Azərbaycan ilə Avstriya antidopinq agentlikləri arasında memorandum imzalandı Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbər heyəti Avstriyada işgüzar səfərdə olub.
“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətində AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə və İcraçı direktorun müavini Rüfət Efendiyev yer alıblar.
Səfər çərçivəsində Avstriyanın Milli Antidopinq Agentliyi (NADA Austria) ilə Anlaşma Memorandumu imzalanıb. Memoranduma Təhminə Tağı-zadə və NADA Austria-nın icraçı direktoru Mixael Sepiç imza atıblar və agentliklər arasında əməkdaşlıq üçün yeni çərçivə formalaşdırıblar.
Anlaşma Memorandumu Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlara uyğun olaraq əməkdaşlıq sahələrini müəyyən edir. Bu sahələrə nəticələrin idarə olunması, antidopinq təhsili və profilaktika, testetmə, tədqiqatlar, eləcə də təhqiqat və araşdırmalar daxildir. Sənəddə ekspertiza və qabaqcıl təcrübələrin mübadiləsi, həmçinin mürəkkəb işlər üzrə məsləhətçi dəstəyin göstərilməsi xüsusi yer tutur.
Nümayəndə heyəti NADA Austria-nın qərargahında bir sıra işgüzar görüşlər də keçirib. Qonaqlara hüquq, təhsil, elm və testetmə sahəsində ətraflı məlumat verilib.
Sonra AMADA nümayəndə heyəti Zaybersdorfda yerləşən, WADA tərəfindən akkreditə olunmuş Dopinq Nəzarəti Laboratoriyasında olub. Laboratoriyanın direktoru, professor Günter Gmayner qlobal antidopinq sistemində laboratoriyanın rolunu izah edib və dopinq nəzarətində tətbiq olunan müasir elmi və analitik metodlar barədə məlumat verib.
ADA-nın rəhbər heyətinin Avstriya səfəri beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də təcrübə mübadiləsi və əlaqələndirilmiş fəaliyyət vasitəsilə milli antidopinq proqramlarının effektivliyinin artırılması istiqamətində mühüm addımdır.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















