Icma.az
close
up
RU
“Axşam görüşləri” Sözün və düşüncənin məbədi

“Axşam görüşləri” Sözün və düşüncənin məbədi

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Radiosunda 50 ildir ki, hər bazar günü efirə gedən “Axşam görüşləri” dinləyicilərlə mənəvi bağ yaradan, milli-mənəvi dəyərləri təbliğ edən verilişlərdən biridir. Bu veriliş təkcə ədəbiyyatsevərlər üçün deyil, irsimizə, ədəbiyyatımıza maraq göstərən hər kəs üçün qiymətli bir informasiya mənbəyidir.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, görkəmli elm xadimi, tanınmış ədəbiyyatşünas, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan “Axşam görüşləri” illərdir ki, öz orijinallığı və intellektual məzmununu ilə seçilir.

Verilişdə klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı təhlil edilir, ədəbiyyatmızın keçmişi və bu günü ilə bağlı dəyərli məlumatlar təqdim olunur, həmçinin dinləyiciləri düşündürən ədəbi-fəlsəfi mövzular ətrafında müzakirələr aparılır.

“Axşam görüşləri” dəyərli bir arxiv yaratmaqla milli yaddaşımızı zənginləşdirmək, mühüm mədəni-tarixi irs formalaşdırmaq və onu gələcək nəsillərə ötürmək kimi şərəfli bir missiyanı həyata keçirir. Yarım əsri əhatə edən bir dövr ərzində öz fəaliyyətini davam etdirən bu veriliş akademik Rafael Hüseynovun zəngin televiziya təcrübəsinin, mədəniyyətə, ədəbiyyata və tarixə olan dərin bağlılığının, sonsuz sevgisinin göstəricisidir.

Akademik Rafael Hüseynov təkcə bir aparıcı və ya publisist kimi deyil, həm də bir müəllim, tədqiqatçı və mədəniyyət xadimi kimi cəmiyyətimizdə böyük nüfuz qazanmışdır. Alimin fəaliyyəti Azərbaycan televiziya tarixində, mədəniyyətində və informasiya məkanında dərin izlər buraxmışdır. O, hələ gənc yaşlarından başlayaraq televiziyada müxtəlif maarifləndirici proqramlarla çıxış etmiş, ictimai şüurun formalaşmasına, milli-mənəvi dəyərlərin təbliğinə xidmət göstərmişdir.

“Axşam görüşləri”nin cari ilin yanvar ayında yayımlanan buraxılışında akademik Rafael Hüseynov ilk verilişin ərsəyə gəlməsindən danışaraq həmin günləri belə xatırlayıb: “2025-ci il verilişimiz üçün yubiley ilidir. Düz 50 il qabaq “Axşam görüşləri” hər bazar günü sizinlə daimi olaraq görüşlərinə başladı. Sanki dünən idi, bina həmin bina, pillələr eyni. Dəhlizlər həminki..

Onda mən hələ tələbə idim. Artıq 1 il idi ki, Azərbaycan radiosuna ayaq açmışdım. Televiziyada da ilk verilişlərimi hazırlayırdım. Ancaq birinci verilişim radioda, 1974-cü ilin oktyabrında səslənmişdi”.

Verilişin ilk illərindən başlayaraq akademik Rafael Hüseynov daim maraqlı, cəlbedici və dəyərli müsahibələr hazırlamışdır. O, yalnız məşhur şəxsiyyətlər, elm və mədəniyyət xadimləri deyil, həm də onların ailə üzvləri, yaxınları ilə əlaqələr yaradaraq, onları axtarıb taparaq efirə dəvət etmiş, bu görüşlər vasitəsilə Azərbaycan ictimiyyətində böyük maraq doğuran verilişlərə imza atmış, xalqımızın milli-mənəvi irsini ehtiva edən zəngin arxiv formalaşdırmışdır.

Proqramı fərqləndirən əsas xüsusiyyətlər Rafael Hüseynovun ensiklopedik biliyi, tədqiqatçı ruhu ilə yanaşı, onun emosional nitqi, cəlbedici səs tonu, səmimi üslubu və söhbət açdığı hər mövzuya bədii-estetik yanaşmasıdır. Məhz bu səbəbdən, illərdir ki, dinləyicilər verilişin hər buraxılışını böyük maraqla, həvəslə gözləyirlər.

Akademik Rafael Hüseynovun özünün də dediyi kimi, “Axşam görüşləri” ilk illərdən etibarən hər zaman milli iradəmizin, varlığımızın ifadəsi olan məqamlara diqqət yetirmişdir.

İnanırıq ki, hər buraxılışı ilə ruhumuzu qidalandıran bu veriliş hələ uzun illər tarix yazmaqda, gözəl xatirələr yaratmaqda davam edəcək, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına töhfə verən görkəmli şəxsiyyətlərin həyat yoluna işıq salacaq.

Nərgiz Qəhrəmanova

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 18 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see849

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see281

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see277

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see268

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see251

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see245

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see243

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see232

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see198

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see195

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see195

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see194

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see191

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see191

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see190

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see190

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see185

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see176

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see164

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri