Icma.az
close
up
RU
Aydın Süleymanlı: “Veyk an Zedə yeni taktika tətbiq etməyə qərar verdim”

Aydın Süleymanlı: “Veyk an Zedə yeni taktika tətbiq etməyə qərar verdim”

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan qrossmeysteri Aydın Süleymanlı Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” şahmat turnirində kifayət qədər inamlı çıxış edir.

İdman.Biz-in məlumatına görə, finişə iki tur qalmış o, səkkiz xal toplayaraq üçüncü pillədə qərarlaşıb və lider olan ABŞ-li şahmatçı Endi Vudvortdan yarım xal geri qalır.

Süleymanlı ardıcıl üç qələbəlik seriya ilə irəliləyirdi, lakin 11-ci turda Vasili İvançuka məğlub oldu. Bununla belə, həmyerlimiz birinci yer uğrunda mübarizədə hələ də yaxşı şanslarını qoruyur.

Aydın etiraf edib ki, Veyk-an-Zedə qazandığı qələbəli partiyalar da onun üçün müxtəlif ssenarilərlə keçib. O, buna misal olaraq İspaniyanı təmsil edən Daniil Yuffa ilə görüşü göstərib.

“Bir məqamda hətta uduza da bilərdim, çünki xətləri qarışdırmışdım. Lakin rəqibim optimal gedişləri tapa bilmədi və nəticədə mən şans qazandım. Amma mövqe mənim üçün açıq-aşkar təhlükəli idi. Qeyri-standart gedişlərə əl atmalı oldum, əks halda məğlubiyyət qaçılmaz idi”, – deyə A. Süleymanlı bildirib.

Azərbaycan şahmatçısı əlavə edib ki, Veyk-an-Zee turnirində mümkün qədər sürətli oynamağa çalışır.

“Mən sürətli oynamağa çalışırdım. Həm Yuffa ilə oyunda, həm də digər partiyalarda. Çünki zaman amili getdikcə daha böyük əhəmiyyət kəsb edir. Ona görə də lövhədəki mövqe xoşuma gəlməyəndə oyunu sürətləndirməyə cəhd edirəm. Əvvəllər belə strategiya tətbiq etmirdim, amma Veyk-an-Zedə bir sıra görüşlərdə xal itirdikdən sonra taktikanı dəyişməyə qərar verdim”, – deyə Süleymanlı “Tata Steel Challengers”in rəsmi kanalına açıqlamasında söyləyib.

O, həmçinin yarışın reqlamentinə də toxunub. Reqlamentə əsasən, turnirdə turlar arasında iki istirahət günü nəzərdə tutulub.

“Əslində, belə bir yarış üçün bir istirahət günü tamamilə kifayətdir. Çünki turnir iki dəfə fasiləyə gedəndə iştirakçılar sanki ritmi itirirlər. Mən digər şahmatçılarla da danışmışam və bəziləri etiraf edir ki, istirahət günündə oyun günlərindən daha çox yorulurlar. Veyk-an-Zedə oyun gərginliyi, adrenalin olur və yorğunluğu hiss etmirsən. Amma məhz istirahət günlərində bu üzə çıxır və o zaman nə qədər yorulduğunu dərk edirsən", – deyə Süleymanlı vurğulayıb.

Əlavə edək ki, Aydın məhz ikinci istirahət günündən sonra Vasili İvançuka uduzaraq məğlubiyyətlə üzləşib. İndi onun turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq üçün ehtiyatında iki turu qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Yanvar 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri