Icma.az
close
up
RU
AXCP və Müsavat xarici təsir dairələrinin maraqlarına xidmət edir TƏHLİL

AXCP və Müsavat xarici təsir dairələrinin maraqlarına xidmət edir TƏHLİL

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ölkədə misilsiz milli həmrəylik yaratdı. Dövlət, vətəndaş cəmiyyəti və xalq müqəddəs məqsəd ətrafında birləşdi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu müharibə Azərbaycan xalqının gücünü, birliyini və iradəsini bütün dünyaya göstərdi. Lakin bu ümummilli həmrəyliyin fonunda bəzi müxalif qüvvələrin, xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyasının milli məqsədlərə laqeyd münasibəti ictimaiyyətdə ciddi narazılıq doğurdu. Onların müharibə dövründə davranış və ritorikaları, aparılan hərbi-siyasi kursa açıq dəstək verməmələri təbii olaraq birmənalı qarşılanmadı. Bu passivlik və ikiüzlü mövqe, əslində, onların illərlə xarici təsir dairəsində formalaşmış ideoloji xəttinin təzahürü idi.

Xarici təsir və ideoloji asılılıq

AXCP və Müsavatın siyasi davranışında uzun müddətdir Qərb fondları və beynəlxalq təşkilatların təsiri özünü göstərir. Qrant mexanizmləri, “demokratiya təşviqi” proqramları və siyasi təlimlər vasitəsilə formalaşan bu təsir həmin partiyaların xarici prioritetlərə yönəlməsinə səbəb olub. Post-sovet məkanında müxtəlif illərdə baş verən “rəngli inqilablar” ssenariləri göstərdi ki, müxalifət strukturları ilə xarici siyasi mərkəzlər arasında gizli əməkdaşlıq daxili sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Azərbaycan Konstitusiyasının müvafiq maddəsi və “Siyasi partiyalar haqqında” Qanun dövlətin müstəqilliyinə, Konstitusiya quruluşuna və milli təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərin yolverilməzliyini təsbit edir. Bu müddəa dövlətin siyasi sisteminin sabitliyini qorumaq məqsədi daşıyır. Məhz bu kontekstdə AXCP və Müsavatın son illərdəki addımları – Vətən müharibəsində həmrəyliyə qoşulmaması, dövlətin legitim əməliyyatlarını şübhə altına alması və xarici siyasi ritorikaları təkrarlaması – artıq sadəcə müxalif mövqe kimi qəbul oluna bilməz, onların bu fəaliyyəti milli təhlükəsizlik kontekstində təhlükə sayılmalıdır.

Ramiz Mehdiyev şəbəkəsi və gizli siyasi planlar

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırıldıqdan sonra bəzi müxalif dairələrlə, xüsusilə AXCP və Müsavatla gizli təmaslar qurduğu barədə silsilə məlumatlar var. Bu əlaqələr vasitəsilə “Dövlət Şurası” adlı paralel strukturun yaradılması, hakimiyyətin dəyişdirilməsi və xarici dəstəyin təmin edilməsi kimi planlar hazırlanıb. Həmin planların məqsədi dövlət orqanlarına inamsızlıq yaratmaq, cəmiyyətdə çaşqınlıq formalaşdırmaq və sabitliyi sarsıtmaq olub. Bu istiqamətdə Mehdiyev şəbəkəsi ilə AXCP-Müsavat arasında ideoloji və informasiya əməkdaşlığı qurulduğu da bildirilir.

“No war” ritorikası və milli maraqlara zidd mövqe

Vətən müharibəsində qələbədən sonra 50-yə yaxın siyasi partiya Azərbaycan Ordusunun qəhrəmanlığını, dövlətin apardığı siyasəti və ərazi bütövlüyünün bərpasını dəstəkləyən ortaq bəyanat imzaladı. Lakin AXCP və Müsavat bu sənədə imza atmaqdan imtina etdi. Bu qərar milli həmrəyliyə etinasızlıq, ictimai birliyə qarşı açıq laqeydlik kimi qiymətləndirildi. Müharibə dövründə isə bu partiyalar və onlara yaxın media resursları “no war” və “sülh” şüarları altında faktiki olaraq Ermənistanın təcavüzkar siyasətini pərdələməyə çalışdılar. Onların ritorikası Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş özünümüdafiə hüququnu kölgəyə salır, ölkənin mövqelərini zəiflədirdi.

2024-cü ilin avqustunda Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin AXCP və Müsavat təmsilçiləri ilə görüşləri də bu kontekstdə diqqət çəkir.

Avropa İttifaqının Bakıdakı ofisində baş tutmuş görüşdə regionda və Azərbaycanda durum, ölkəmizdəki ictimai-siyasi vəziyyət, müxalifətin fəaliyyəti və digər məsələlər müzakirə olunub. Seçkilər və COP29 ərəfəsində keçirilən həmin görüşdə Ofisin rəhbəri, səfir Piter Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyi məsələsinə toxunaraq, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin yaranmış durumdan ciddi narazılığını onların diqqətinə çatdırıb. Mixalko deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb. Səfir AXCP və Müsavata tələblərini də çatdırıb, onların seçki ərəfəsində siyasi fəallığı artırmalı, kütləvi aksiyalar və tədbirlər keçirməli olduqlarını vurğulayıb. Təkcə bu faktın özü bu partiyaların fəaliyyətlərini hansı prinsiplər, kimlərin diqtəsi əsasında qurduqları barədə təsəvvür yaradır.

Eyni zamanda, xarici donorlar tərəfindən dəstəklənən bəzi “no war” və feminist qrupların fəaliyyəti də bu təsir dairəsində qiymətləndirilir. Formal olaraq humanist və ya hüquq-mərkəzli görünən bu hərəkatlar, əslində, milli ideoloji məkanın parçalanması, dəyərlər sisteminə təsir göstərilməsi və dövlətin strateji mövqelərinin zəiflədilməsi istiqamətində fəaliyyət göstərir. Bu, müasir “yumşaq güc” strategiyasının Azərbaycandakı təzahürlərindən biri hesab olunur.

Bütün bu addımlar – Qələbə bəyanatına imza atmamaq, “no war” ritorikası və sülh çağırışlarının siyasi məqsədlərlə manipulyasiyası AXCP və Müsavatın milli maraqlardan uzaq, xarici təsir altında fəaliyyət göstərdiyini göstərir. Dövlətin və xalqın tarixi ədaləti bərpa etdiyi, torpaqların azad olunduğu bir dövrdə bu cür mövqe həm daxili həmrəyliyə zərbə vurur, həm də Azərbaycanın beynəlxalq imicini zəiflədir.

Mövcud faktlar açıq şəkildə göstərir ki, AXCP və Müsavatın fəaliyyəti artıq sadəcə müxalif mövqedə dayanmaqdan çıxaraq, milli təhlükəsizlik müstəvisində risk yaradan bir mərhələyə keçib. Bu partiyaların fəaliyyəti uzun müddətdir ki, ölkədaxili siyasi proseslərdən çox, xarici təsir dairələrinin maraqlarına xidmət edən istiqamətdə formalaşıb. Ramiz Mehdiyev şəbəkəsi ilə gizli əlaqələr, xaricdən yönləndirilən maliyyə və ideoloji təsir kanalları, eləcə də dövlətin suverenliyinə qarşı aparılan informasiya təxribatları bu siyasi qurumları milli təhlükəsizlik üçün real təhdidə çevirib.

AXCP və Müsavatın fəaliyyəti dayandırılmalıdır

AXCP və Müsavatın son illərdəki davranış modeli açıq şəkildə göstərir ki, onlar müxalifətçilik adı altında milli həmrəyliyi sarsıtmaq, dövlətin legitim institutlarını nüfuzdan salmaq və cəmiyyətdə qarşıdurma yaratmaq məqsədi güdürlər. Bu isə artıq siyasi fəaliyyət deyil – dövlətin Konstitusiya quruluşuna qarşı yönəlmiş destruktiv addımlardır. Dövlətin suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyi hər bir siyasi qüvvənin fəaliyyətinin qırmızı xətti olmalıdır. Bu sərhəd aşılarsa, dövlətin həmin qüvvələrə qarşı hüquqi addımlar atması tam qanunidir və zəruridir.

Azərbaycan dövləti Konstitusiyaya əsaslanaraq, belə hallarda siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmaq və ya qadağan etmək səlahiyyətinə malikdir. Bu, təkcə hüquqi deyil, həm də strateji zərurətdir - dövlətin sabitliyini, ictimai asayişi və milli maraqları qorumağın vacib vasitəsidir. Demokratik cəmiyyət anlayışı anarxiyaya deyil, qanunun aliliyinə söykənməlidir.

Bütün hüquqi dövlətlərdə bu prinsip qorunur. Məsələn, qonşu Gürcüstanda Konstitusiyaya zidd fəaliyyət göstərən bir neçə siyasi partiyanın ləğvi barədə məhkəmə qərarı çıxarılıb. “Gürcü Arzusu”, “Avropa Sosialistləri” və “Xalqın gücü” partiyalarının iddiası əsasında Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiya və “Lelo – Güclü Gürcüstan” partiyalarının ləğvi təmin olunub. Bu, dövlət maraqlarının siyasi manipulyasiyalardan üstün tutulmasının nümunəsidir.

Müxalifət partiyalarına və dairələrə qarşı oxşar proses Ermənistanda da müşahidə olunur. Ermənistan hakimiyyəti müxalifətdə olan partiyaların ölkənin təhlükəsizliyinə yönələn fəaliyyətlərinin qarşısını almaq üçün kütləvi həbslərə və məhdudiyyətlərə əl atır. Bu proses kilsəyə və din xadimlərinə də şamil olunur. Artıq Ermənistanda bir neçə keşiş və siyasətçi dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub.

44 günlük Vətən müharibəsi bir həqiqəti də aydın şəkildə ortaya qoydu: dövlətin gələcəyi yalnız milli birlik, siyasi məsuliyyət və dövlət maraqlarının üstün tutulması ilə mümkündür. Bu reallıq qarşısında dövlətə və xalqa qarşı yönəlmiş hər cür təxribat cəhdləri, ideoloji diversiyalar və xarici təsir oyunları qarşısında milli həmrəyliyin qorunması ölkənin ən güclü silahıdır.

Bu səbəbdən, AXCP və Müsavat kimi partiyaların fəaliyyəti təkcə siyasi məsələ deyil, milli təhlükəsizlik məsələsidir. Dövlətin maraqları hər hansı partiyanın mənafeyindən yüksəkdə durur və bu prinsip Azərbaycanın sabitliyi, gələcəyi üçün dəyişməz qalmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Noyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see191

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see188

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see180

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see179

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see174

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see158

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see147

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see137

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see137

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see134

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see131

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see131

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see129

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see126

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see124

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see124

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see124

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see123

Müharibədə daha bir idmançı öldü

03 Noyabr 2025 06:28see121

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri