Avtobusun yük maşını ilə toqquşması nəticəsində sərnişin xəsarət alıb
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qəzanın başvermə səbəbi HOWO markalı yük maşınının yolayrıcını keçmə qaydalarını pozması olub.
News24.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
"Hadisə noyabrın 30-da saat 10 radələrində baş verib. HOWO markalı 90-JZ-892 dövlət qeydiyyat nişanlı yük avtomobili "Scania" markalı 59-AA-700 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Sözügedən yol-nəqliyyat hadisəsi Ələt-Astara yolunun 111-ci kilometrliyində, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində baş verib. Yük maşını yolayrıcını keçmə qaydalarını pozduğuna görə avtobusla toqquşma baş verib. Avtobusun içərisində əyləşən sərnişinlərdən bir nəfər xəsarət alıb", - deyə məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 Noyabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















