alman “freqat”ları da Kopenhagenə uçub.

Bəzi avropalı siyasətçilər bu dronların da Rusiyaya aid olduğu haqda mülahizə irəli sürürlər. Qeyd edildiyi kimi, Aİ-nin 10 üzvü artıq Rusiya tərəfindən buraxılan pilotsuz təyyarələri tez aşkar etmək, izləmək və məhv etmək üçün çox qatlı “anti-dron divarı” yaratmaq planlarını dəstəkləyib. Lakin bu divarın konkret olaraq necə olacağı, necə hazırlanacağı və maliyyəsi ilə bağlı hələ ki məlumat verilmir. Siyasətçilərin fikrincə, “anti-dron” divar” təklifi konkret plandan daha çox PR işinə bənzəyir. Qeyd edək ki, Almaniya kansleri Fridrix Mertz sammitdən əvvəl hava məkanının pozulmasının getdikcə ciddiləşdiyini və dronların Rusiyadan gəldiyini güman etməyin ağlabatan olduğunu deyib. Bildirilib ki, son günlər Almaniyanın şimalındakı Şlezviq-Holşteyn əyaləti üzərində pilotsuz uçuş aparatları müşahidə edilib və ötən həftə onların fəaliyyəti Vilnüs və Oslo hava limanlarında uçuşların ləngiməsinə səbəb olub. Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, Avropa təhlükəsizliyinə təhdid yaradan yeganə ölkə Rusiyadır. İsveçin Baş naziri Ulf Kristersson da hər şeyin Rusiyaya işarə etdiyini vurğulayıb. Buna cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Almaniya uzun müddətdir Ukraynadakı müharibədə dolayısı ilə iştirak edir - rusiyalı dövlət rəsmisi həm də bildirib ki, ölkəsi Danimarkada baş verənləri əsassız ittiham sayır və rədd edir.

“Anti-dron divarı” təklifi üçün zaman lazımdır...

Yeri gəlmişkən, “anti-dron divarı” yaratmaq ideyası bir ay əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən irəli sürülüb. NATO-nun Baş katibi Mark Rutte bəyan edib ki, bu, müvafiq və zəruridir, çünki son nəticədə biz cəmi bir neçə min dollara başa gələn pilotsuz təyyarələri məhv etmək üçün raketlərə milyonlarla avro və ya dollar xərcləməyə ehtiyac yoxdur. “New York Times”ın qeyd etdiyi kimi, bir çox ölkə artıq əks-dron texnologiyalarına malikdir və ya onların inkişafı üzərində işləyir. Bu halda məqsəd Aİ və ya onun müttəfiqlərindən birinin üzərindən hava məkanına daxil olan pilotsuz təyyarələrə qarşı birgə “qalxan” yaratmaq olacaq. Bu sistem təkmilləşdirilmiş məlumat mübadiləsi ilə birgə ehtimal ki, radar  və akustik sensorlar kimi alətlərdən istifadə etməklə, dronizləmə imkanlarının əlaqələndirilmiş şəbəkəsini əhatə edir. Aİ-nin yüksək səviyyəli diplomatı “BBC”yə bildirib ki, planın təfərrüatları ilə bağlı suallar hələ də açıq qalmaqdadır. Almaniyanın müdafiə naziri Boris Pistorius xəbərdarlıq edib ki, Avropada əks-dron sisteminin yaradılması uzun illər çəkəcək. O, Varşava Təhlükəsizlik Forumunda jurnalistələrə açıqlamasında bildirib ki, gözləntilərimizlə bağlı ehtiyatlı olmalıyıq: “Bu, yaxın üç-dörd il ərzində və ya daha çox müddətdə həyata keçiriləcək bir konsepsiya deyil”.

Hərbi ekspertlər də Aİ-nin şərq sərhədi boyunca “anti-dron divarı” yaratmağın çətinliyinə diqqət çəkib - onlar bildirirlər ki, Avropanın hava məkanı daim yüklənmiş olur: xeyli sayda sərnişin və yük təyyarəsi işlədiyi üçün bu, riskləri xeyli artırır. Aİ-nin isə hazırda əsas vəzifəsi koordinasiyaya kimin cavabdeh olacağı və ümumavropa səviyyəsində mövcud milli və regional təşəbbüsləri necə əlaqələndirmək və sinxronlaşdırmaq barədə razılığa gəlməkdir.

Qərb və Cənub narazıdır - pulu kim ödəyəcək?

“Financial Times” yazır ki Aİ-yə daxil olan Qərbi və Cənubi avropa ölkələri “dron divarı” layihəsi ilə bağlı narazılıq ifadə edirlər - onlar bildirirlər ki, yeni sistemin əsas benefisiarları şərq və şimal ölkələridir, amma pulu bütün dövlətlər ödəməli olacaq. Hətta Polşa və üç Baltikyanı ölkələr öz elektrik şəbəkələrini Rusiyanın pilotsuz təyyarələrinin hücumlarından qorumaq üçün pilotsuz təyyarələrə qarşı şəbəkələr və beton bunkerlər tikməyi planlaşdırır. Litva artıq Belarusla sərhəddən cəmi 20 kilometr aralıda yerləşən Neris yarımstansiyasında dronlardan qorunmaq üçün beton bunkerlər quraşdırıb. Yarımstansiya Vilnüs şəhərini elektrik enerjisi ilə təmin edir.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Oktyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see312

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see291

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see287

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see246

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see241

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see229

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see223

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see216

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see214

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see214

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see204

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see204

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see197

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see194

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see189

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see189

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see187

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see186

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see176

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri