Icma.az
close
up
RU
Avropaya tranzit terror miqrasiyası?! Azərbaycanda məhkəmə işində şok yeniliklər

Avropaya tranzit terror miqrasiyası?! Azərbaycanda məhkəmə işində şok yeniliklər

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda terror aktı planlaşdırdığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş Əfqanıstan vətəndaşı Favzan Musa Xan və vəkili yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verib.

APA xəbər verir ki, 1990-cı il təvəllüdlü Favzan Musa Xan (Fawzan Mosa Khan) digər şəxslərlə əlbir olaraq Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdırıb, bu məqsədlə üçüncü ölkədən Azərbaycan Respublikasına gəlib. Digər bir dövlətin ölkəmizdəki səfirliyinin binası ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin qəbul edilməsi üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Favzan Musa Xanın terror aktı planlaşdırılması ilə bağlı danışıqlarının əks olunduğu video yaymışdı və daha əvvəl yayılmış məlumatlarda ekspertlər videoda əks olunan ərazidə bir neçə səfirliyin yerləşdiyini qeyd edirdi.

Apellyasiya instansiyasına üz tutan Favzan Musa Xan və vəkili araşdırmalar zamanı onun özünü səmimi apardığını iddia edərək cəzasının qismən yüngülləşdirilməsi üçün müraciət edib.

Məhkəmə baxışında olmuş materiallarından görünür ki, Favzan Musa Xan beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınan, bir neçə ölkə ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin konkret üzvləri ilə əlaqədə olub.

Qeyd olunan cinayət işi üzrə terror təşkilatı üzvlərinin təşkilata bağlı xeyli sayda əcnəbi miqrantın Azərbaycandan tranzit olaraq istifadə edib Avropa ölkələrinə qanunsuz gizli yolla keçməsini təşkil etməyə cəhd etmələri müəyyən edilib.

Bu faktla bağlı DTX-də istintaq-əməliyyat tədbirləri aparılan ayrıca cinayət işi ayrılıb və həmin iş üzrə barələrində cinayət təqibi başladılanlar var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see295

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see196

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see194

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see181

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see150

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see149

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see131

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see127

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see123

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see123

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see117

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri