Icma.az
close
up
RU
Avtobusların məlumat lövhələrində səsləndirmə NİYƏ İŞLƏMİR? RƏSMİ AÇIQLAMA

Avtobusların məlumat lövhələrində səsləndirmə NİYƏ İŞLƏMİR? RƏSMİ AÇIQLAMA

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son zamanlar sərnişinlərin maarifləndirilməsi üçün “BakuBus” avtobuslarında mövcud olan informativ lövhələr və səsləndirmə sistemi işləmir. Xəbərdarlıq səsinin olmaması sərnişinlərin problem yaşamasına gətirib çıxarır. Tətbiqin işləməməsi səbəbindən onlar bəzi hallarda dayanacaqları ötürmək məcburiyyətində qalırlar. Vəziyyət sərnişinlərin təyinat nöqtələrini dəqiq müəyyənləşdirə bilməməsi ilə nəticələnir ki, bu, daha da böyük narahatlıq yaradır.
Sözügedən problem hansı səbəbdən qaynaqlanır? Nasazlıqlar aradan qaldırılacaqmı?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentiyindən (AYNA) "Bizim.Media"ya bildirilib ki, bununla bağlı müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib.

“İctimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün əlçatanlığın təmin olunması prioritetdir. Texniki baxımdan audio və videoelanların yayımlanması imkanları olan avtobuslarda hərəkət sxeminə daxil olan dayanacaq məntəqələri adlarının səsləndirilməsi və nümayiş etdirilməsinin zəruriliyi onların diqqətinə çatıdırılıb”.

“BakuBus”ın mətbuat xidmətindən isə sorğumuza cavab olaraq qeyd edilib ki, bəzi hallarda sistemin fəaliyyətində texniki səbəblərdən qısa müddətli fasilə yarana bilər:

“BakuBus”ın istismarında olan bütün avtobuslarda dayanacaqların səsləndirilməsi sistemi mövcuddur və bu sistemin fasiləsiz işləməsi sərnişinlərin marşrut üzrə rahat hərəkəti baxımından vacib hesab olunur. Lakin bəzi hallarda sistemin fəaliyyətində texniki səbəblərdən qısa müddətli fasilə yarana bilər. Belə hallarda sürücülər avtobusu axşam depoya təhvil verərkən mövcud nasazlıq barədə təhvil alan mexanikə məlumat verirlər.  Məlumat əsasında dərhal texniki xidmət göstərilir və problem qısa müddətdə aradan qaldırılır. Sistemlərin fasiləsiz işləməsi üçün “BakuBus” tərəfindən davamlı monitorinq və texniki nəzarət həyata keçirilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Aprel 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri