Aygün Bəylərə toxunmayın
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Elə insanlar var ki, onlara toxunmaq olmaz, çünki onlar xalqın qəlbində ucaldıqları yerdə toxunulmaz olurlar. Aygün Bəylər də həmin nadir insanlardandır".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Mərhum Əməkdar artist Aygün Bəylərin görüntüsünü paylaşan aparıcı bunları əlavə edib:
"Böyük sənətkar, səs, istedad… Ola bilər ki, rəsmi olaraq “Xalq artisti” adını almayıb, amma o, bu adın həqiqi sahibi idi. Səhnəyə çıxdığı ilk gündən... Bu xalqın yaddaşında səsi, sənəti, ləyaqəti ilə əbədi yer aldı. Onun ölümü mənə elə təsir etdi ki, sanki ən yaxınımı itirdim… Bu ağrı daim qəlbimdədir və onun xatirəsi heç vaxt silinməyəcək. Unutmayın, bəzi insanlar fiziki olaraq gedir, amma geridə elə bir iz qoyurlar ki, zaman belə o izi silə bilmir… Aygün Bəylər də məhz o izlərdən biridir".
Qeyd edək ki, Aygün Bəylər uzun sürən xərçəng xəstəliyindən 2024-cü ildə dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 10 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















