Icma.az
close
up
RU
Aydın ziyalı və yaxud ictimai məzmunla mənalanmış ömür

Aydın ziyalı və yaxud ictimai məzmunla mənalanmış ömür

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bu gün tanınmış jurnalist-politoloq, “Bakı - xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyevin 65 yaşı tamam olur. Yubiley yaşıdır. Kifayət qədər uca zirvədir, uzun yoldur. Hər adama nəsib olmur belə uzun yolu keçmək. Cəmiyyətdə, onu əhatə edən insanlar, həmkarlar arasında  həmişə barışığa can atan, hamını ortaq məxrəcə gətirməyə səy göstərən və həmrəylik, dostluq, xoş münasibət yaratmağı bacaran Aydın Quliyev kimi bir insanı lütf göstərib bu zirvəyə yüksəldən Uca Tanrımızdan razılığımızı ifadə edirik, yubliyara isə çıxdığı, keçdiyi yolu hələ bundan sonra ən azından 35 il, yəni 100-dək indiki şövq və enerji ilə davm etdirməsini arzulayırıq. Yolun yarımçıq dayandırılması Aydın Quliyev tərəfindən onu tanıyanlara, geniş ictimaiyyətə və əlbəttə ki, birinci növbədə də mətbuatımıza xəyanət olardı.

İndi elə bir mərhələyə çatmışıq ki, mətbuatımızın Aydın Quliyev kimi peşəkar və təəssübkeş yazarlara, təşkilatçılara, fikir adamlarına böyük ehtiyacı var. Burada bir məqamı da xüsusi qeyd etmək istərdik. Aydın Quliyevin 65 illik yubileyi milli mətbuatımızın 150 illiyi ilə üst-üstə düşür - arada cəmi dörd gün fərq var. Bunu, bəlkə də, təsadüf də saymaq olardı. Ancaq Aydın Quliyevin xoşbəxtliyidir ki, onun yubileyi ilə taleyini bağladığı, ömrünü həsr etdiyi sevimli peşəsinin bayramı eyni ərəfədə qeyd olunur.

Yubliyar üçün daha bir xoş məqam ondan ibarətdir ki, onun adı kimi, həyatının məqsədini, fəaliyyətinin məzmununu da elə “aydın” sözü ilə ifadə etmək daha doğru olardı. Bəli, onun barəsində düşünəndə, yazılarını, təhlillərini analiz edəndə məhz “aydın ziyalı” ifadəsini işlətmək yerinə düşür. Aydın Quliyevin ictimai-siyasi fəaliyyətinin ən qaynar, məhsuldar dövrü respublikamızın müstəqillik illərinə təsadüf edir. Azərbaycan ötən əsrin doxsanıncı illərinin əvvəllərindən möhtəşəm zəfərlərimizədək, yeni reallıqlar şəraitində qədəm qoyduğumuz indiki strateji mərhələyədək asan olmayan yol keçərək, daxildəki satqınlara, xarici düşmənlərə sarsıdıcı məğlubiyyət acısı yaşadaraq özünün ümummilli hədəflərinə çatıb. Aydın Quliyev də hər zaman şəxsi məqsədlərdən uzaq olan fəaliyyəti ilə bu çətinliklərin dəf olunmasına öz payını verib. Onun barəsində “aydın ziyalı” ifadəsini işətmək ona görə yerinə düşür ki, o keçdiyimiz təlatümlü proseslərdə heç vaxt vətəndaş-ziyalı mövqeyini ortaya qoymaq üçün bəziləri kimi, necə deyərlər, suların durulmasını  gözləməyib, doğru bildiyi seçimi bəri başdan edib. Bu seçim isə bir qayda olaraq müstəqilliyimizin, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsi ilə bağlı olub. Hazırda regionumuzda və dünyada mürəkkəb proseslərin izlənildiyi hər kəsə bəllidir. Ayrı-ayrı siyasi şərhçilər prosesləri dəyərləndirməyə çalışırlar. Ancaq həmin dəyərləndirmələrin böyük əksəriyyəti mücərrəd səciyyə daşıyır, ən əsası da müəllifin hansı məzhəbə qulluq etdiyi başa düşülmür. Aydın Quliyevin təhlilləri isə konkretliyi ilə fərqlənir, onların arxasında müəllif məni dərhal görünür.

“90-cı illərin əvvəlində Naxçıvanda əldə silah könüllü müdafiə dəstəsində oldum. Erməni təcavüzkarlar Topxananı məhv edəndə Naxçıvanda ilk ayağa qalxanların yanında idim. “Heydər Əliyevsiz müstəqil dövlət qurmaq çox mürəkkəb olar” deyən ilk təşəbbüskarlarla bir sırada olmuşam. Bu çətin mərhələlərin hər birində mövqe tutmaqdan çox, mövqe göstərməyə çalışdım. Əslində, bunlar o qədər qaynar proseslər idi ki, onların içində şəxsi planda nələrisə düşünmək mümkün deyildi. Bu mənada, bizim nəsli daha çox bəxti gətirənlərdən saymaq olar. Bəxtli gətirənlərdənik ona görə ki, o qaynar proseslərin içində olduq. Şəxsi işlərlə məşğul olmağa fürsətimiz qalmadı. Çönüb arxaya baxanda ömrümü ictimai məzmunla mənalanmış görürəm”, - deyə yubliyarın özü müsahibələrinin birində vurğulayıb.

Yubileyi ərəfəsində mətbuatda Aydın Quliyev barəsində çoxsaylı yazılar dərc olunur. Sanki bütün redaksiyalar, yazarlar ordusu onu təbrik etmək yarışına çıxıb. İşıq üzü görən hər yazının səmimiyyətlə, içdən gələn istəklə qələmə alındığı hiss olunur. Hər müəllif onu tanıdığı, başa düşdüyü kimi təqdim edir və mətbuatımızdakı uca yerini yüksək dəyərləndirir. Aydın Quliyevin təltifləri azdır. Ancaq hesab edirik ki, mətbuat cameəsinin hörməti və dərin ehtiramı onun üçün ən böyük mükafatdır.

65 yaşa çatmaq insan üçün hesabat məqamıdır. Qiymətləndirməmiz belədir ki, Aydın Quliyevin ömür hesabatı kifayət qədər dolğundur və xalqımız, ölkəmiz, dövlətimiz üçün çox faydalıdır.  “Yeni Azərbaycan” qəzetinin kollektivi olaraq Aydın Quliyevə möhkəm cansağlığı, bol-bol yaradıcılıq uğurları, daha səmərəli ictimai məzmunlu fəaliyyət arzulayırıq! 

“Yeni Azərbaycan”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyul 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri