Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Avropa üçün gizli təhlükə: XXI əsrin “vergi cəngavərləri”

Avropa üçün gizli təhlükə: XXI əsrin “vergi cəngavərləri”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər il milyardlarla avro fırıldaqçı şəbəkələrin qara dəliklərində yoxa çıxır

Son vaxtlar Avropa İttifaqının (Aİ) maliyyə və inzibati sistemində vergi və gömrük fırıldaqları müşahidə olunmaqdadır. Bu cür qanunsuz əməllər iqtisadi itkilərlə nəticələnməklə yanaşı, dövlətlərin vətəndaş qarşısında etibarını, hüquqi sistemin dayanıqlılığını ciddi sınağa çəkir. Aİ-nin baş prokuroru Laura Kövesi deyib ki, bu cinayətlər hazırda ittifaq daxilində ən gəlirli fəaliyyətlərdən birinə çevrilib və onların qarşısının alınması siyasi-sosial prioritetdir: “Əgər Avropa genişmiqyaslı qanunsuzluq qarşısında sərt tədbirlər görməsə, dövlətlərarası həmrəylik və iqtisadi sabitlik ciddi şəkildə zədələnəcək. Avropa hər il təqribən vergi və gömrük fırıldaqları səbəbindən 50 milyard avro itirir”.

50 milyard avro Aİ-nin illik büdcəsinin əhəmiyyətli hissəsinə bərabər məbləğdir. Şübhəsiz, bu itki təhsil, səhiyyə, infrastruktur kimi əsas sahələrə ayrılan maliyyənin azalmasına səbəb olur. Kövesinin çıxış etdiyi məkan da diqqət çəkir. Onun narahatlığını Afinanın Pire limanında dilə gətirməsi buranın Avropanın son illər üzləşdiyi genişmiqyaslı fırıldaqlardan birinə ev sahibliyi etdiyini bir daha təsdiqləyir. Baş prokuror jurnalistlər qarşısında açıq şəkildə bildirib: “Biz bu nəhəng fırıldaqların arxasında duran cinayətkarlara güclü mesaj göndəririk: oyunun qaydaları dəyişib, artıq sizin üçün təhlükəsiz liman yoxdur! Biz avropalılar kimi birgə mübarizə aparmalıyıq”. Kövesinin bəyanatı cinayətkar şəbəkələrlə mübarizədə yeni mərhələnin başlanğıcına işarədir.

Aİ Baş Prokurorluğunun (EPPO) son illər həyata keçirdiyi istintaqlardan ən səs-küylüsü “Calypso” əməliyyatı olub. Əməliyyat Çindən Avropaya gətirilən malların dəyərinin saxtalaşdırılması və gömrük vergilərindən yayınma sxemlərinin ifşası ilə yadda qalıb. İstintaq göstərib ki, cinayətkar şəbəkələr malların qiymətini bilərəkdən aşağı salır, yaxud məhsulun kateqoriyasını dəyişdirərək gömrük rüsumlarını minimuma endirir. Mallar Pire limanından Avropanın müxtəlif ölkələrinə yönəldilir, sənədlər saxtalaşdırılır, bəzən daşımadan sonra məhv edilir. Bu sxem dövlət strukturlarının daxilindəki korrupsiya ilə bağlıdır. Araşdırmalar nəticəsində iki gömrük əməkdaşının bu şəbəkələrə yardım etdiyi sübuta yetirilib. “Calypso” əməliyyatı çərçivəsində 101-dən çox axtarış keçirilib, onlarla şübhəli saxlanılıb, milyonlarla avro dəyərində pul, bahalı əşyalar, daşınmaz əmlak və nəqliyyat vasitələri müsadirə olunub. Pire limanında 2 435 konteynerin ələ keçirilməsi Aİ tarixində ən böyük müsadirə kimi yadda qalıb. Bu konteynerlərin ümumi dəyəri təxminən 250 milyon avrodur. İstintaqın gəldiyi ilkin nəticələrə görə, 2017-ci ildən etibarən təxminən 800 milyon avro dəyərində vergi və gömrük rüsumu itirilib. Maraqlıdır ki, müsadirə edilən mallar arasında minlərlə elektrikli velosiped, skuter və müxtəlif elektron məhsullar da var. Bu isə bir daha göstərir ki, cinayətkar şəbəkələr bahalı olmayan məhsulları da saxtalaşdırılmış sənədlərlə bazara çıxarmağı üstün tuturlar. Məsələ yalnız gömrük fırıldaqları ilə yekunlaşmır. EPPO-nun son illər apardığı istintaqlar Pire limanında korrupsiyanın hələ də tam aradan qalxmadığını üzə çıxarıb. 2009–2018-ci illərdə ölkəni dərin borc böhranına sürükləmiş səbəblərdən biri məhz sistemli korrupsiya idi. İndi də kənd təsərrüfatı subsidiyalarının mənimsənilməsi, dövlət vəsaitlərinin saxta layihələrə yönəldilməsi kimi hallar ortaya çıxır. EPPO-nun açıqladığı bəzi işlər mərkəz-sağ hökumətin reytinqinə mənfi təsir göstərib. Çünki ictimaiyyət korrupsiya xəbərlərinə son dərəcə həssas yanaşır və bu cür halları dövlətin zəifliyi kimi qəbul edir. Aİ Baş prokuroru Kövesi Yunanıstana səfəri zamanı deyib ki, EPPO-nun effektiv fəaliyyəti üçün daha çox resurs və prokuror lazımdır. O, həmçinin Yunanıstan qanunvericiliyində siyasətçiləri cinayət təqibindən qoruyan maddələrin dəyişdirilməsini tələb edib və toxunulmazlıq qanunlarının istintaqlara mane olduğunu bildirib. Hazırda EPPO iki işi Yunanıstan parlamentinə göndərib, çünki yalnız parlament nazirlər barədə araşdırma apara bilər. İşlərdən biri 2023-cü ildə baş vermiş dəhşətli dəmir yolu qəzası ilə bağlı, digəri isə fermerlərin 2019-cu ildən bəri Avropa İttifaqından otlaq sahələri üçün subsidiya vəsaitlərini mənimsəməsi şübhələri ilə əlaqəlidir.

Avropanın üzləşdiyi bu vəziyyət bir neçə təhlükəni açıq göstərir. Əvvəla, hər il milyardlarla avronun itirilməsi dövlətlərin sosial layihələrini zəiflədir. İkincisi, bu hallar qanuni fəaliyyət göstərən sahibkarlar üçün ədalətsiz rəqabət mühiti yaradır, çünki onlar vergi və gömrük ödəyərkən cinayətkar şəbəkələr daha ucuz qiymətlərlə bazara daxil olurlar. Üçüncüsü, korrupsiya və fırıldaqlar dövlətə inamı sarsıdır, populizmin güclənməsinə zəmin yaradır. Siyasi toxunulmazlıq mexanizmləri istintaqı zəiflədir və hüquqi dövlət prinsipini sual altına alır. Bütün bunlar göstərir ki, Avropa qarşısında dərin islahatlar çağırışı durur. Gömrük və vergi qanunlarının sərtləşdirilməsi, siyasətçilərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması, EPPO və digər prokurorluqların resurslarının artırılması vacibdir. Həmçinin beynəlxalq əməkdaşlıq olmadan bu şəbəkələrə qarşı mübarizə mümkün deyil. “Calypso” əməliyyatında Avropa Fırıldaqçılıqla Mübarizə İdarəsi (OLAF) və Avropa Polis Xidmətinin (Europol) iştirakı buna yaxşı nümunədir.

Sonda onu da qeyd edək ki, Baş prokuror Kövesinin “oyunun qaydaları dəyişib” mesajı həm də dövlətlərə ünvanlanmış çağırışdır. Qanunların gücləndirilməsi, resursların artırılması, ictimai nəzarətin genişləndirilməsi olmadan mübarizənin uğurla nəticələnməsi mümkün deyil. Əks halda, zərərin miqyası daha da böyüyəcək.

Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri

Avropa hər il vergi və gömrük fırıldaqları səbəbindən təxminən 50 milyard avro itirir. Bu, xüsusilə Çinlə Avropa arasındakı ticarətdə öz əksini tapır. Çin bütün dünyaya, xüsusilə Avropa İttifaqı ölkələrinə ən çox mal ixrac edən dövlətdir. Məsələn, 2024-cü ildə Çinlə Aİ arasında ticarət dövriyyəsi təxminən 750 milyard avro olub. Dövriyyənin 520 milyard avrosu Çindən Avropaya mal ixracını təşkil edib, qalan hissəsi isə Avropadan Çinə daşınan malların payına düşüb. Buradan görünür ki, Çin Avropaya daha çox mal ixrac edir və bu, ticarətin əhəmiyyətli hissəsini təşkil edir.

Son illər Avropada idxal olunan malların dəyərinin düzgün qeyd olunmasına və vergilərin, gömrük ödənişlərinin dəqiq hesablanmasına yönəlmiş əməliyyatlar həyata keçirilib. Bu tədbirlər əsasən ticarət proseslərinin şəffaflığını təmin etmək məqsədi daşıyır. “Calypso” əməliyyatı da bu kontektsdə reallaşdırılıb. Avropa ölkələri idxal olunan mallara nəzarəti gücləndirir, kateqoriyaların düzgün müəyyənləşdirilməsinə diqqət yetirir və bəzi hallarda ticarət həcmini daha effektiv idarə etməyə çalışırlar.

Qeyd etmək lazımdır ki, illik 50 milyard avroluq vergi və gömrük fərqləri yalnız Çinə aid deyil, amma onun ticarət həcmi bu rəqəmlərdə mühüm rol oynayır. Bu məlumatlar təsadüfi deyil. Gələcəkdə Avropa idxal olunan mallara və ticarət proseslərinə daha ciddi nəzarət edəcək və bu istiqamətdə əlavə addımlar atacaq. Çin iqtisadiyyatı isə sürətlə inkişaf edir və bu, həm Avropa, həm də digər iqtisadi tərəfdaşlar üçün maraqlı perspektivlər yaradır. Bu baxımdan, gələcəkdə Qərb ölkələrinin itkilərin qarşısını almaq məqsədilə daha sistemli və effektiv addımlar atacağı gözlənilir.

Nəzrin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:308
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri