Icma.az
close
up
RU
AXCP daxilində satqının kimliyi araşdırılır ANALİZ

AXCP daxilində satqının kimliyi araşdırılır ANALİZ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Zaman-zaman dağıdıcı müxalifətin, eləcə də xaricdəki antimilli ünsürlərin müxtəlif xarici maraqlı dairələrin maraq və mənafelərinə uyğun siyasət yürütmələrinə dair yazılar yazılıb, fikirlər səsləndirilib və bu fikirlər faktlarla sübuta yetirilib. Ancaq AXCP, Müsavat, Milli Şura kimi dağıdıcı müxalifət yönümlü qüvvələr, həmçinin xaricdəki “söyüş müxalifət” təmsilçiləri yazılanlardan, deyilənlərdən nəticə çıxarmayıb. Yəni satqın və xəyanətkar fəaliyyətlərini qismən də olsa səngitməyiblər. Əksinə daha imkanlı maraqlı dairələrlə işbirliyini davam etdiriblər. İndi isə məlum olur ki, Əli Kərimlinin, Cəmil Həsənlinin, İsa Qəmbərin və Arif Hacılının, eləcə də xaricdəki antimilli ünsürlərin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə də əlaqələri, əməkdaşlıq münasibətləri olub. Araşdırmalarla sübuta yetirildi ki, dağıdıcı müxalifət və xaricdəki troll yığnağı Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevdən on milyonlarla dollar maliyyə vəsaitləri alıblar. Bu azmış kimi Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı Azərbaycanda və xaricdə müxtəlif evlər, obyektlərlə mükafatlandırılıblar. Deyilənlərə və yazılanlara görə, artıq onların payları kəsilib. Yəni Ramiz Mehdiyevin həbsi, dəstəsinin ifşası ilə ayrılan maliyyə yardımları ləğv edilib. Bu səbəbdəndir ki, istər dağıdıcı müxalifət təmsilçiləri, istərsə də xaricdəki antimilli ünsürlər ciddi maliyyə böhranı keçirirlər. Arif Hacılının “Müsavatın yerləşdiyi ofisin icarə haqqını ödəyə bilmirik” deməsi, Əli Kərimlinin sosial şəbəkə hesabında “maliyyə çətinlikləri ilə üzləşməyimizə baxmayaraq vəziyyətdən çıxmağa çalışacağıq” deyə bildirməsi Ramiz Mehdiyevin həbsinin onların fəaliyyətinə ciddi zərbə olduğunu göstərir.

Xaricdəki antimilli ünsürlər sıradan çıxarılır

Ramiz Mehdiyevin və dəstəsinin ifşasından sonra xaricdəki antimilli ünsürlər də ciddi çətinliklərlə üzləşiblər. Qabil Məmmədov, Məhəmməd Mirzəli, Sevinc Osmanqızı, Tural Sadıqlı və digərləri maliyyə çətinlikləri səbəbindən göz yaşları tökürlər. Ötən həftə “Qarabağda bir kənd alınsa qulağımı kəsib, tay qulaq olaram “ deyən Qabil Məmmədov yoxa çıxdı. Sonradan məlum oldu ki, maliyyə çətinliyi səbəbindən kirayələdiyi ofisdən çıxarılıb. Onun özünə yeni ofis tapıb, fəaliyyətini bərpa etməsi bir neçə gün çəkdi. Ancaq görünən ondan ibarətdir ki, davamlı fəaliyyət göstərə bilmir. Çünki fəaliyyət üçün ödənişlər edilməlidir. Artıq R.Mehdiyev və dəstəsi tərəfindən ona maliyyə yardımları edilmədiyi üçün intensif şəkil də fəaliyyətini qura bilmir. Tural Sadıqlı deyilən yaramaz məxluqun vəziyyətinin daha ağır olduğu bildirilir. Tural Sadıqlı timsah göz yaşları ilə bəyan etdi ki, pulsuzluqdan onun həyatı alt-üst olmaqdadır. O hiyləgərliklə ağıldan kəm, cibdən dolu məxluqlara müraciət edərək, ona dilənçi payı da olsa pul vermələrini xariş etdi. Halbuki, cəmi bir ay öncə canlı yayım açan T.Sadıqlı on min avronu əlində tutub, ədalı şəkildə “kim mənə polisdən, hakimiyyət strukturlarında çalışan şəxslər haqqında məlumat versə, ona 5 min avroya qədər pul verəcəyəm” deyə bildirirdi. Sual olunur, bu gədanın həyatında nə baş verdi ki, bir ay ərzində müflisləşdi? Təbii ki, cavab sadədir: Ramiz Mehdiyevin həbs olunması ilə ona və xaricdəki digər antimilli ünsürlərə ayrılan maliyyə vəsaitləri də kəsildi. Eyni maliyə faciəsi Sevinc Osmanızı, Qənimət Zahid,və digərləri də üzləşiblər. Bu isə onu deməyə əsas verir ki, xaricdəki antimilli ünsürlərin hər birinin söyüş ritorikası ilə danışmalarına rəvac verən pulları kəsildiyindən iflas dövrünü yaşayırlar. Az müddət sonra isə onların özləri həbs olunaraq Azərbaycana gətirilərək məhkəmə qarşsına çıxarılacaqlar. Çünki onların hər biri haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunun istintaq idarəsi tərəfindən cinayət işi qaldırılıb.

Əli Kərimli və İsa Qəmbər tarixin arxivinin bir addımlığında olduqlarını başa düşürlər

Müxalifətin dağıdıcı qanadının yanlış baxışlara malik olması və hər bir məsələyə qara eynəkdə baxmaları onlar üçün uğursuz nəticələr verməkdədir. Düzdür, partiyalar daxilində hökm sürən mövcud ağır vəziyyəti dəyişmək üçün kollegial orqanlara yeni simalar cəlb edilir, lakin bu da problemlərin həllinə yardımçı ola bilmir. Çünki daxili vəziyyət o dərəcədə ağırdır ki, yeniliklərdə o problemlərin aradan qaldırılmasına kömək edə bilmir. Bu azmış kimi Ramiz Mehdiyevin həbs olunması ilə onların ölkə daxili arxa-dayaqdan da məhrum olublar. Eyni zamanda ciddi maliyyə problemi ilə üzləşiblər. Elə bir ağır durum yaranıb ki, Müsavat və AXCP tarixin arxivinə göndərilməsi məsələsi qaçılmaz görünür. Bunu əksər müsavatçılar və cəbhəçilər də anladıqlarından tədricən siyasi baxışlarını və mövqelərini dəyişməyə başlayıblar.

Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, Əli Kərimli daxili müzakirələr barədə mətbuata məlumatların sızdırılmasından narahat olmağa başlayıb. Demək olar ki, hər kəsdən, hətta müavinlərindən şübhələnməyə başlayıb. Ona görə də, kollegial orqanların iclasları keçiriləndə onların telefonları əllərindən alınır və zalın girişindəki stolun üstünə qoyulur. Vəziyyətin belə olması İdarə Heyətinin və Ali Məclisin üzvlərinin narazılığına səbəb olub. Ə.Kərimlinin yeni qadağasını özlərinə hörmətsizlik kimi dəyərləndirən AXCP –nin kollegial orqanlarının üzvləri dava-dalaş salır və Ə.Kərimliyə etiraz olaraq iclasa girməkdən imtina edirlər. Mənbəmizin bu barədə bizə dediyinə görə, Ə.Kərimlinin yeni qərarının tətbiq olunmasından ötən üç ay ərzində nə İdarə Heyətinin, nə də Ali Məclisin iclasları keçirilmir. Bu da nizamnamə pozuntusudur. Dövlətin müvafiq qurumları buna görə, AXCP-yə qarşı ciddi tədbirlər görə bilər.

Hazırkı müxalifət liderlərinin və funksionerlərinin siyasi imici həddən artıq korlanmış durumdadır. Ümumiyyətlə, mövcud hadisələrə nəzər yetirdikdə, bir daha aydın olur ki, müxalifət düşərgəsində aydın düşüncəli, sağlam fikirli, açıq, demokratik mübarizə aparmaq gücündə və istəyində olan partiya sədrləri yoxdur. Bu da onların meydan təfəkküründən qurtula bilməməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, məhz onların bir illik hakimiyyətləri dönəmində yarıtmaz fəaliyyətləri səbəbindən Azərbaycan dövləti ağır faciələr yaşadı. Bu gün də eyni siyasət təkrarlanır. Yəni indiki dağıdıcı müxalifət başbilənlərinin dəyişən yalnız əyinlərinə geyindikləri kostuyumlardır. Beyin düşüncələri və daxili aləmləri hələ də ötən əsrin 88-ci illərindədki kimidir. O zaman yalanları ilə idarəetmə həyata keçirən Ə.Kərimli bu gün də saxtakarlığı və böhtanları ilə siyasi düşüncəsində və fəaliyyətində heç nəyin dəyişmədiyini göstərir. Sübuta yetirilir ki, Ə.Kərimli pul xatirinə milli və dövlətçilik maraqlarını satmaqla yanaşı, ortaqlarını da aldatmaqdan və onları gedər-gəlməzə yola salmaqdan belə çəkinməyən şəxsdir. Siyasi prosesləri, qismən də olsa analiz etsək, bir daha o qənaətə gəlmək olar ki, Ə.Kərimli üçün fəaliyyət heç də siyasətdə uğur əldə etmək və nəyəsə nail olmaq deyil. Başlıca şərt, nə yolla olursa-olsun, pul qazanmaq, qrantlar əldə etmək və xarici ölkələrdə mülklər almaq və obyektlər tikdirməkdir. Fakt budur ki, Qərbdəki bəzi anti-Azərbaycan qüvvələrlə yanaşı, Rusiyanın qaranlıq dairələri də ara-sıra AXCP sədri Ə.Kərimliyə maliyyə yardımları göstəriblər. O da fakdır ki, pul ayıran şəxslər Ə.Kərimli ilə əməkdaşlıq etməklə, böyük yanlışlığa yol verdiklərini başa düşüb, onunla münasibətləri kəsirlər. Yəni müxalifət düşərgəsindəki Ə.Kərimliyə olan inamsızlıq eynilə xarici maraqlı dairələrlə də yaşanmaqdadır. Təbii ki, bu cür xarakterə və düşüncəyə malik partiya sədri ilə sonrakı mərhələlərdə də kimlərinsə yolu davam etdirəcəkləri inandırıcı deyil. Çünki Ə.Kərimli ancaq münasibət qurduğu dostlarına və təşkilatlara atmaq və ya aldatmaq haqqında düşünür. Məhz buna görə də, Ə.Kərimlinin ətrafında olan şəxslər ondan uzaq durmağa və əlaqələri kəsməyə çalışırlar. Belə davam edəcəyi təqdirdə AXCP tarixin arxivinə göndəriləcək.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see308

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see276

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see267

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see264

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see216

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see205

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see190

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see188

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see186

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see186

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see184

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see184

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see181

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see179

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see177

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see176

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see174

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see174

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see172

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri