Bura sosial məsuliyyətsizlik və əxlaqsızlıq məkanı deyil
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məlum olduğu kimi Cənab Prezident bu günlərdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklikəri təsdiqləyib. Yeni dəyişikliklər bilavasitə sosial media resurslarında ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, əxlaqsız ifadələrin səsləndirilməsinə və milli-mənəvi dəyərlərə zidd hərəkətlərin göstərilməsinə görə, məsuliyyət tədbirlərini nəzərdə tutur.
Hesab edirəm ki, qanuna edilmiş bu dəyişikliklər olduqca vacib və çox düzgün verilmiş qərardır. Əslində bu, çoxdan edilməli idi.
Müasir dövrdə cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilmiş internet resusrsları, o cümlədən sosial şəbəkələr bəziləri üçün sanki söyüş tribunası, kimisə alçaltmaq, təhqir etmək, öz mənəviyyatsız hərəkətlərini nümayiş etdirmək üçün arzuolunmaz açıq səhnəyə çevrilib.
Bəziləri sosial şəbəkənin imkanlarından sui-istifadə edir. İnsanların şərəf və ləyaqətini alçaldırlar. Qeyri-etik üslub, əxlaqsız çılpaq görüntülər və paylaşımlar durmadan artır.
Xüsusilə də, “TikTok” kimi sosial media platformalarında cəmiyyətə qarşı açıq hörmətsizlik, həssas sosial qrupların təhqir olunması, ümumilikdə isə əxlaqsızlığın təbliği halları özünü “sosial media fenomeni”, “tiktoker” adlandıran bəzi şəxslər tərəfindən tez-tez həyata keçirilir.
Həmin şəxslər hələ də anlamırlar ki, sosial şəbəkə operativ və geniş məlumatların əldə edildiyi nəhayətsiz informasiya dünyasıdır. Burada ictimai-elmi-mədəni məzmun daşıyan, cəmiyyəti narahat edən problemlər müzakirə olunur.
Normal sivil cəmiyyətlərdə sosial seqmentlərdə 4-5 milyon izləyicisi olan ictimai fikir sahiblərinin blokları, ictimai platformalar elmi-mədəni-ictimai institut kimi qəbul edilir, insanlar bu virtual auditoriyadan hər gün nəyisə öyrənir, maariflənir.
Təəssüf ki, ölkəmizdə sosial media böyük bir qrup üçün tanışlıq, şəxsi hisslərin və əxlaqın korlanmış ekranına çevrilib. Bəzi təsadüfi adamlar adamlar gündəlik yedikləri, gəzdikləri yerlərin şəkilləri, yataq və hamam səhnələrini paylaşmaqla milli-mənəvi dəyərlərimizə qarşı hörmətsizlik edirlər.
Belə hərəkətlər, şəkillər cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvlərinin, xüsusilə də uşaqlar və yeniyetmələrin tərbiyəsinə öz mənfi təsirlərini göstərir, cəmiyyətin əxlaq kodeksini zədələyir.
Sosial şəbəkə demək olar ki, mənəviyyatı dağıdan terror aktına çevrilib.
Doğrudur, bu kimi hallarla bağlı Azərbaycan dövlətinin müvafiq qurumları və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman lazımi tədbirlər görülür. Ancaq bunların qarşısını almaq çox çətindir.
Hesab edirəm ki, konkret, daha institusional hüquqi tədbirlərin görülməsi baxımından qanunvericiliyə edilmiş dəyişiklik bu sahədə daha effektiv təsirlər görülməsinə imkan verəcək.
İnanıram ki, yeni normalar sosial şəbəklərdə ciddi məzmunlu paylaşım və kontent mədəniyyətini də yüksələdcək. Sosial şəbəkələr həqiqi sosial auditoriya kimi keyfiyyətli, arqumentli və etik məzmunlu paylaşımların ünvanı olacaq.
Süleyman
Bu mövzuda digər xəbərlər:Bu aparıcı Bakını “əxlaqsızlıq məkanı” kimi təqdim etdi
09 Yanvar 2026 12:17
Reklam, yoxsa əxlaqsızlıq?
02 May 2025 20:42
Türk serialları və “adiləşən” əxlaqsızlıq
10 Sentyabr 2025 20:17
“Azadlıq əxlaqsızlıq deyil” Mütəxəssislər cəmiyyətin səbir həddini ölçür
01 Avqust 2025 00:11
“Cəfərqulunun kafesi” əxlaqsızlıq yuvası imiş
19 May 2025 14:14
Baxış sayı:46
Bu xəbər 17 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















