İran vətəndaşı vasitəsilə narkokuryerlik edən şəxslərdən 6 kiloqram narkotik aşkarlanıb VİDEO
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Alxan Ağarəhimov və 35 yaşlı Elvin Mehdiyevş saxlanılıblar.
Bu barədə APA-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 6 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. Alxan Ağarəhimov və Elvin Mehdiyev sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı avtomatı polisə təhvil verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 Yanvar 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















