Icma.az
close
up
RU
Avtomobilinin rəngini dəyişdirən sürücü hansı halda cərimə edilə bilər? ƏRŞAD HÜSEYNOV FOTO

Avtomobilinin rəngini dəyişdirən sürücü hansı halda cərimə edilə bilər? ƏRŞAD HÜSEYNOV FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi sürücülər avtomobilini fərqləndirmək, daha cəlbedici görünüş vermək və ya sadəcə zövq dəyişikliyi səbəbindən onun rəngini dəyişmək istəyirlər. Bəzən isə avtomobilin rəngi texniki səbəblərlə dəyişdirilir – məsələn, qəzadan sonra təmir zamanı. Ancaq avtomobilin rənginin dəyişdirilməsi təkcə vizual dəyişiklik sayılmır, bununla bağlı müəyyən qanuni prosedurlar var. Əgər bu prosedurlar yerinə yetirilməzsə, sürücü inzibati qaydada cərimələnə bilər.

Avtomobilin rəngini dəyişmək olar? Qanuni prosedurlar və cərimə riski varmı? Sürücü nəqliyyat vasitəsinin rənginui dəyişdiriyi zaman başqa hansı problemlər ortaya çıxa bilər?

Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bilrdirib ki, istənilən avtomobilin rəngini dəyişmək olar:


“Avtomobilin rəngini dəyişmək üçün də xüsusilə bir qəliz prosedur da yoxdur. Sadəcə, adam gedir, avtomobilin rəngini dəyişir. Yaxşı olar ki, bunu peşəkar bir servisdə eləsin, əlində arayış olsun. Məsələn, bu avtomobil bu rəngdə idi, bunu başqa rəngə dəyişdi və o rəngin həm adı, həm də beynəlxalq kodları var. Adı o kodlara uyğun yazılsın ki, qeydiyyata alınanda daha rahat olsun. Çünki qeydiyyat şəhadətnaməsinə və reyestrə avtomobilin rəngi daxil edilir.

Amma arayış olmasa da qeydiyyata alına bilər. Bəli, həmin rəngi dəyişdi, arayışı aldı və yaxud almadı. Amma “Yol Hərəkəti Haqqında” Qanunun 27-ci maddəsinə əsasən rəngin dəyişməsi avtomobilin təkrar qeydiyyatı üçün əsaslardan biridir. Çünki avtomobilin həm qeydiyyat şəhadətnaməsində, həm də avtomobillə bağlı dövlət reyestrinə daxil edilən məlumatlardan biri də avtomobilin rəngidir.

Ona görə də rəng dəyişəndən sonra 10 gündən gec olmayaraq təkrar qeydiyyat üçün müraciət vermək lazımdır. Təkrar qeydiyyat üçün müraciətdə də qeydiyyata alınma üçün 60 manat rüsum ödənilir. Çünki onu texniki olaraq həmin rəngə görə yoxlayırlar.

30 manatı onun rüsumudur, 30 manatı da qeydiyyat şəhadətnaməsinin dəyişməsidir”.

Ərşad Hüseynov əlavə olaraq qeyd edib ki, cərimə necə ola bilər? 

“Əgər adam avtomobilin rəngini dəyişib və 10 günü keçirərək bu qeydiyyat üçün müraciət etmir və 10 gündən çox vaxt keçibsə, yəni, avtomobilin rəngini dəyişdiyi vaxtdan 10 gündən çox vaxt keçib, amma təkrar qeydiyyata müraciət etmir və eləcə də sürürsə, bu, təkrar qeydiyyat üçün əsası olduğu halda qeydiyyatdan keçirmədən həmin nəqliyyat vasitəsini idarə etmək, istifadə etməkdir.

Ona görə İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən 50 manat cərimə nəzərdə tutulur. Həmin avtomobil heç bir halda duracağa yerləşdirilə bilməz. Məsələn, polis saxladığı zaman müəyyən etsə ki, avtomobilin rəngi 10 gündən çox müddətdir ki, dəyişib və belə sürür, o zaman 50 manat cərimə yazılmalıdır. Sürücüyə izah edilməlidir ki, təkrar qeydiyyatdan keçsin”.

Avtomobil ustası Dəniz Ağabəylinin fikrincə isə, avtomobillərin rənginin dəyişilməsi, yəni qara rəngdən ağ rəngə, ağ rəngdən başqa bir rəngə keçməsi bu avtomobildə gələcək zamanda, yəni alqı-satqı zamanı problem yarada bilər:


“Alan adam bu avtomobili almamağa üstünlük verir. Çünki avtomobilin gövdəsinin təmiz rənglənməsi çətin məsələdir. Gərək avtomobilin hər bir detalının üzərində olan naqil, mühərrik, sürətlər qutusu və s. hər bir detal qanuni şəkildə sökülə və hərtərəfli boyaya girə ki, avtomobilin rəngi dəyişdiyi zaman ya bilinməsin, ya da səliqəli alınsın.
Amma sadəcə üzərindən, gövdəsini rəngləməklə avtomobilin rəngini dəyişmək düzgün deyil. Növbəti illərdə alqı-satqı zamanı problem yaranır və alıcıların bunu almamaq üçün səbəbləri olur”.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Avqust 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri