Icma.az
close
up
RU
Avropanın sərt üzü: Miqrantlar hara üz tutsunlar?

Avropanın sərt üzü: Miqrantlar hara üz tutsunlar?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Yaxın keçmişədək dünyanın bir sıra regionlarının ehtiyac icində yaşayan əhalisi  Avropanı cənnət adası kimi xəyal  edirdi. Müxtəlif səbəblər üzündən öz ölkələrində ağır məhrumiyyətlərlə üz-üzə qalan insanlar Avropaya ayaq basmağı, burada iş və sığınacaq tapmağı çətinliklərdən qurtulmağın yeganə yolu sanırdılar.

Eyni zamanda, Avropanın özündə də  gəlmələrə və yaxud miqrantlara böyük ehtiyac var idi. Avropa İttifaqı (Aİ) məkanında getdikcə artan demoqrafik böhran və güclü sənaye inkişafı kəskin təzad yaradırdı - işçi qüvvəsinə artan tələbat ödənilmirdi. Belə bir şəraitdə boşluğu miqrantlar hesabına doldurmaq ən ideal yol kimi görünürdü.

Aİ məkanının miqrantların əleyhinə olan yeni reallıqları

Bu gün Avropa İttifaqı məkanında bir sıra yeni reallıqlar yaranıb və yaxud yaranmaqdadır ki, onlar da miqrantların əleyhinədir. Burada iqtisadiyyatda istehsal həcmlərinin azalması və digər mənfi amilləri xüsusi qeyd etmək istərdik. Son dövrlərdə bütün dünyada olduğu kimi, Aİ məkanında da iqtisadi inkişaf üçün münbit şərait olmayıb. Yaşanan bir neçə iqtisadi böhran dalğası geriləmənin əsas səbəblərindən biridir. Bundan sonra yeni növ koronavirus pandemiyası dövründə ölkələrin sərt qapanmalara getmələri təchizat-satış zəncirində qırılmalar yaratdı. Bunun ardınca yeni müharibə ocaqları yarandı. Söhbət Aİ məkanından gedirsə, burada Rusiya-Ukrayna müharibəsinin birbaşa təsirini xüsusi qeyd etmək lazım gəlir. Onilliklər ərzində Aİ ölkələri ilə müharibənin hər iki iştirakçı dövləti arasında sıx iqtisadi əlaqələr yaranmışdı. Həm Rusiya, həm də Ukrayna bir sıra mühüm pozisiyalar üzrə Avropanın xammal  təchizatçıları idilər. İndi isə Ukraynanın limanlar üzərindən xarici bazarlara çıxış imkanları məhdudlaşıb. Rusiya isə elə Aİ-nin özündən gələn sərt sanksiyalar altındadır. Həmin  sanksiyalar Rusiya neftinin, qazının, bir sıra əlvan metallarının, bərk yanacağının və digər malllarının Avropa bazarlarına ixracının qarşısını alıb. Bundan itirən isə yalnız Rusiya deyil. Hazırda Avropanın enerji təchizatında ciddi çətinliklər yaşanır.

Bu kimi arzuolunmaz reallıqlar fonunda iqtisadiyyatların kiçilməsi və digər mənfi tendensiyaların yaranması qaçılmazdır. Hazırda Avropa İttifaqına üzv ölkələrin cəmi dövlət borcu ümumi daxili məhsulun (UDM) 81,5 faizinə bərabərdir. Avropa Statistika Ofisinin  (Avrostat) məlumatına görə, 6 ölkənin dövlət borcu ÜDM-in 100 faizini ötüb. Ən yüksək borc səviyyəsi Yunanıstanda qeydə alınıb. Burada dövlət borcu ÜDM-in 163,6 faizinə bərabərdir. Növbəti yerləri Fransa (112,2 faiz), Belçika (108 faiz), İspaniya (105,3 faiz) və Portuqaliya (100,6 faiz) bölüşür.

Aparılan müstəqil sorğuya əsasən, avrozonada investorların inam indeksi bir ildən çoxdur ki, aşağı olaraq qalır. Ötən ilin dekabrında mənfi 17,5 olan investorların inam indeksi cari ilin yanvarında azalaraq 17,17 olub. Beləliklə, indeks 2023-cü ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb. Cari vəziyyət indeksi isə mənfi 28,5-dən mənfi 29,5-ə geriləyərək 2022-ci ilin oktyabrından bu vaxtadək ən aşağı səviyyəyə çatıb.

İqtisadi geriləmələr və digər problemlər fonunda sağçı təmayüllərin önə çıxması, irqçiliyin, ksenofobiya hallarının artması da da bugünkü Avropanın miqrantlar üçün arzuolunmaz reallıqlarından biridir. Belə vəziyyət əsasən Avropa İttifaqı sakinlərinin Brüsselin mövcud miqrasiya siyasətindən narazılığı, Şərqi Avropadakı müharibədən yorğunluq, eləcə də mərkəzçilərin artan iqtisadi çətinliklərin öhdəsindən gələ bilməməsi ilə bağlıdır.

Avropanın günahı...

Getdikcə dərinləşən iqtisadi tənəzzül və sağçı təmayüllərin təzyiqləri fonunda Avropa ölkələri özləri ilə bərabər əlavə problemlər gətirən miqrantlara qarşı qanunları sərtləşdirirlər. Ötən ilin birinci yarısında Avropa İttifaqı Şurası Aİ-nin miqrasiya standartlarının sərtləşdirilməsini özündə ehtiva edən Miqrasiya və Sığınacaq üzrə Paktı təsdiqləyib. “Aİ Şurası Avropanın miqrasiya siyasətinin köklü islahatını təsdiqləyib. Buraya qaçqınların nizamlı şəkildə gəlişini tənzimləməyə, səmərəli və vahid prosedur yaratmağa və yükün ədalətli bölüşdürülməsini hədəfləyən bir sıra qaydalar daxildir”, - deyə sözügedən qurumun mətbuat xidmətinin bəyanatında bildirilib. Pakt həmçinin sığınacaq və ya yaşayış icazəsi verilməyən bütün şəxslərin Avropa ölkələrindən qovulması prosedurunu sadələşdirir.

Avropada milli səviyyədə artan miqrasiyanın qarşısını almağa yönələn qanun qəbul edən ölkələrdən biri Fransa oldu. Bu ölkədə etirazlarla qarşılanan müvafiq qanun 2023-cü ilin sonlarında qəbul edilib.

Fransanın ardınca Almaniya da miqrantlara qarşı mübarizəni sərtləşdirməyə qərar verib. Ötən il Solingen və Maqdeburq şəhərində baş verən terror aktlarından sonra bu ölkədə miqrantlara münasibət daha da aqressiv hal alıb. Eyni zamanda, Almaniyada Ukraynadan olan qaçqınlara da münasibətin dəyişdiyi müşahidə edilir. Almaniyanın bəzi federal əyalətlərinin baş nazirləri ukraynalı qaçqınlara müavinətlərin ödənilməsinə yenidən baxılmasının tərəfdarıdırlar.

Beləliklə, Yaxın Şərqin, Afrikanın, kiçik ada dövlətlərinin müharibələrin, müstəmləkəçiliyin, iqlim dəyişmələrinin çətin sınaqları ilə üz-üzə qalan sakinlərinin Avropanın timsalında özlərinə cənnət xəyalları qurmaları puç olmaqdadır. Onların  üzləşdikləri problemlərə görə heç bir günahları yoxdur. Bəhs olunan ərazilərdəki ölkələr məhz kollektiv Qərbin apardığı siyasətə görə müharibələrə cəlb olunublar. Kiçik ada ölkələrinin iqlim problemləri böyük dövlətlərdə gedən güclü sənayeləşmə prosesindən qaynaqlanır. Həmçinin Avropanın Fransa, Niderland kimi dövlətləri XXI əsrin üzqarası siyasətindən - müstəmləkəçilikdən əl çəkmirlər, öz nəzarətlərində saxladıqları ərazilərdə yerli xalqların ölkələrinin sərvətlərindən bəhrələnmələrinə imkan vermirlər. Təzadlı mənzərə yaranır - Avropa bir tərəfdən istismaçılıq, talançılıq, milli dövlətlərə təzyiq siyasətindən əl çəkmir, digər tərəfdən öz rahatlıqlarını güdərək qapılarını həqarətlə “gəlmələr” adlandırdıqları insanların üzlərinə bağlayırlar. Bəs belə vəziyyətdə miqrantlar nə etməlidirlər, hara üz tutmalıdırlar?

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Fevral 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri