Avtobus qəzaya uğradı 12 uşaq xəsarət aldı
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Xabarovsk şəhərinin yaxınlığında avtobus qəzası zamanı 12 uşaq xəsarət alıb.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı və Yəhudi Muxtar Vilayəti üzrə İstintaq İdarəsindən bildirilib.
“Hadisə nəticəsində 12 yetkinlik yaşına çatmayan şəxs xəsarət alıb, onlar əziklərlə tibb müəssisəsinə çatdırılıb. Sağlamlığa dəyən zərərin dərəcəsi müəyyənləşdirilir. Həyat üçün təhlükə yoxdur”, – məlumatda deyilir.
Diyar Dövlət Yol Polisinin məlumatına görə, iki böyük də xəsarət alıb. Onlar tibb müəssisəsinə çatdırılıb.
Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı və YMV üzrə İstintaq İdarəsinin Xabarovsk rayonlararası istintaq şöbəsi cinayət işi açıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 06 İyun 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















