Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq önəmlidir?
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bir sıra ölkələrdə yaşlı sürücülərlə bağlı qaydaların sərtləşdirilməsi və müəyyən yaşdan sonra tibbi nəzarətin artırılması müzakirə olunur. Azərbaycanda da mövcud qanunvericiliyə əsasən, 60 yaşdan yuxarı şəxslər üçün sürücülük vəsiqəsinin müddəti məhdudlaşdırılır, 70 yaşdan sonra isə vəsiqə cəmi 2 il üçün verilir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, qanunvericilikdə hazırda necə təsbit olunubsa, elə də bu davam eləməlidir:
“Mən burada əlavə dəyişiklik edilməsinə ciddi ehtiyac görmürəm. Çünki avtomobil idarə etmək məsələsində əsas meyar insanın yaşı yox, onun sağlamlıq vəziyyəti, psixoloji durumu və sürücülük bacarığıdır. Elə insanlar var ki, 70 yaşında belə kifayət qədər diqqətli və məsuliyyətli şəkildə avtomobil idarə edirlər. Eyni zamanda, daha gənc yaşda olub sükan arxasında ciddi risk yaradan şəxslər də kifayət qədərdir. Ona görə məsələyə yalnız yaş kriteriyası ilə yanaşmaq doğru deyil. Əsas məsələ sürücünün reaksiya qabiliyyəti, görmə və eşitmə səviyyəsi, həmçinin ümumi sağlamlıq göstəriciləridir”.
O qeyd edib ki, mövcud tibbi yoxlama mexanizmləri düzgün tətbiq olunarsa, əlavə yaş məhdudiyyətinə ehtiyac qalmaz:
“Dünyanın bir çox ölkəsində də yanaşma məhz bu istiqamətdədir. Azərbaycanda da balanslı və fərdi yanaşmanın qorunması daha məqsədəuyğun hesab olunur. Çünki yaşlı insanların hamısını potensial təhlükə kimi təqdim etmək düzgün yanaşma deyil. Əsas olan insanın sükan arxasında təhlükəsiz idarəetmə qabiliyyətinə sahib olub-olmamasıdır”.
Beləliklə, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün sürücülərin yaşından daha çox onların real sağlamlıq göstəriciləri, vizual və psixoloji hazırlıq səviyyələri əsas götürülməli, tibbi komissiyaların rəyi bu prosesdə həlledici rol oynamalıdır.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:ÜST təmsilçisi: Dayanıqlı şəhərsalma sağlamlıq və rifah üçün önəmlidir
18 May 2026 15:38
Məni yu ... Qış aylarında avtomobil təmizliyi nə üçün önəmlidir və hansı vasitələrlə edilməlidir?
26 Fevral 2025 16:01
Qadının geyimi, yoxsa üzündəki ifadə önəmlidir? MÜSAHİBƏ
06 May 2025 12:48
Münasibətdə sədaqət, yoxsa diqqət daha önəmlidir? SORĞU
13 Oktyabr 2025 17:23
Tələbələr üçün praktika daha önəmlidir, yoxsa nəzəriyyə?
16 Yanvar 2025 17:22
Baxış sayı:167
Bu xəbər 23 İyun 2026 21:45 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları