Icma.az
close
up
RU
Ayağında elektron qolbaq olan şəxs yenidən cinayət törətdi MƏHKƏMƏ

Ayağında elektron qolbaq olan şəxs yenidən cinayət törətdi MƏHKƏMƏ

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonunda qonşular arasında yaranan mübahisə cinayətə səbəb olub. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 27-də rayonun Nübar qəsəbəsində baş verib. 
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakini, 1985-ci il təvəllüdlü Müzəffər həmin gün saat 14:00-da evinin qarşısında küçəyə zibil atan şəxslərin ünvanına nalayiq ifadələr işlədib. 
Buna görə aralarında  şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əli ilə qəsdən Əlif Nuriyevi vurub. 
Hadisəni törədən Müzəffərin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qonşuluqda yaşayan Əlif adlı şəxs indiki yaşadığı ünvana köçdüyü gündən hamı ilə mübahisə edib: “Heç kimlə yola getməyib. Əvvəllər onunla aramızda heç bir mübahisə və ədavət olmayıb”.
Müttəhimin sözlərinə görə, oktyabrın 27-də, təxminən saat 14:00-da avtomobili ilə evinə gedərkən zərərçəkmiş şəxsin tullantıları yola atdığını görüb və avtomobildən enib: “Əlifə yaxınlaşaraq nəyə görə tullantıları küçəyə atdığını soruşdum. O isə yüksək səslə təhqiredici ifadə ilə kiminsə onun qapısına zibil atdığını dedi. Həmin vaxt avtomobilimin pəncərəsi açıq olub və həyat yoldaşım ilə azyaşlı övladım da avtomobildə olub. Bunu zərərçəkmiş şəxsin nəzərinə çatdırdım və nalayiq ifadə işlətməməsini xahiş etdim. Lakin bunu dedikdə, Əlif daha da əsəblə nalayiq ifadələr işlətməyə başladı. Belə olduqda biz mübahisə etməyə başladıq. Səs-küyü eşidən  bacanağım Əskər və digər qonşular da yanımıza gəldi. Əskər məni arxadan tutaraq oradan uzaqlaşdıran zaman zərərçəkmiş bu dəfə mənim ünvanıma nalayiq ifadə işlətdi. Mən əsəbləşdim və sağ əlim ilə həmin şəxsin üz nahiyyəsindən itələdim. O, yerə yıxıldı. Durduqdan sonra yerdən daş götürərək mənə atdı və bel götürərək üzərimə gəldi. Bu zaman yanımdakı qohumum Əsgər onu dayandırdı və digər qonşular da bizi sakitləşdirdilər. Bacanağım dava-dalaş olmaması üçün məni tutdu. Zərərçəkmiş şəxs üzərimdə bıçaq gəzdirməsi ilə bağlı dedikləri yalandır. Həmin vaxt ayağımda olan elektron nəzarət qurğusunu zərərçəkmiş şəxsə göstərdim və mənə problem yaratmamasını dedi. Zərərçəkmiş şəxslə barışmaq istəsəm də, bir nəticə əldə edə bilməmişəm. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Əlifin ifadəsinə görə, təxminən 4 ildir həmin ünvana köçüb: “Oraya köçdüyüm gündən qonşularla aramızda mübahisələr baş verir. Qonşuluqda yaşayan şəxslər ya evimə su buraxır, ya da qapıma nalayiq ifadələr, sözlər yazırlar. Bu səbəbdən bir neçə dəfə aramızda mübahisələr baş verib. Bir neçə gün evdən çıxdıqda qapımın qarşısında məişət tullantıları görürdüm. Əsəbiləşdiyimə görə sonda dirəyə zibil atılmaması barədə ifadə yazdım. Lakin, həmin ifadəni kimsə pozdu”. 
Əlif qeyd edib ki, məlum hadisədən əvvəl yenə evdən çıxdıqda qapısının qarşısında zibil olduğunu görüb və zibili götürərək kənara qoyub: “Lakin, əsəbi olduğuma görə küçədə bura zibil atan şəxs kimdirsə, onun ünvanına nalayiq ifadə işlətdim. Bu zaman qonşuluqda yaşayan, sonradan adının Müzəffər olduğunu öyrəndiyim şəxs yaxınlaşaraq nəyə görə söyüş söydüyümü soruşdu. Mən də zibil atanı söydüyümü bildirdim. Həmin şəxs yanında qadının olduğunu, onun ailə üzvlərinin yanında söyüş söyməməli olduğumu dedi. Mən əsəbiləşərək nalayiq ifadələr işlətməyə davam etdim. Beləliklə mübahisə şiddətləndi və həmin şəxs yanında olan qohumu ilə birlikdə üzərimə gəldi. Biri məni tutdu, digəri isə üz nahiyəmdən yumruq zərbəsi ilə bir dəfə vurdu. Bundan sonra qonşular bizi sakitləşdirdi. Müzəffər ailəsi ilə birlikdə oradan getdi. Mən isə özümə gəldikdən sonra polisə və təcili tibbi yardım xidmətinə məlumat verdim”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Müzəffərə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Qeyd edək ki, Müzəffər bundan əvvəldə məhkum olunub. Abşeron Rayon Məhkəməsinin 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 2025-ci ildə təqsirləndirilən şəxs cəzasının 2 il 23 gününü çəkib, çəkilməmiş qalan 11 ay 7 gün azadlığın məhdudlaşdırılması cəzası qalıb.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 İyul 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri