Icma.az
close
up
RU
AXCP tamamilə LƏĞV EDİLƏ bilər XƏBƏRDARLIQ EDİLDİ

AXCP tamamilə LƏĞV EDİLƏ bilər XƏBƏRDARLIQ EDİLDİ

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Əli Kərimlinin saxlanılması Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gələcək taleyi ilə bağlı ciddi suallar yaradıb. Hadisədən sonra siyasi çevrələrdə partiyanın fəaliyyətinə xitam verilməsi ehtimalı geniş şəkildə müzakirə olunmağa başlayıb.

Bəs AXCP-nin ləğv edilməsi realdırmı? Qanunvericiliyə əsasən, siyasi partiyalar hansı hallarda qapadılır?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, siyasi partiyaların hüquqi statusu və fəaliyyət çərçivəsi Konstitusiya və müvafiq qanunlarla tənzimlənir:

“Azərbaycanın hüquq sistemində siyasi partiyalar yalnız seçki prosesinin iştirakçısı deyil, siyasi həyatın əsas sütunlarından biri sayılır. Partiyalar ümumiyyətlə, siyasi həyatı dayanıqlı edən sütunlardandır. Buna görə də onlarım fəaliyyəti istər Konstitusiyada, istərsə də xüsusi qanunlarda geniş şəkildə tənzimlənib.

Konstitusiyada birləşmək azadlığı təsbit olunub. Bununla yanaşı, siyasi partiyalar haqqında qanun 2023-cü ildə yeni redaksiyada qəbul edilib. Bu qanunun tələblərinin pozulması bir sıra hallarda Cinayət Məcəlləsi üzrə cinayət məsuliyyəti, eləcə də İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyət yarada bilər”.

Ə.Nuriyev söyləyib ki, burada məntiq sadədir: siyasi fəaliyyət geniş və sərbəstdir, lakin dövlətə real təhlükə yarandığı halda hüquqi müdaxilə zərurətə çevrilir: 

“Siyasi partiyalar haqqında” qanunun müddəaları bu sərhədləri kifayət qədər dəqiq müəyyən edib. Məsələ partiyanın siyasi mövqeyinin ifadə olunmasında deyil — fikir bildirmək və tənqid etmək siyasi hüququn təbii hissəsidir. Burada söhbət partiyanın fəaliyyətinin mahiyyətindən gedir. Əgər hər hansı təşkilat zorakılığa, separatizmə çağırır, xarici xüsusi xidmət orqanlarının maraqları istiqamətində hərəkət edir və ya terrorçu qruplarla əlaqələrə girirsə, bu artıq demokratiya çərçivəsindən çıxır və təhlükəsizlik məsələsinə çevrilir. Belə hallarda dövlətin müdaxiləsi təkcə hüquqi zərurət deyil, həm də Konstitusiyanın qorunması üzrə öhdəliyin yerinə yetirilməsi deməkdir. Başqa sözlə, söhbət yalnız siyasi partiyanın qəbul etdiyi qərarlardan deyil, partiya rəhbərliyinin ayrı-ayrı çağırışlarından da gedir. Çünki siyasi partiyanın bütün fəaliyyətlərinə yön verən əsas subyekt onun rəhbər orqanlarıdır”.

 Fond rəhbəri qeyd edib ki, qanunvericilik siyasi partiyalar üçün 2 əsas mexanizm nəzərdə tutur: fəaliyyətin dayandırılması və tam ləğv edilməsi:

 “Siyasi partiyalar haqqında” qanun burada iki əsas mexanizm nəzərdə tutur: ya siyasi partiyanın fəaliyyətinin dayandırılması, ya da onun tam şəkildə ləğv edilməsi.

Fəaliyyətin dayandırılması daha çox korrektiv və xəbərdarlıq xarakteri daşıyır. Məsələn, siyasi partiya illik hesabatını təqdim etmədikdə, qanunsuz donorlar cəlb etdikdə, yaxud daxili quruluşu qanunun tələblərinə uyğun olmadıqda, bu halda məhkəmə partiyanın fəaliyyətinin müəyyən müddətə dayandırılması haqqında qərar qəbul edə bilər. Bu dövrdə siyasi partiya siyasi arenadan kənarda qalır: siyasi aksiya keçirə bilmir, seçki prosesində iştirak edə bilmir, yeni təşkilatlar yarada bilmir. Yəni bu, bir növ “pauza”dır ki, təşkilat özünü qaydaya salsın, pozulmuş normaları bərpa etsin və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən qursun.

Ləğv olunma isə tamamilə başqa bir mərhələdir. Burada söhbət formal uyğunsuzluqlardan deyil, təhlükəli siyasi fəaliyyətdən gedir. Konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırışlar — istər partiyanın qəbul etdiyi qərarlarda, istərsə də rəhbər şəxslərin davranış və çıxışlarında əks olunsun, dövlətin ərazi bütövlüyünə qəsd, milli və dini ədavətin sistemli şəkildə qızışdırılması, eləcə də xarici təsir altında fəaliyyət göstərilməsi artıq demokratik mübarizənin hüdudlarını aşır və təhlükəsizlik məsələsinə çevrilir. Bütün bunlar dövlətin varlığına yönəlmiş risk kimi qiymətləndirilir. Belə hallarda siyasi partiya hüquqi şəxs kimi ləğv edilir, onun atributları etibarsız hesab olunur, əmlakı dövlət nəzarətinə götürülə bilər və ya müsadirə oluna bilər. Bu tədbirlər siyasi rəqabətə mane olmaq üçün deyil, demokratik sistemin özünün qorunması üçündür. Dövlət həm özünü, həm də cəmiyyəti qorumaq öhdəliyinə malikdir və bu addımlar həmin öhdəliyin tələblərindən irəli gəlir”.

Ekspert əlavə edib ki, Avropa İnsan Haqları Məhkəməsinin praktikasında da oxşar prinsip mövcuddur:

“Avropa Məhkəməsinin yanaşması da eyni prinsipə əsaslanır: siyasi partiya demokratik mübarizənin iştirakçısı ola bilər, lakin antidemokratik fəaliyyətə keçdikdə artıq müdafiə olunan subyekt deyil, nəzarət edilən potensial riskə çevrilir. Azərbaycan qanunvericiliyi də bu prinsip üzərində qurulub. Təbii ki, siyasi plüralizm genişdir, lakin hüquqi çərçivəsiz azadlıq yoxdur. Dövlət suverenliyi və konstitusion quruluş ciddi təhlükə ilə üzləşdikdə, müdaxilə təkcə hüquqi seçim deyil, həm də siyasi məsuliyyətdir. Bu balansın qorunması isə hər bir inkişaf etməkdə olan dövlət üçün vacibdir”.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Dekabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri