Icma.az
close
up
RU
“Avropa üçün Rusiya təhlükəsi yaxınlaşır, Putinin ölümü belə bu prosesi dayandırmayacaq“ Budanov

“Avropa üçün Rusiya təhlükəsi yaxınlaşır, Putinin ölümü belə bu prosesi dayandırmayacaq“ Budanov

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Rusiyada yeni səfərbərlik istisna edilmir, Avropa mümkün müharibəyə hazırlaşır..."

Rusiya 1980-ci illərdən bəri ən böyük silahlanma proqramını işə salıb. Bu proqram 2037-ci ilə qədər nəzərdə tutulub və əsas mərhələsi 2030-cu ilə qədərdir.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bəyan edib. Məlumatı "24tv.ua" nəşri yayıb.

Moskvanın 1,2 trilyon dollarlıq hərbi proqramı

Budanov qeyd edib ki, təxminən 1,2 trilyon dollar məbləğində maliyyələşdirilən bu plan sırf modernləşmə və yeni silah sistemlərinin hazırlanmasına yönəlib. Budanovun sözlərinə görə, bu vəsait Müdafiə Nazirliyinin büdcəsi deyil, əlavə resurslardır. Onun fikrincə, Kreml 2030-cu ildən etibarən Avropa üçün real təhlükə yarada bilər. Hazırda Moskvanın NATO ölkələrinə hücumu gündəmdə deyil, amma uzunmüddətli perspektivdə bu plan istisna edilmir.

Avropada həyəcan siqnalları

Budanovun xəbərdarlıqları Qərbdə rezonans doğurub. Fransada hökumət hətta xəstəxanalara "böyük münaqişə" ssenarisi üzrə hazırlıq tapşırığı verib. Bu plana əsasən, Fransa 2026-cı ilə qədər həm öz əsgərləri, həm də müttəfiq ölkələrin yaralılarını qəbul edəcək arxa baza rolunu oynaya bilər.

NATO-nun Avropadakı qoşunlarının baş komandanı, ABŞ generalı Aleksus Qrinkyeviç isə bildirib ki, Çin və Rusiyanın paralel hücumu ehtimalı mövcuddur və 2027-ci il ciddi böhran ili ola bilər. Almaniyada da oxşar narahatlıqlar güclənir: Berlin hökumətində Baltikyanı ölkələrə hücum ehtimalı ciddi müzakirə olunur.

Yeni səfərbərlik təhlükəsi

Budanov həmçinin Rusiya daxilində yeni səfərbərlik dalğasının mümkünlüyünü də istisna etmir. 2022-ci ildəki qismən səfərbərlik cəmiyyətdə güclü narazılıq doğursa da, Kremlin hərbi maşınını dayandırmadı. Onun sözlərinə görə, yeni səfərbərlik Rusiya cəmiyyətində gərginlik yaratsa da, Moskva bundan çəkinməyəcək: "Bu, ağrılı olacaq, amma realdır. Və belə bir təhlükə, təəssüf ki, mövcuddur".

Şimal Koreya və İranın rolu

Rusiya artıq tək mübarizə aparmır. Budanov bildirib ki, hazırda Moskvanın cəbhədə istifadə etdiyi sursatların 40 faizi Şimali Koreyada istehsal olunur. KXDR həm artilleriya mərmiləri, həm də raketlər göndərir, üstəlik cəbhədə Şimali Koreya istehsalı olan texnika və hətta hərbçilər peyda olub. İran isə Rusiyaya "Shahed" tipli kamikadze dronları, həmçinin sursat istehsalı üçün nitroselüloza və barıt kimi xammal verir. Müharibənin əvvəlində İrandan alınan dronlarla edilən hücumlar onlarla idisə, indi hər zərbədə yüzlərlə aparat havaya qalxır.

Çin isə daha ehtiyatlı mövqe tutur. Pekin birbaşa silah vermir, amma ikiqat təyinatlı texnologiyalar (mülki görünsə də, hərbi məqsədlərə yararlı komponentlər) göndərərək Kremlə dolayı dəstək verir. Rusiyanın 1,2 trilyon dollarlıq silahlanma proqramı, yeni səfərbərlik ehtimalı və Şimali Koreya ilə İranın açıq dəstəyi Avropa üçün təhlükənin yaxın illərdə artacağını göstərir. 

NATO ölkələri artıq səhiyyə sistemlərindən tutmuş hərbi planlaşdırmaya qədər müharibəyə hazırlıq görür. Budanovun sözləri ilə desək, "Putinin ölümü belə bu prosesi dayandırmayacaq", çünki məsələ artıq Kremlin bütöv strateji xəttinə çevrilib. İndi əsas sual budur: Avropa bu təhdidə necə cavab verəcək?..

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Sentyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri