Avstraliya əcnəbilərə ölkədə əmlak almağı qadağan edəcək
Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avstraliya federal hökuməti əcnəbi vətəndaşların ölkədə mənzil almasına qadağa qoymağa hazırlaşır.
Bu barədə baş xəzinədar Cim Çalmers məlumat verib.
“Hökumət ən azı iki il ərzində xarici investorlara hazır yaşayış binaları almağı qadağan edəcək və həmçinin əcnəbilərin torpaq alması ilə bağlı bank əməliyyatlarına ciddi nəzarət edəcək. Bu, milli mənzil bazarında qiymətləri aşağı salmaq üçün edilir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, əcnəbilərin hər hansı mənzil almasına tam qadağa 2025-ci il aprelin 1-dən 2027-ci il martın 31-dək qüvvədə olacaq:
“Ehtimal olunur ki, bu müddət ərzində ölkə hakimiyyət orqanları onun qüvvədə olma müddətini gələcəkdə uzadıb-uzatmayacağını müəyyən edə biləcəklər. Bu, avstraliyalılara xaricilər tərəfindən satın alınacaq evləri almağa imkan verəcək”.
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 17 Fevral 2025 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















