Icma.az
close
up
RU
AXC nin məsuliyyətsizliyi və tarixi ikiüzlülük

AXC nin məsuliyyətsizliyi və tarixi ikiüzlülük

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

20 yanvar xalqımıza qarşı qanlı qətliamın  törədildiyi gündür. Həm də 20 yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir.  Xalqımız haqısızlığa qarşı heç vaxt səssiz qalmayıb və özünün qətiyyətinin  nümayiş etdirib.  20 yanvara gedən yol da ondan əvvəlki illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına və Qarabağda baş verən hadisələrə sovet rəhbərliyini haqsız yanaşmasına etirazı ilə başlandı. Amma Qarboçovun azərbaycanlılara qarşı olan düşmən münasibətinin son cinayəti 20 yanvarda baş verdi.  
Əli yalın silahsız insanların üzərinə təpədən dırnağa qədər silahlanmış erməni quldulrlarından təşkil olunmuş xüsusi hazırlıqlı ordunun  göndərilməsi və onlara qətliamın törədilməsi əmrinin verilməsi xalıqmızı qorxutmaq niyyətindən irəli gəlirdi.  147 nəfərin güllələnməsi və 750 nəfərin yaralanması xalqımızı qorxutmadı və daha mübariz etdi.  Amma maraqlı bir hadisə də baş verdi. Xalqı meydanlara çağırış edən AXC-nin başında düranlar  xalqı tankalrın qabağına çıxardaraq özləri qaçıb gizləndilər. Çünki onlar qırğın törədiləcəyini yaxşı bilirdilər.  
Məhz ona görə də onlardan heç birisi ölmədi və özlərini sonradan qəhrəman kimi göstərdilər. 20 yanvar qırgınına AXC- hakimiyyətə gələndən sonra  bu qətliama siyasi-hüquqi qiymətin verilməsi məsələsinin unudulması və siyasi qiymət verilməsi üçün öz imkanlarından istifadə etməməsi onların iç üzünü nədən ibarət olduğunu açıq göstərmişdi.  Həmin dövürdə təcrid olunmuş bir şəraitdə yaşayan Ümummilli Lider Heydər Əliyev özünü təhlükəyə ataraq Moskvadakı nümayəndəliyimizə gəlir və orda sərt çıxış edərək deyir. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. 
Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində,  1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.  Amma Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.
20 yanvar qəhrəmanlıq səhifəmizdir. Xalqımız bu qanlı tarixi heç vaxt unutmayacaq. Hər il 20 yanvarı  Ümumxalq Hüzn Günü elan olunması və xalqımızın tər qərənfillərlə Şəhidlər Xiyabanına axın edib onların ölməz ruhları qarşısında baş əyərək ehtiramın göstərilməsi xalqımızın öz tarixnə nə qədər bağlı olduğunu bir daha təsdiq edir. Şəhidlər ölmürlər.  Onlar dövlətimiz və xalqımız yaşadıqca yaşayacaqlar. Allah rəhmət eləsin, ruhları şad olsun!
Milli Məclisin deputatı
Azər Badamov

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri