Avtoxuliqanlıq videosunu sosial şəbəkədə paylaşan sürücü məsuliyyətə cəlb edildi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü məsuliyyətə cəlb edilib.
Oxu.Az-ın məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
Rayon sakini Ə.Hökümalıyev idarə etdiyi VAZ markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.
Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Hökümalıyevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 Sentyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















