Icma.az
close
up
RU
Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Yay aylarında avtomobilin salonu əsl "isti tələsinə" çevrilir. Hətta mülayim günəşli gündə belə, salonda temperatur qısa müddətdə 50–60 dərəcəyədək yüksələ bilir. 
Bizim.Media xəbər verir ki, aptekçanın adətən "bardaçok"da və ya oturacağın altında saxlandığını nəzərə alsaq, bu cür yüksək temperaturda dərmanlar nəinki öz effektivliyini itirir, həm də parçalanaraq toksik (zəhərli) maddələrə çevrilə bilirlər.
Therapevt Yelena Pavlovanın sözlərinə görə, avtomobil aptekçasını saxlamaq üçün ideal yer soyuducu-çanta və ya termokonteynerlərdir:
"Avtomobildəki dərmanları qablaşdırmanın üzərindəki yararlılıq müddətindən asılı olmayaraq, ildə iki dəfə – yazda və payızda yeniləmək lazımdır. Yalnız müddəti deyil, dərmanın xarici görkəmini, qoxusunu və qablaşdırmanın bütövlüyünü də yoxlayın. Avtomobilin iqlimi dərmanlara qarşı rəhmsizdir və yeni bir blisterə qənaət etmək fəsadlara yol aça bilər".
Maye və ampula formaları (məsələn, analgetiklər, vitaminlər): Yüksək temperaturda tərkibindəki aktiv maddələr çökür, rəngi dəyişir və toksikləşir.
Hormonal preparatlar və İnsulin: İstidə zülal strukturları dərhal parçalanır və preparat tamamilə yararsız hala düşür.
Ürək qlikozidləri və Nitroqliserin: Bu həyat xilas edən dərmanlar istiyə çox həssasdır. Nitroqliserin qızdıqda tərkibini dəyişərək güclü baş ağrılarına və kəskin təzyiq düşməsinə səbəb ola bilər.
Antibiotiklər (xüsusən suspenziyalar): İstidə kimyəvi quruluşu pozulur və bədəndə ağır allergik reaksiyalar və ya zəhərlənmə verə bilər.
Şamlar (Suppozitorilər): 30 dərəcədən yuxarı temperaturda əriyərək formasını itirir, tərkibindəki maddələr qeyri-bərabər paylanır.
Məlhəmlər və gellər: İstidə əsas maddə yağ və suya ayrılır, tərkibindəki bəzi komponentlər isə dəridə yanıq və ya qıcıqlanma yarada biləcək fərqli birləşmələrə çevrilir.
Qanunvericiliklə təsdiq olunmuş standart avtomobil aptekçası, mahiyyət etibarilə, xilasedici dəstidir. Orada əsas vurğu sarğı materialları, turniketlər (jqut), qayçı, əlcəklər və süni tənəffüs üçün maskalara qoyulur.
Lakin sürücülər özləri ilə aşağıdakı əlavə preparatları da götürə bilərlər (onları mütəmadi yeniləmək və istidən qorumaq şərtilə):
Asetilsalisil turşusu (Aspirin): Döş qəfəsində sıxıcı ağrılar zamanı tromb yaranmasının qarşısını almaq üçün çeynənilməlidir.
Antihistamin (allergiya əleyhinə) vasitələr: Arı və ya digər həşərat sancmaları zamanı yarana biləcək kəskin boğulma və şişkinliyin qarşısını almaq üçün mütləqdir.
Regidron (və ya digər elektrolit tozları): Günvurma, həddindən artıq qızma və ya qəfil ishal zamanı bədənin su-duz balansını bərpa etmək üçün istifadə olunur.
Ağrıkəsicilər və qızdırmasalıcılar: İbuprofen, parasetamol və s. kimi zəruri əlavələr.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 İyun 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri