Axios: ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” sistemləri göndərib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Səudiyyə Ərəbistanı və Qətardakı mühüm neft-qaz obyektlərinin müdafiəsi üçün regiona əlavə iki “Patriot” zenit-raket batareyası yerləşdirib.
Bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, “Patriot” batareyalarından biri Səudiyyə Ərəbistanındakı neft obyektinin, digəri isə Qətərdəki təbii qaz obyektinin müdafiəsini gücləndirmək üçün göndərilib.
Nəşr yazır ki, Vaşinqton bununla müttəfiqlərini, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası barədə qərar veriləcəyi təqdirdə, onların əsas enerji obyektlərinin müdafiəsinin təmin ediləcəyinə inandırmağa çalışır.
“Axios” qeyd edir ki, ABŞ regiondakı hərbi mövcudluğunu da artırır. Yaxın Şərqə əlavə hərbi gəmilər, qırıcı təyyarələr və hərbçilər göndərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 02 Oktyabr 2026 07:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















