Icma.az
close
up
RU
Avtobuslarda şagirdlər üçün GEDİŞ HAQQI PROBLEMİ: Necə həll olunmalıdır?

Avtobuslarda şagirdlər üçün GEDİŞ HAQQI PROBLEMİ: Necə həll olunmalıdır?

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda avtobus sürücülərinin bəziləri şagirdləri ictimai nəqliyyata buraxmır. Dərsə gedən şagirdin hər birindən avtobusda gediş haqqı tələb olunur. Əksər şagird isə pulu olmadığından gediş haqqı vermədən avtobusu tərk edir. Onların bu hərəkəti sürücüləri özündən çıxarır. Hətta bəzi sürücülər şagirdlərin arxasınca qışqır-bağır salaraq "hamınıza evdən çıxanda yol pulu verirlər, qəsdən vermirsiniz. "Köpək uşağı" gediş haqqını verməsəniz sizi avtobusa qoymayacam. Gedin evdə deyin ki, sürücü belə dedi" deyə onları aşağılayırlar. Bəzi sürücülər isə şagirdlər avtobusa minməsin deyə bilərəkdən nəqliyyat vasitəsini məktəbin yanındakı dayanacağa 100 metr qalmış saxlayır. Şagirdlər gecə saatlarına kimi gözləməli olur, ya da 6-7 dayanacaq olan məsafəni piyada getməli olur. 

Valideyn bir uşağı məktəbə aparmaq üçün ən azı 30, iki uşağa isə 60 manat ödəyir. 

İctimai nəqliyyatda məktəblilərə niyə güzəşt edilmir? 

Avtosfer.az-ın məlumatına görə, 4 çağırış Milli Məclisin deputatı olmuş Rüfət Quliyev "Qaynarinfo"ya açıqlamasında bildirib ki, ictimai nəqliyyatın 60-70%-i şəxsi mülkiyyətdədir:

"Bu məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məşğul olmalıdır. Uşaqlar üçün xüsusi abonomentlər verilməlidir, ya da minumum qiymətə onlara satılmalıdır. Bunun həlli yolu budur. Bakının özündə 30-40 şirkət fəaliyyət göstərir. Onların hərəsinə bir məktub yazsan ki, şagirdlərdən gediş haqqı alınmasın, bu düz olmaz. Amma SSRİ vaxtında xüsusi bir aylıq abonomentlər var idi. Onun birini alanda bir ay avtobusda, trolleybuslarda, hətta metroda da istifadə etmək olardı. Bunun üçün xüsusi qanun lazım deyil, Nazirlər Kabineti 17-18 yaşına çatana qədər şagirdlər üçün qərar çıxartmalıdır. Bunu müzakirə edib, təkliflər vermək olar". 

Sabiq deputat Etibar Əliyev isə burada bir nizamsızlıq, xaos hökm sürdüyünü xatırladıb: 

"Şagirdlər avtobusdan pulsuz istifadə etməlidir. Belə hadisə ilə mən də rastlaşmışam və buna görə mənə də müraciət ediblər. Avtobus sürücüləri məktəbin yanında saxlamırlar. Bu hal nizamlanmalıdır, onsuz da valideynlərin kifayyət qədər təhsilə xərci çıxır. Bu gün ibtidai  sinif şagirdləri də müəllim yanına hazırlığa gedirlər. Bu  küllü miqdarda vəsait edir, valideynlərin büdcəsi dağılır". 

Etibar Əliyev hesab edir ki, əgər məktəbdə normal təhsil olsa, valideyn bu vəsaiti övladının geyiminə və qidalanmasına xərcləyər:

"Yay aylarında dincəlməsinə də xərcləyə bilər. Bu pul valideynlərdən çıxır. Sovet vaxtı daimi bir kart verərdilər ki, bununla da bir aylıq avtobusdan istifadə etmək olardı. Avtobusa ödənilən vəsaitdən 80% ucuz başa gəlirdi. Bu sistemə keçid etmək lazımdır. Bu vəsiqələrin hər biri şagirdlərə verilməlidir. İkincisi, isə sürücülərin avtobusu saxlamaması, şagirdləri nəqliyyata götürməməsində bir tərbiyyəsizlik hökm sürür. Bu uzun illərdir ki, belədir, amma heç bir qurum ölçü götürmür".

Etibar Əliyev deyir ki, problem onun deputat olduğu illərdə Milli Məclisdə qaldırılıb:

"Mən özüm bu məsələni parlamentdə qaldırdım, amma məsələ müzakirə olunmadı və belə də qaldı. Gündə bir şagirdə gediş haqqı bir manat edir. İndiki əmək haqqı ilə şagirdə çəkilən xərc uzlaşmır. Düşünürəm ki, ən azı şagird sayı çox olan məktəblərə avtobus ayrılmalıdır. Dərsə gecikmə halları bütün dünyada qəbul olunmur. Şagird və valideynlərin bu məsələdə özlərinə bəraət qazandırmaları haqlıdır. Sürücü sən niyə şagirdi avtobusa minməyə qoymursan axı. Elm və Təhsil Nazirliyi bu kimi məsələlərə müdaxilə etmiş olsaydı, problem həllini tapardı".

Etibar Əliyev vurğulayıb ki, şagirdi avtobusa minməyə qoymayan sürücü cəzalanmalıdır:

"Bu şagirddir, cəmiyyətin gələcəyidir. Təhsil haqqında qanunda da bu var. Şagirdi avtobusa söyüşlə, təhqirlə mindirirlər, bu da onların psixologiyasına təsir edir. Bu  məsələni heç psixoloqlar da qaldırmır. Bir neçə nəfər cəzalansa və bunu təbliğatı  aparılsa, heç kəs şagirdi gediş haqqı vermədiyi üçün təhqir etməz. Şagird məktəbə nəylə  getməlidir? Piyada? "Valideyn sənə pul verir, amma siz vermirsiniz” fikirində şagirdə böhtan atılır. Hardan bilirsən ki, doğrudan da pul veriblər? Bunlar gənc nəsili, yeniyetmələri bilərəkdən zəhərləyirlər. Düşünürəm ki, burada Elm və Təhsil Nazirliyindən nəsə ummaq yersizdir. Onlar nəsə etmək istəsəydilər, bunu çoxdan edərdilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Dekabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri