Icma.az
close
up
RU
Bir həyatda iki ürək, beş ömür Aydın Canıyev yazır

Bir həyatda iki ürək, beş ömür Aydın Canıyev yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Aydın CANIYEV

Dünya və Avropa, eləcə də müasir  Azərbaycan ədəbiyyatına çox az mahir bələdçilərdən biri, istedad sarıdan bəxti gətirib də gözəl redaktə qabiliyyətini tətbiq etməyə iş yeri tapmayan uğursuz həmkarım Vazeh Qəzənfəroğlunun əlində nəfis tərtibatlı kitabı görəndə: "Makulaturadı, ya bilik mənbəyi", - deyə soruşdum.

Mənə patoloji nifrətini heç vaxt gizlətməyən Vazeh Qəzənfəroğlunun "başa düşənlər üçün bilik mənbəyi, qalanları üçün makulatura", - cavabını onun şair hazırcavablığına yozsam da, dizimi qatlayıb, elə öz yanındaca oxumağa başladım.

Açığı, son10 ildə ədəbi tənqidin "bəy tərifi" və "tayfa-nəsil  düşmənçiliyi" stilində təqdim etdiyi turşməzə və kəmşirin "ədəbi-bədii-publisistik" nümunələri nəzərə almayanda, təkrar-təkrar oxuduğum bir kitab olub: Hüseynağa Qəniyev, "Müstəbid".

Stolüstü kitabıma çevrilən "Müstəbid", Paşa Qəlbinurun "Təbabət poeziyanın fəlsəfi əyarı kimi və ya MAYE İŞIQ"ıyla cütləşdi.

Hər iki kitab Azərbaycanın VƏTƏNDAŞlıq eşqində olan OXUCUsunun təfəkküründə, qəlbində və gözündə NUR oyadır.

Əgər Hüseynağa Qəniyev dünya fəlsəfəsinin, dövlət və dövlət idarəetmə funksiyalarının mahiyyətini, dahilərin ömrünün - əməl və söz birliyinin nütfəsindəki ən işıqlı çalarlarını Azərbaycana, azərbaycanlılara çatdırıb tanıdırsa, Paşa Qəlbinur təbabəti poeziyanın fəlsəfi əyarı kimi MAYE İŞIQ qismində DÜNYAya təqdim edir. Başa düşən dünya oxucusu o maye işıqda Azərbaycan mentalitetinin, Azərbaycan şairinin, aliminin, siyasətçisinin, siyasətinin, mədəniyyətinin, əxlaqının özünün spesifik rəngləri ilə seçildiyini görür. Buna sevinmək lazımdır! Həmişəmi biz dünyanı tanımalıyıq? Bəs dünyada necə tanınmalı? Bu suala, eləcə də "Azərbaycanı dünyada tanıdanlar kimlərdir" sualına adını çəkdiyimiz"... "MAYE  İŞIQ"da  müəllifin konkret və tutarlı cavabı var: "...Dünyada alman dilinin əvəzinə ingilis dili dəb düşəndə, iki ilə ingilis dilini mükəmməl öyrəndi, Tokioda, Qahirədə, Los-Ancelesda, Tunisdə, Romada parlaq elmi və siyasi məruzələr  elədi...

Son iyirmi ildə (1974-cü ilə qədər olan dövr nəzərdə tutulur - A.C.) dörd ildən bir dünyanın müxtəlif ölkələrində çağrılan Asiya və Afrika ölkələri oftalmoloqlarının daimi konqresində həmişə sovet elmi nümayəndə heyətinə başçılıq etmişdir...

Dünyanın müxtəlif ölkələrində yaşayıb-işləyən görkəmli oftalmoloqlarla hər görüşümdən sonra üzü hamar... başdaşınızla üz-üzə durub Sizə hesabat verirəm. Ümnisə xanım! Sizin haqqınızla o alimlər qəribə, həm də millətimiz üçün fəxr sayılası xatirələr danışırlar (prof. Dəmir Başar, Erol  Turaclı, Çolpan Mirzətac, Antelava, akademik M.Krasnov, S.Fyodorov, Eroşovski, Barrakver, Troutman).

...Rusiyanın uzaq şəhərlərindən birində Fransa Elmlər Akademiyasının fəxri üzvü olan qardaşınız rəhmətə gedir. Siz Bakıdan yola düşəndə ən bahalı, gözəl geyiminizdə, elmi  konqreslərə gedərkən hazırlaşdığınız kosmetikada olmusunuz. Bir nadanın sorğusuna cavab vermisiniz ki, "mən getdiyim şəhərdə, dəfndə bəlkə də heç azərbaycanlı görən yoxdur. Axı, mən Azərbaycanı təmsil edirəm və millətimiz haqqında təəssürat yaradıram!"

...Ümnisə xanım, Siz heç vaxt  Sov.İKP üzvü olmadınız, kişi  ömrü yaşadınız, dilinizdən çıxan söz, söz donunda quş olub uçmadı, nəhəng səma gəmiləri kimi öz qiymətli yükünü həmişə mənzil başına daşıdı..." ("Təkrarsız Ümnisə xanım", səhifə 58).

...Çox istərdim ki, Azərbaycan qadınının bu dərəcədə komplimentsiz, örnək və mərdanə obrazını ehtiva edən bir bədii nümunə göstərsinlər.

"İnsan vücudunun pasportu" gözə təbiblik edən Paşa Qəlbinur həm də şairliyi sözə həkimlik hesab edir, şairi mənəviyyat təbibi sayır... və dediyini də əməliylə sübut edir: çörəyi sənətlə qazanarlar, mənəviyyata təbibliklə yox! Doğrusu, kitabın "Məqam" bölümündəki fikirlər çoxdan gəldiyim qənaəti kağıza köçürməyə təkan verdi. Lap açığı, şair axtarırdım ki, onu nümunə göstərib, ürəyimi boşaldım.

Qədimdə necə olub, demək çətindi, amma müasir şairlər tamam ağını çıxarıblar. Şairliyin ilahi vergi olduğunu cəmiyyətin etiraf və qəbul etməsi sanki şairlərimizin əksəriyyətinə, - seyid  cəddinə nəzir umduğu kimi  (seyidlik də ilahi vergidi), - diktə edir ki, bu xalqdan istədiyinizi nəinki ummaq, hətta tələb etmək, bir az o yana keçəndə, lap belə "təpikləyin" - "sözləyib" ala bilərsiniz. Təsadüfi deyil ki, bütövlükdə şair xalqın şair-vətəndaşlarından vətəndaş-şairliyi ilə seçilənlərin abırlısı prezidentlik istəyir, "tripaç"ı özünün trans vəziyyətindən "vəhylər" gətirir, ümumiyyətlə, İlahinin özü və yaxud da əksinə, özünün İlahiliyini iddia edir, monqoloid baxışlarını tənə seli kimi millətə yönəldir, dədə-nənəsinin kənd mollasına yazdırdığı, mürəkkəbi hələ qurumamış "Couşan-Kəbir" duasını tumanbağlarında gəzdirən farmazonlar isə əliyyül-əminliklə Allahın gündəlik həyatından birbaşa reportajlar silsiləsi işlədiyini bəyan edir. Belə anlarda adam istəyir ki, Vaqif  Bəhmənlinin "Politika" qəzetinə verdiyi müsahibədəki "ədəbiyyat olmasaydı belə, biz ədəbiyyatdan aldığımız zövqü ayrı sahələrdən alardıq" fikrini yun çubuğu kimi götürüb bu şair-nasir tayfasını "dütt" deyinsə çırpasan. Axı, indi Azərbaycan xalqı iş rejimini, həyat şəraitini tamamilə şeirlə tənzimləmir! İndi Allah Sizə bu vergini verib ki, BİZİM XİDMƏTİMİZDƏ DURASINIZ, deməyib ki, kal armud olub boğazımıza, paz olub ədəbiyyatımıza keçəsiniz. Elə kitabından söz açdığımız Paşa Qəlbinurdan öyrənmək nə çətin işdi ki: "Anam məni şair doğub, mən özüm həkim olmuşam".

Varlığıyla sağ olsun Paşa Qəlbinur. Demir amalı xalqına sevinc, nur bəxş eləməkdi, buyur da qardaşım, şeir alınmır, gözəl, yüksək səviyyəli bir cərrahiyyə əməliyyatı bəs edir də bu dünyanı sevməyə, bu dünya uğrunda mübarizə aparmağa. Bunun üçün adamda gərək ürək olsun, ürək.

Paşa Qəlbinurda iki ürək var: şair və həkim ürəyi. Təfəkkürə, qəlbə, gözə nuru sözlə vermək çətindirsə, alınmırsa, ürəyə işığı, nuru gözdən bəxş edir! Bax, bu, dəmi gəlməknən deyil - xalqa xidmət MAYE İŞIQ kimi qırılmaz olmalıdı! Budur insan ömrünü bütövləşdirib şəxsiyyətə çevirən nüans!

Bu kitabın digər maraqlı cəhəti həm də odur ki, Paşa Qəlbinurun iki ürəkli olmasından əlavə, həm də bu iki ürəklə beş ömür yaşadığını ortaya qoyur!

Şair ömrü bəlli!

Həkim ömrü bəlli!

Müəllim ömrü:

"Hamı bilir ki, Paşa müəllim heç nə bilməyən tələbəyə heç vaxt məqbul qiymət vermir".

Vətəndaş ömrü:

"1990-cı ildə seçkilərdə məni müdafiə etməyə söz verən adamların etibarsızlığını görən anam mənə and verdi ki, seçkilərdə iştirak etməyim. Ona görə də anamın sözünə əməl etdim...

1990-cı ildə baş verənlər yadıma düşəndə siyasətə qoşulmaq fikrindən vaz keçirəm. Mən əməlimlə xalqa xidmət edirəm. Xoşbəxtəm ki, səhər yuxudan duranda özümü biqeyrət hesab etmirəm".

Bu kriteriyalarla yaşayan - anasına verdiyi anda əməl edən (halbuki adamlar var ki, Qurana əl basıblar, bu müqəddəs kitabı belə tapdayıb nəfslərini gizlətməyiblər - A.C.), xəstəsinə görə siqaret çəkməyən Paşa Qəlbinurun daha bir ömür yiyəsi olduğunu vurğulamaq istərdim. O ömür nəfsinə qalib gələ bilən mömin ömrüdü!

Qaldı alim ömrü.

Kitabda P.Qəlbinurun alimliyinə aid faktları yazmağa qəzetin 16 səhifəsi bəs eləməz. Digər tərəfdən, biz kitabı təkrar çap etmirik ha, kitabdan məlumat veririk. Hamısını sizə mən çatdırası deyiləm ki? Buyurun, oxuyun, başa düşün, ən azından "tək uçmağı bacaran bir misralıq şeirlərin" siqlətindən agah olun!

SON! Kitabı oxudum. Güman edirəm ki, yüngülvari redaktə və bəzi təkrar hissələrin ixtisarından sonra ciddi şəkildə korrektura edib, çəkinmədən ingilis dili variantını işləmək olar - "bu dünyaya bir çox şeyləri başa sala biləcək insanlarımız hələ var" iddiasıyla.

Bir uşaq ağlayır yaxınlığında

(ixtisarla)

Bir gəlinə

Bir uşaq ağlayır yaxınlığında...

Əlləri uzalı, əlləri yalın.

Əlləri uzanır, əli çatmayır

Əllər iynələnir, can iynələnir...

Dünya iydələnir, dünya göyərir

Ürəyi göyərir, özü göyərmir...

Bir uşaq ağlayır yaxınlığında...

O uşaq yuxuda ağlayır deyən

Taleyin on illik ayrılığında

Titrəyən, titrəyən işıq görürəm.

İndicə yuxuda,

Yuxularında

On ildə min dəfə hamilə olan

Gəlin qucağında uşaq görürdüm.

Uşaq ağlayırdı, mən hönkürürdüm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Fevral 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri