Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

KDÇ: “Çelsi”dən uğurlu start

Alimlər qanadsız külək turbinini yaradıblar...

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

Ərdoğan: Türkiyə İran İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır TƏHLİL

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

1 2 günə İran İsraillə anlaşacaq “Ölkə daxilində isə maraqlı proseslər...”

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

Hollivud ulduzlarını gözlərindən tanıyın Maraqlı TEST

Tramp: İran danışıqları istəyir, amma danışıqlara daha əvvəl başlamalı idi

İyunun 17 də bu ərazilərdə qar yağacaq

AYB nin bu yazıçıları dil imtahanından kəsilər SORĞU

AYB nin bu yazıçıları dil imtahanından kəsilər SORĞU

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Azərbaycan Yazıçılar Birliyinin üzvlərini ana dili imtahanından keçməyə çağırıb.

Ümumiyyətlə belə bir imtahanın keçirilməsinə gərək varmı? Yazıçılar arasında ana dili imtahanı keçirilsə hansı yazıçılar kəsilər?

Məsələ ilaə bağlı Tribunainfo.az-ın sorğusunu cavablayan yazıçılar fərqli açıqlamalar verib.

Şərif Ağayar

Düzü, bu təklifi görəndə ilk yadıma Xalq yazıçısı Çingiz Abdullayev düşdü. Onu Azərbaycan dili sertifikasiyasında təsəvvür elədim: üz-gözünü töküb pərt vəziyyətdə oturub. Hətta təklif Məleykə xanımın özü tərəfindən səslənməsə, deyərdim, Çingiz müəllimə sataşırlar. Sonra AYB-nin məsələ ilə bağlı açıqlamasını oxudum. Ona da ayrıca güldüm. Nə “olsun” deyə bilirlər, nə də “olmasın”. Bilmirlər təklif hansı səviyyədən gəlib. Allah eləməmiş, birdən lap yuxarılardan gəlmiş olar, nə edərlər onda? Hər ehtimala qarşı elə danışıblar ki, olsa da heç nə itirməsinlər, olmasa da. Onlar üçün çox həssas məsələdir. Təklifə gəlincə, super təşəbbüsdür. Madam bizim yazıçılar bu xalqın pulu (büdcə) hesabına kef-damaq içində yaşayırlar, zəhmət çəkib bu xalqın dilindən imtahan da versinlər. Ümid edirəm, nəinki sıravi üzvlərin, hətta katiblərin bəziləri kəsiləcək. Məndən olsa keçirilər və çox əyləncəli gündəm olar. Təsəvvür edin, Anar müəllim dil imtahanından kəsilib, prezident administrasiyasına şikayətə gedib. Çingiz müəllim isə mütləq ölkə başçısına məktub yazardı. Bildirərdi ki, müharibə vaxtı rus televiziyalarında Azərbaycan əleyhinə danışan ekspertləri susdurub, onu istisna hal kimi nəzər alsınlar. Ölkə başçısı da nəzərə alardı. Elə biz də nəzərə alardıq. Başqa necə olmalıdır? Bir Çingizimiz var da. Rəngli adamadır. Unikaldır. Dünyada analoqu yoxdur. Dünyada öz xalqının dilində yaza bilməyən neçə xalq yazıçısı var? Heç yarım dənə də yoxdur. Allah qorusun.

Fəxri Uğurlu

Məleykə Abbaszadə özü başda olmaqla məmurların doxsan faizi kəsilər. AYB üzvlərinin də ən azı yetmiş faizi.

Qan Turalı

Belə bir imtahanı əslində Yazıçılar Birliyi özü həyata keçirtməli idi. Üzvlər elementar imtahanla götürülsəydi hər yoldan ötən AYB-yə üzv ola bilməzdi. AYB üzvləri arasında latın əlifbasında yaza bilməyənlər var. Nizaminin Füzulidən əvvəl yaşadığını bilməyənlər var. Özü də belələri mütləq çoxluqdadır.

Qulu Məhərrəmli

Bu bir az dolaşıq məsələdir. Çünki parametrləri dəqiq demək lazımdır ki, DİM-in rəhbəri, hörmətli Məleykə xanım nə istəyir. Əslində bizim ana dilinin keşiyində dayanmalı olan və bu dilin inkişafına kömək edən peşə adamlarından biri də yazıçılardır. Azərbaycan Yazıçılar Birliyi də zaman-zaman ana dilinin problemləri ilə bağlı çox kəskin mövqedə dayanırdı. İndi bəlkə də zəifləyib amma ümumiyyətlə bizim ayrı-ayrı yazıçılarımız son dövrlərdə Xəlil Rza, Qabil, Anar müəllim özü bu məsələlərlə bağlı çox kəskin çıxışları olub. Faktiki olaraq yazıçı dili yaradandır. Yazıçı dili bilmirsə onda daha nə olacaq. Ona görə də bu məsələlərdə diqqətli və ehtiyyatlı olmaq lazımdır. Təəssüf ki, dili bilməyən, dövlət qurumlarında çalışan, ana dilində öz fikrini ifadə edə bilməyən çox sayda məmurlarımız var. İlk növbədə ana dilini onlardan tələb etmək lazımdır, onları sertifikasiyaya cəlb etmək lazımdır. Hər kəs bilməlidir ki, dövlət dilinə hörmət etmək və bilmək lazımdır. Çünki ana dili bizim milli varlığımızı ifadə edir. Amma bütün hallarda ana dili məsələsinin gündəmdə olması müsbət hadisədir.

Almaz Ərgünəş

Qrammatik cəhətdən vacib deyil. Elə cümlə qurluşu, bir misra kifayətdir AYB-nin təmizlənməsi üçün. Çünki o qədər yararsız, savadsız, hətta cahil “şair və yazıçı”lar var ki…
Adam onlara görə utanır, hətta.

Günel Natiq

Məleykə Abbaszadə bu təklifini Dil İnstitutuna və ya təhsil sisteminə yönəltsəydi, daha məntiqli olardı. Çünki təhsil sistemi aşağı səviyyədədir və bu səbəbdən bütün sahələrdə peşəkar mütəxəssislərimiz azdır. Dil İnstitutu isə elementar sözlərin düzgün yazılış qaydasını illərdir müəyyən edə bilmir.
Yazıçının dili bilməsi onun əsas keyfiyyətlərindən biridir. Ancaq onu da nəzərə alın ki, yazıçının istedadı, yaradıcı gücü, üslubu əsasdır.
Kimin kəsilib -kəsilməyəcəyini deyə bilmərəm. Tutaq ki, ucqar kənddə yaşayan, sanballı əsərlərin müəllifi olan 80 yaşlı bir yazıçı gəlib imtahan verdi və kəsildi. O, AYB-dən xaric ediləcək? Və bununla dil problemləri həll olunacaq? 70-80 yaşlı yazıçıları imtahan etməyin nə qazandıracağı da sual altındadır.
Dediyim kimi, bu cür təşəbbüslər təhsil sisteminin gücləndirilməsinə yönəldilsə, daha faydalı olar.

Rasim Qaraca

Yəqin ki, bu dili bilib-bilməmə imtahanı deyil, dilin yalana nə qədər bulaşıb-bulaşmama imtahanı olacaq. Elə isə AYB üzvlərinin çoxu bu imtahandan keçə bilməyəcək.

Könül Arif

Mükəmməl yazıçılar üçün dil bir vasitədir. Onun əlinin altındakı bir alətdir. Əlbəttə ki, bu yazıçılarda yaxşı olmasaydı onlar yazıçı olmazdılar. Məleykə xanımın nələrə əsasən irad gətirdiyini bilmirəm. Mən dilçi kimi belə şeylərə qıcıq oluram. Ancaq bilirəm ki, bu mənim subyektiv fikrimdir. Hər hansısa bir kitabı oxuyarkən orada səhvlər görəndə mən qıcıq oluram. Bu mənim problemimdir. Əslində burada problem yoxdur deyə düşünürəm. Məleykə xanım yəqin ki, bu prosesləri bilmir. Redaktə, korrektə deyilən bir şey var. Hər bir yazıçı dilçi ola bilməz. Bulqakov cərrah idi. Bulqakov “Master və Marqarita”nı yazdı və dünya şöhrətli yazıçı oldu. Əminsiniz ki, Bulqakovun orfoqrafik səhvləri yox idi? Yox, əgər Məleykə xanım belə bir təşəbbüsü xeyir niyyəti ilə irəli sürürsə, çox gözəl. O zaman AYB-də pulsuz təlimlər təşkil etsin, təlim ehtiyacları araşdırılsın. Əgər Anar müəllimin də razılığı olarsa və əlbəttə belə bir ehtiyac varsa. Mən inanmıram ki, belə bir ehtiyac olsun. Dövlət tərəfindən Yazıçılar birliyinin üzvləri üçün pulsuz təlimlər təmin olunsuz. Bu daha şəffaf və gözəl bir addım olardı nəinki irad.

Qəşəm Nəcəfzadə

Əvvəla yazıçılardan imtahanı kim götürəcək? Test imtahanı elə bir şeydir ki, adam müəyyən bir sahədə işə düzələndə götürülür. Məgər yazıçı işə götürülür? Yazıçının dilini, üslubunu test etmək üçün Azərbaycanda heç bir texniki imkan yoxdur. Və Məleykə Abbaszadə öz idarəsində yazıçının yazı üslubunu, yazı vərdişini testlə üzə çıxara bilməz. Çünki yazıçı dili özü yaradır. Yazıçının dilini təhlil edə biləcək texnili vasitə yoxdur. Yazıçı azaddır, dil azaddır. Ona görə də yazıçıdan imtahan götürmək absurddur. Amma yazıçı işə düzələndə Azərbaycan dilindən test imtahanı götürə bilərlər. Amma işə götürmək deyil, gəlib Azərbaycan yazıçısını yoxlayırlarsa, onları yoxlamaq imtahan komissiyasının elə bir gücü yoxdur. Anarın, Sabir Rüstəmxanlının dilini necə test etmək olar? Axı, yazıçının dili testə sığmır. Bu daha geniş bir anlayışdır. Bu ona bənzəyir ki, mənə 5 kg hava ver, 4 kg sevgi ver. Yazıçının dilini yoxlamaq mücərrəd bir şeydir.


Sevil Gültən

Vallah, Mələykə xanımdan qabaq mən buna bənzər təklif irəli sürmüşdüm. Bəzi şair və yazıçıları yığasan Natəvan klubuna, deyəsən öz kitabın haqda beş-on cümlə yaz. Çoxu bunu bacarmaz-pul, verib kitab alanlar. İndi belələri çoxdur. Azərbaycan dilinin qrammatikasını isə çoxu bilmir. Elə biri Rəşad Məcid. Bir dəfə status yazmışdı “Bu ki, payız deyil”. Yazdım ki, burda “ki” ədatdır, vergül olmaz. Məni dostluqdan sildi, amma vergülü də pozdu. Belə imtahan olsa şəxsən mən gözüyumulu imtahan verərəm

Ayxan Ayvaz

Məleykə Abbaszadə bir şeyi bilmir ki, ölkənin ən yaxşı yazıçısı Əkrəm Əylislini də imtahan eləsən, bəlkə, Azərbaycan dilindən yaxşı bal toplamaz. Ünumiyyətlə, yazıçı qrammatikanı bilməyə borclu deyil, o hissiyyat adamıdır. Dili hiss etməyən, dili yerli-dibli bilməyən o qədər Azərbaycan dili “ustaları” var ki.
Bu öz yerində. Amma AYB üzvləri arasında imtahan keçirilsə, ölərəm gülməkdən. Çox gözəl olar. Xüsusilə, Çingiz Abdullayev imtahandan kəsilsə, Anar müəllim onu tapşırsa, əla olar.

Cəlil Cavanşir

AYB ilə heç bir əlaqəm olmadığı üçün, ancaq üzdə olan bir neçə şair və yazıçını tanıyıram. Mənim tanıdıqlarımın hamısı dil imtahanından keçəcək potensialda olanlardır. Kəsilsə bircə Çingiz Abdullayev kəsilər. O da katib olduğu üçün yəqin imtahan etməzlər.

Nicat Həşimzadə

Azərbaycan dili tarixin davalarından, qovğalarından salamat çıxmağı bacarıb. Azərbaycan dilinin müdafiəyə ehtiyacı yoxdur. Dili yaşadan, qoruyan, gələcək nəsillərə ötürən xalqdır. Xalq dili əsasən şifahi nitqdir. Əgər xalq öz dilini qoruya bilirsə, yaşada bilirsə, hansısa qurumların alternativ addımlar atmağına ehtiyac yoxdur. Azərbaycan xalqı öz ana dilini sevir və qoruyur. Sözün düzü mən bu qərarı tam anlaya bilmədim. Əgər belə bir imtahan olsa, məsələn, dəyərli xalq yazıçısı Anar müəllim də imtahan verəcəkmi? 30 il, 40 il ərzində Azərbaycan dilində yazan, Azərbaycan dilini yaşadan yazıçıdan Azərbaycan dilində imtahan verməyi necə tələb edəcəklər? Azərbaycan yazıçısı mütləq Azərbaycan dilində yazmalıdırmı? Belə bir iddia doğru deyil. Erməni şairəsi Sayat Nova Azərbaycan dilində şeirlər yazıb, amma erməni şairəsidir. Nabokov ingilis dilində yazıb, amma Rusiya yazıçısıdır. Çingiz Abdullayev rus dilində yazır, amma Azərbaycan yazıçısıdır. Qloballaşan dünyada, süni zəka dövründə hansısa dili qorumağa çalışmaq uğurlu addım deyil. Əgər bir dil özünü qoruya bilmirsə, yaşama, yaratma gücünü itiribsə, onu qorumaq cəhdləri uğursuz olacaq. Bunun əvəzinə yeni sözlər yaratmaq, lüğət tərkibini zənginləşdirmək lazımdır. Suala daha konkret cavab verim. 50 il Azərbaycan dilində yazan adamdan Azərbaycan dilindən imtahan verməsini tələb etmək nəzakətli davranış olmaz. Cənab prezidentin xalq şairi, xalq yazıçısı statusu verdiyi müəlliflərdən imtahan vermək tələb olunacaq? Əgər tələb olunmayacaqsa, demək ki, sıravi üzvlər imtahan verməli olacaq. Bu da ayrı-seçkilik, mübahisə yaradacaq. Mənə elə gəlir ki, Məleykə xanım yəqin, AYB-ə qəbul prosesində gənc müəlliflərin imtahan verməsini nəzərdə tutub. Məlum təklif haqqında ciddi məlumatım yoxdur təəssüf ki. Hər halda Məleykə xanım kimi proqressiv və ədalətli insan belə bir təklif veribsə, demək ki, ciddi əsasları var.

Tural Turan

Bu sualı AYB sədrinə və üzvlərinə ünvanlamaq lazımdır. Məncə, Anar keçər, Rəşad Məcidlə Elza Seyidcahan kəsilər. Amma təbii ki, imtahana hazırlaşıb getsələr, kafi qiymətlə keçmələri də mümkündür. Çingiz Abdullayev isə AYB-nin Moskva müxbiridir. Azərbaycan dili onun xarici dilidir. Ona görə də gərək xarici dil imtahanına girsin.

İlqar Rəsul

Belə bir imtahanın ola biləcəyi ağılabatan deyil. Amma əgər olardısa belə, inanmıram ki, dil bilgisi məsələsində AYB hansısa qurumdan geri qalsın. Konkret üzvlərə gəlincə, düşünürəm ki, AYB-də dili zəif bilənlər yetərincə bilənlərlə müqayisədə maksimum 1-2 faiz təşkil edər.

Hazırladı: Dəniz Pənahova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Mart 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see208

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see202

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see153

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see146

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see139

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see131

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see130

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

16 İyun 2025 22:23see123

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see122

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see122

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

16 İyun 2025 19:52see121

Ərdoğan: Türkiyə İran İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır

16 İyun 2025 19:51see119

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see118

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır TƏHLİL

16 İyun 2025 19:10see117

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

17 İyun 2025 19:27see115

1 2 günə İran İsraillə anlaşacaq “Ölkə daxilində isə maraqlı proseslər...”

16 İyun 2025 18:41see114

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

17 İyun 2025 10:41see113

Hollivud ulduzlarını gözlərindən tanıyın Maraqlı TEST

16 İyun 2025 19:10see113

Tramp: İran danışıqları istəyir, amma danışıqlara daha əvvəl başlamalı idi

16 İyun 2025 20:17see111

İyunun 17 də bu ərazilərdə qar yağacaq

16 İyun 2025 23:41see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri