Icma.az
close
up
RU
Avtomobil nömrələrinin maksimal rüsumu 3000 manat ola bilər Qanun nə deyir?

Avtomobil nömrələrinin maksimal rüsumu 3000 manat ola bilər Qanun nə deyir?

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycanda avtomobil dövlət qeydiyyat nişanlarının (nömrələrin) qiymətləri rəsmi dövlət rüsumları və qara bazar/elan saytlarındakı sərbəst qiymətlər olmaqla iki yerə bölünür.

Moderator.az bildirir ki, Oxu.az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu dövlət nömrə nişanlarının rüsumu ilə bağlıdır.

"Dövlət rüsumu haqqında" Qanuna görə, avtomobil nömrələrinin də qiyməti rəqəm və hərflərin kombinasiyasından asılı olaraq dəyişir.

Qanunun müvafiq maddəsinə əsasən, 001-dən 009-dək olan nömrələr eyni hərflərdən ibarət seriya ilə verildikdə dövlət rüsumu 3 000 manat, müxtəlif hərflərlə olduqda isə 2 000 manatdır.

100, 200, 300 və digər yüzlüklər üçün rüsum eyni hərflərlə 2 000 manat, müxtəlif hərflərlə isə 1 500 manatdır.

111, 222, 333 və digər eyni rəqəmli nömrələr üçün isə bu məbləğ müvafiq olaraq 1 500 və 1 000 manatdır.

Bəs digər nömrələr necə?

Qeyd olunan xüsusi kombinasiyalardan başqa digər dövlət qeydiyyat nişanlarının verilməsi üçün dövlət rüsumu 30 manatdır. Həmçinin dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə də 30 manat rüsum tutulur.

Motonəqliyyat vasitələri, traktorlar, müxtəlif özügedən maşınlar, qoşqu və yarımqoşqular, eləcə də mopedlər üçün dövlət qeydiyyat nişanının verilməsinə görə isə rüsum 15 manatdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Oktyabr 2026 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri