Avstriyada HƏMAS ilə əlaqəli silah anbarı aşkar edilib
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avstriya Kəşfiyyat Xidməti Vyanada HƏMAS ilə əlaqəli olduğu iddia edilən və Avropada mümkün terror hücumları üçün nəzərdə tutulan silah anbarı aşkar edib.
"Ölkə.az" bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumatda bildirilir ki, beş tapança və 10 daraq olan çamadanın Avstriya paytaxtında icarəyə götürülmüş bir anbarda tapıldığı bildirilir.
Avstriya Daxili İşlər Nazirliyi qeyd edib ki, bu anbarla yaxın əlaqəsi olan 39 yaşlı Britaniya vətəndaşı HƏMAS ilə əlaqəli beynəlxalq terror təşkilatı ilə bağlı genişmiqyaslı istintaqın bir hissəsi olaraq həbs edilib. Vurğulanıb ki, istintaqın hazırkı vəziyyətinə əsasən, bu hücumların hədəfləri, ehtimal ki, Avropadakı İsrail və ya yəhudi qurumları olub.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 Noyabr 2025 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















