Icma.az
close
up
RU
Ayaks və Feyenoord un keçmiş üzvü: Futbol akademiyaları olmasa, Azərbaycanda futbol öləcək MÜSAHİBƏ

Ayaks və Feyenoord un keçmiş üzvü: Futbol akademiyaları olmasa, Azərbaycanda futbol öləcək MÜSAHİBƏ

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Qarabağ" futbol akademiyasının sabiq idman direktoru Con Van Loen Sportal.az saytına müsahibə verib.Futbolçu kimi “Utrext”, “Anderlext”, “Ayaks”, “Feyenoord”, APOEL klublarında oynamış Van Loen son dəfə “Lokomotiv”(Tbilisi) klubunu çalışdırıb. Bundan əlavə o, “Qarabağ”ın futbol akademiyasında idman direktoru, “Roda”, “Utrext”, “Sparta” komandalarında isə məşqçi kimi fəaliyyət göstərib.

- “Qarabağ” kənardan necə görünür? Onlar ötən mövsüm də Premyer Liqanın qalibi oldu. Sabiq komandanızın hegemonluğu haqda nə düşünürsünüz?

Mən “Qarabağ”ı mediada izləyirəm. Gördüyüm qədərilə, onlar çempionatda çox asanlıqla qalib gəlirlər. Rəqiblər bu mənada, onlar üçün çox zəifdir.

- “Qarabağ” Azərbaycan kubokunun finalında “Sabah”a uduzdu. Bu sizin üçün gözlənilməz olmadı?

Bəli, “Qarabağ”ın “Sabah”a kubokun finalındakı məğlubiyyəti mənim üçün gözlənilməz oldu. Mən ehtimal etdim ki, heyətdə daim oynayan oyunçular oynamayıblar. 

- “Qarabağ” bu mövsüm Çempionlar Liqasında çıxış edəcək. Sizcə, onlar bu mövsüm əsas mərhələyə qədər yüksələ biləcək?

Bu, püşkatmadan asılıdır. Bəzən daha böyük klublarla düşməmək üçün şansın gətirir. Əgər “Qarabağ” birlikdə yaxşı işləyən yaxşı komanda yarada bilsələr, istənilən kluba çətin anlar yaşada bilərlər.

- “Qarabağ”ın futbol akademiyası da son illər Avropanın bir sıra ölkələrində keçirilən turnirlərdə çıxış edir. Bu haqda fikriniz necədir? Əvvəlki illərdə bunu çox görmürdük, indi uşaq komandaları müxtəlif turnirlərə gedirlər. Akademiyanın inkişafı baxımından yəqin ki, çox yaxşı haldır?

- Niderlandda keçirilən turnirdə iştirak etmişdik və baş məşqçi Samir Musayev, akademiyanın rəhbəri ilə danışmışdım. İllərlə oynadıqdan sonra onlar yenidən yaxşı təsir bağışlayırlar və bu, bütün Azərbaycan üçün yaxşıdır.

- Azərbaycan futbolu Niderland futbolundan neçə il geridədir və daha çox nədə geri qalır?

Bilmirəm, amma Niderlandda çempionluğu qazanmağa qadir komandalar daha çoxdur. Azərbaycanda yalnız “Qarabağ”dır. Bu, daha çox sərmayə qoymaqla və akademiyaları daha yaxşı təlim, daha yaxşı məşqçilər hazırlamaqla dəyişdirilməlidir. Mən onu da bilirəm ki, daha çox pul ayrılmalıdır, akademiya uşaqlarına daha çox fikir vermək və hər şeyə effektiv şəkildə nəzarət etmək üçün yaxşı akademiya rəhbəri lazımdır.

- Yəqin ki, “Qəbələ” futbol akademiyası ilə tanışsınız. Klub akademiyanın fəaliyyətinin məhdudlaşdırıldığı barədə bəyanat yayıb. Akademiyalar bağanırsa, futbolumuz necə inkişaf edəcək?

Futbol akademiyaları bağlanırsa, siz bir daha istənilən milli komanda yarada bilməyəcəksiniz. Çünki oradan heç bir gənc oyunçu gəlməyəcək. Futbol akademiyaları olmasa, Azərbaycanda futbol “öləcək”. Bu, bütün futbol klubları və peşəkar oyunçu olmaq istəyən gənc oyunçular üçün arxadan zərbədir.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 İyul 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri