Icma.az
close
up
RU
Avtomobil sənayesində YENİ ERA: 4 dəqiqəyə dolur, 500 km gedir

Avtomobil sənayesində YENİ ERA: 4 dəqiqəyə dolur, 500 km gedir

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Dünya batareya ilə işləyən elektrik avtomobillərini qəbul etdiyi və Çin avtomobillərinin bazarda üstünlük etdiyi bir vaxtda "BMW" "Toyota" ilə birləşərək fərqli yol tutur: axına qarşı gedir və istədiyini edir.

Avtosfer.az xəbər verir ki, BMW 2028-ci ildə hidrogen avtomobili təqdim edəcəyini təsdiqləyib, amma bunu təkbaşına etməyəcək. Onlar "Toyota" ilə əməkdaşılıq edirlər.

Toyota və BMW uzun illərdir avtomobil sektorunda güclü rəqabətə qarşı əməkdaşlıq edirlər. İndi isə bu birləşmə onların rəqibləri üçün ciddi təhlükə ola bilər. BMW bu dəfə tamamilə orijinal məhsul təqdim etmək niyyətindədir, yəni sadəcə Toyota modelini yenidən dizayn edib satmaq fikrində deyil.

BMW hələlik detalları gizli saxlayır. Əldə edilən məlumatlara görə planlaşdırılan avtomobil artıq mövcud olan modelin modifikasiya edilmiş versiyasıdır. Bu BMW iX5-dir.

Sıfır emissiyalı bu SUV artıq real testlərdən keçir. Spartanburq zavodunda 100-dən az sayda istehsal edilərək Münhendə modifikasiya olunmuş iX5 Hydrogen modeli iki ədəd 700 bar təzyiqə malik hidrogen çəni ilə təchiz olunub. Bu çənlər 6 kq hidrogen saxlaya bilir və avtomobilə WLTP dövrünə görə 500 km yürüş məsafəsi qazandırır. Və budur ən maraqlı hissə: yanacaq doldurma prosesi cəmi 3-4 dəqiqə çəkir. Yəni dizel avtomobili doldurmaq qədər tez başa gəlir, amma əlinizə yanacaq qoxusu hopmur!  

BMW ilk dəfə öz hidrogen avtomobilini hazırlayır və bütün göstəricilər onun yeni nəsil X5 modelinə əsaslanacağını göstərir. Benzin, dizel və plug-in hibrid versiyaları kimi, bu model də CLAR platformasında qurulacaq. Çünki bu platforma müxtəlif növ güc ötürmələri üçün çevik arxitektura təmin edir.   

BMW daha əvvəl də hidrogen texnologiyasını sınaqdan keçirmişdi. 1979-cu ildə hidrogen yanacağına uyğunlaşdırılmış daxili yanma mühərrikli 520h modelini təqdim etmişdi. Daha sonra 2000-ci illərdə E38 və E65 modellərində hidrogenlə işləyən V12 mühərrikindən istifadə etmişdi (nəticə uğurlu olmamışdı - red). İndi isə yanacaq elementləri sayəsində effektivlik xeyli artıb və BMW hesab edir ki, artıq doğru zaman yetişib (milli.az).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Mart 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri