Icma.az
close
up
RU
Avtomobil bazarında canlanma Tələb niyə artıb?

Avtomobil bazarında canlanma Tələb niyə artıb?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Azərbaycan avtomobil bazarında ciddi canlanma müşahidə olunur. Ölkəyə idxal edilən avtomobillərin sayında nəzərəçarpan artım müşahidə edilir ki, bunun da bir neçə əsas səbəbi var.

Ekspertlər bu artımı həm əhalinin gəlirlərinin artması, həm də dövlət tərəfindən yeni avtomobillərin idxalına tətbiq olunan güzəştlərlə əlaqələndirirlər. Xüsusilə elektrik və hibrid mühərrikli avtomobillərə göstərilən vergi güzəştləri bazarda bu tip nəqliyyat vasitələrinə tələbatı əhəmiyyətli dərəcədə artırıb.

Mövzunu Valyuta.az-a şərh edən iqtisadçı ekspert Xalid Kərimli son bir ildə ölkəyə idxal edilən avtomobillərin sayının artmasının əsas səbəblərindən danışıb:

"Bu artımın başlıca səbəblərindən biri insanların varlanmasıdır. Avtomobil almaq üçün ilk növbədə insanın yetərli pulu olmalıdır. Son illərdə insanların nominal gəlirləri inflyasiyanın təsiri ilə əhəmiyyətli dərəcədə artıb. İkinci önəmli məsələ isə dövlətin avtomobil siyasətidir. Xüsusilə yeni avtomobillərə tətbiq olunan güzəştlər diqqət çəkir. Məsələn, elektrik mühərrikli avtomobillərə 3 il müddətinə heç bir vergi tətbiq edilmir, hibrid avtomobillər isə 3 il müddətinə ƏDV-dən azad olunub”.

Ekspertin sözlərinə görə, hazırda tələbat əsasən Çin istehsalı avtomobillərə yönəlib. Bunun səbəbi Çin elektrikli avtomobil bazarının sürətlə inkişaf etməsi ilə bağlıdır:

"Çin avtomobilləri həm münasib qiymətə malikdir, həm də müasir texnoloji tələblərə cavab verir. Buna görə də əhali arasında bu növ avtomobillərə maraq getdikcə artır”.

Xalid Kərimli həmçinin hökumətin yeni avtomobillərin idxalına yönəlmiş siyasətinin bu meylləri gücləndirdiyini vurğulayır:

"Vətəndaşlar üçün yeni avtomobil almaq, köhnə avtomobil almaqdan daha sərfəlidir. Nəticədə ikinci əl daxili yanma mühərrikli avtomobillərin qiymətləri aşağı düşüb və satışı çətinləşib. İnsanlar isə daha çox yeni avtomobillərə üstünlük verir. 2025-ci ildə ölkəyə gətirilən 47 199 minik avtomobilinin təxminən 23 930-u, yəni 51 faizi hibrid, plagin və elektrik mühərrikli avtomobillər olub. Halbuki keçən il bu göstərici cəmi 27 faiz təşkil edirdi. Hökumətin tətbiq etdiyi siyasətin nəticəsi olaraq, idxal olunan bu tip avtomobillərin payı sürətlə artıb. İnsanlar düşünür ki, ikinci əl 8-10 illik Avropa və ya ABŞ istehsalı avtomobil almaqdansa, həmin qiymətə daha müasir, yeni Çin avtomobili almaq daha məqsədəuyğundur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Avqust 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri