Icma.az
close
up
RU
Qiymətlər artdı, hansı avtomobillər bahalaşıb? Avtomobil bazarında canlanma

Qiymətlər artdı, hansı avtomobillər bahalaşıb? Avtomobil bazarında canlanma

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

”Avtomobil bazarlarında müşahidə olunan qiymət artımı bir neçə amilin qarşılıqlı təsiri nəticəsində formalaşan mürəkkəb iqtisadi prosesdir. Bu artım təkcə bazardaxili dinamika ilə deyil, eyni zamanda mövsümi faktorlar, istehlakçı davranışları, xarici ticarət şərtləri və qlobal iqtisadi tendensiyalarla da birbaşa əlaqəlidir”. Avtosfer.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Brüssel avtomobil sərgisindəki ən ucuz avtomobillər - FOTO

Onun sözlərinə görə, ilin müəyyən dövrlərində bazarda canlanmanın artması qiymətlərin yüksəlməsində əsas stimullaşdırıcı amillərdən biri kimi çıxış edir.

Mövsümi canlanma avtomobil bazarında ənənəvi olaraq tələbin artması ilə müşayiət olunur. Yaz və yay aylarında, eləcə də həftəsonları alıcı aktivliyinin yüksəlməsi satıcıların bazar davranışına təsir edir. Alıcı sayının çoxalması fonunda satıcılar daha yüksək qiymət təklif etmək imkanına malik olurlar və bu, bazarda qiymət balansının alıcıların əleyhinə dəyişməsinə səbəb olur. Psixoloji amil də burada mühüm rol oynayır: alıcılar arasında rəqabətin artması qiymət artımını normallaşdıran bir mühit formalaşdırır. Qiymət artımına təsir edən əsas struktur faktorlarından biri ölkəyə idxal olunan avtomobillərin sayının azalmasıdır. İdxal həcminin məhdudlaşması bazarda təklifin daralmasına, nəticə etibarilə mövcud avtomobillərin dəyərinin yüksəlməsinə gətirib çıxarır. Bu proses gömrük rüsumlarının səviyyəsi, texniki tələblərin sərtləşdirilməsi, ekoloji standartların tətbiqi və xarici bazarlardakı qiymət dəyişiklikləri ilə daha da güclənir. Eyni zamanda logistika xərclərinin artması, xüsusilə nəqliyyat və sığorta xərclərinin yüksəlməsi idxal olunan avtomobillərin son satış qiymətinə birbaşa təsir göstərir.

Bazarda ən çox qiymət artımı ikinci əl avtomobillər seqmentində müşahidə olunur. Bunun əsas səbəbi bu avtomobillərin daha geniş alıcı kütləsi üçün əlçatan olmasıdır. Az yanacaq sərf edən, texniki baxımdan nisbətən sadə və ehtiyat hissələri asan tapılan avtomobillər xüsusilə tələbatlıdır. Mövcud iqtisadi şəraitdə istehlakçılar daha çox uzunmüddətli istismar xərcləri aşağı olan nəqliyyat vasitələrinə üstünlük verirlər. Bu isə həmin avtomobillərin bazar dəyərinin sürətlə artmasına səbəb olur.

Son illərdə hibrid və nisbətən yeni model avtomobillərə marağın artması da qiymət dinamikasına təsirsiz ötüşmür. Yanacaq xərclərinin yüksəlməsi, ekoloji məsələlərə artan diqqət və dövlət siyasətində alternativ enerji mənbələrinə üstünlük verilməsi bu avtomobillərin populyarlığını artırır. Nəticədə, hibrid avtomobillər bazarında tələbin təklifi üstələməsi qiymətlərin yüksəlməsi ilə nəticələnir. Bu tendensiya göstərir ki, istehlakçı seçimləri artıq yalnız ilkin alış qiyməti ilə deyil, istismar səmərəliliyi və uzunmüddətli iqtisadi fayda prizmasından formalaşır.

Avtomobil bazarlarında qiymət artımı qısa müddətli spekulyativ dəyişiklik deyil, çoxşaxəli iqtisadi və sosial amillərin məntiqi nəticəsidir. Mövsümi tələbin artması, idxal məhdudiyyətləri, artan xərclər və dəyişən istehlakçı davranışları bu prosesi daha da dərinləşdirir. Mövcud şəraitdə qiymətlərin yaxın dövrdə sabitləşməsi bazarda təklifin genişlənməsindən, iqtisadi şəraitin normallaşmasından və alıcı davranışlarının dəyişməsindən asılı olacaq”.

Oxunub 6

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Yanvar 2026 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri