Icma.az
close
up
RU
Aydın Mirzəzadə: Azərbaycanda millətçilik sağlam prinsiplər üzərində qurulub VİDEO

Aydın Mirzəzadə: Azərbaycanda millətçilik sağlam prinsiplər üzərində qurulub VİDEO

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Milli ideologiyaya qarşı təhdidlər əleyhinə fəaliyyətin təşviqi" layihəsi çərçivəsində internet televiziyasında verilişlərə start verib.

Jurnalist Zahid Nurəliyevin aparıcısı olduğu verilişin budəfəki qonağı Milli Məclisin deputatı Aydın Mirzəzadədir.

Aydın Mirzəzadə çıxışında Azərbaycanın milli ideologiyasının yaranması və inkişaf mərhələləri barədə ətraflı məlumat verib.

O bildirib ki, milli ideologiya insanın, cəmiyyətin düşüncələrini formalaşdıran normalar toplusudur: "Hər kəsin, hər qrupun özünün ideologiyası olur. Hətta "mən heç bir ideologiyaya inanmıram" deyənlər də gec-tez hansısa ideologiyanın təsiri altına düşür. Millət eyni tarixə, dilə, əraziyə, hətta dinə malik olan insanların toplusudur. Xalq insan bir dövlətin müəyyən bir ərazisində yaşayan insanların toplusudur. Nə üçün biz "Azərbaycan xalqı" deyirik, amma "Azərbaycan milləti" ifadəsini işlətmirik. Ona görə ki, dünyada "millət" sözü millətçiliyin təbliği kimi qəbul edilir. Milli ideologiya isə cəmiyyəti birləşdirən düşüncələr toplusudur. Milli ideologiya dövlətçiliyi gücləndirilməsinə xidmət edir. Dünyada mövcud olan bütün dövlətlərin ideologiyası var. Müasir milli ideologiya dedikdə ilk növbədə müstəqilliyin qorunması, beynəlxalq birlikdə nüfuzun qazanılması, sosial və iqtisadi inkişafın təmin edilməsi başa düşülür. Təəssüf ki, Azərbaycan xalqının cəmiyyətin müəyyən dönəmlərində milli ideologiyası olmayıb. Həmin dövrlərdə Azərbaycan cəmiyyəti daha çox adət-ənənələrə, ədəbiyyata, dinə, mədəniyyətə bağlı olub. Bu da ona gətirib çıxardı ki, Azərbaycanın əraziləri üç böyük imperiyanın arasında bölüşdürüldü. Hətta belə bir vəziyyətdə Azərbaycanda Mirzə Kazımbəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi milli məfkurəli ziyalılar yetişdi. Həmin şəxslər indi bizim azərbaycançılıq adlandırdığımız ideologiyanın ilk rüşeymlərini yaradıblar".

Millət vəkili Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmlərində azərbaycançılıq ideologiyasının təbliği və güclənməsi üçün atılan addımları diqqətə çatdırıb. Aydın Mirzəzadə onu da bildirib ki, Azərbaycanda vətəndaş millətçiliyi sağlam prinsiplərə söykənir: "Qüsurlu, xəstə erməni millətçiliyindən fərqli olaraq azərbaycanlılar heç vaxtı başqalarının ərazilərinə göz dikməyib, fərqli dindən olanların qəbiristanlıqlarını dağıtmayıb. Azərbaycanın milli ideologiyası dövlətçiliyimizin əsasını təşkil edir. Xaricdən Azərbaycanda milli ideologiyanın əsaslarını sarsıtmaq cəhdlərinin şahidi oluruq. Ölkəmizdə dini, etnik və s. zəmnində qarşıdurma yaratmaq istəyənlər olub və var. Amma Azərbaycan dövləti və xalqımız buna imkan vermir".

Aydın Mirzəzadə ilə olan daha ətraflı söhbətimizin verilişini təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Avqust 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri