Icma.az
close
up
RU
Avropanın mərkəzində türk zirvəsi: Hansı siyasi mesajlar verildi? AÇIQLAMA

Avropanın mərkəzində türk zirvəsi: Hansı siyasi mesajlar verildi? AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Prezidentin Macarıstana səfəri və sonrakı gün Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-formal zirvə görüşünün keçirilməsi olduqca vacib hadisədir. Görüş Azərbaycan ictimai gündəliyini çox pozitiv şəkildə zəbt etdi. Cənab Prezidentə Macarıstanın baş naziri Viktor Orbanın birgə bəyanatında çox vacib mesajlar var idi”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Deputat bildirib ki,  Macarıstan Avropa İttifaqında Azərbaycan əleyhinə bir çox normativlərə qarşı hər zaman Azərbaycanın yanında olub:
“Cənab Prezident çıxışında vurğuladı ki, 12 dövlətdən 10-u Avropa ölkəsidir, 10 dövlətdən 8-i Avropa İttifaqının üzvüdür ki, Azərbaycan bilavasitə həmin dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir.
Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda yaranan enerji təhlükəsizliyi gərginliyində Azərbaycan Avropa ölkələrinə həyatı əhəmiyyətli dəstək göstərir. Baş Nazir bildirdi ki, Rusiya-Ukrayna müharibəsi fonunda Macarıstanın iqtisadi itkisi 20 milyard avrodan çox olub. Macarıstan tərəfi sırf bu səbəbdən müharibənin tezliklə dayandırılmasını istəyir.
Təəssüf ki, Avropa İttifaqı müharibəni bitirmək əvəzinə genişləndirməyi nəzərdə tutur. Orban bildirdi ki, mövcud sanksiyalar Avropanın inkişafını və bazar iqtisadiyyatının təməlini sarsıdır. Bu vəziyyətdə Macarıstan daha müstəqil siyasət yürütmək yolunu seçdi və Brüsselin kəskin təsirlərinə məruz qaldı.
Bu təsirə qarşı duruş nümayiş etdirən Macarıstana Azərbaycanın da böyük köməyi oldu. Avropada artıq vahid strategiya yoxdur. Bu gün Avropa enerji, humanitar və miqrasiya sahəsində böhran yaşayır. Baş nazir xüsusilə vurğuladı ki,  Azərbaycan olmasaydı, Macarıstan enerjiyə 3-4 dəfə daha çox pul xərcləmiş olardı. Avropanın tam mərkəzində TDT-nin zirvə görüşünün keçirilməsi siyasi əhəmiyyət kəsb edir.
O bildirib ki, Avropa çalışırdı ki, anti-türk meyillərini gücləndirməklə türk dünyasına xələl gətirmiş olsun:
“Müsəlman ölkəsi olmayan Macarıstan öz köklərinə bağlı olaraq rəsmi Brüsselin təzyiqlərinə duruş gətirdi. TDT-nin müşahidəçi missiyasinda olan bir ölkənin bunu etməsi bütün türk dünyası tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanla Macarıstan arasında strateji münasibətlərə nəzər saldıqda görürük ki, bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var.
Münasibətlərin müxtəlif formalar üzərindən inkişaf etdirilməsində iki ölkə rəsmilərinin maraqlı olduğunu görə bilirik. Bu sadəcə açıqlamalarda deyil, ölkələrin bir-birinə qarşı xarici siyasət kursunda da özünü göstərir. Münasibətlərin inkişafı üçün türk həmrəyliyi də müsbət təsir göstərir. Münasibətlərin normallaşması TDT-nin möveqiyini Avropada möhkəmləndirəcək səviyyədədir”. 
Əfsanə Kamal
Demokrat.az

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 May 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri