Icma.az
close
up
RU
Ayıldılar, toplandılar, ordu yaradırlar RƏY

Ayıldılar, toplandılar, ordu yaradırlar RƏY

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Trampın Putinə “yaxşı oğlan”, Zelenskiyə diktator deməsi Avropanı silkələdi


“Nəhayət, avropalılar başa düşməyə başladılar ki, kritik anlarda odda yanan onlar ola bilərlər”


Dünya liderləri Ukrayna ətrafında vahid cəbhə quracaq. ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında kəskinləşən münasibətlər fonunda Avropa İttifaqı ölkələrinin rəhbərləri Kiyevə səfər edəcək. Belə ki, müharibənin üçüncü ildönümündə İspaniyanın Baş naziri Pedro Sançes, Avropa Parlamentinin sədri Roberta Metsola, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bazar ertəsi yola düşəcəklər. Bu sıraya Litva, Latviya, Malta və Kanada liderləri də qoşula bilər. Onlar ya şəxsən, ya da virtual olaraq iştirak edəcəklər. Qeyd edək ki, D.Tramp Zelenskini “diktator” adlandırandan sonra bir sıra Avropa liderləri onun müdafiəsinə qalxdılar.


Politoloq Məhəmməd Əsədullazadənin “Sherg.az”a açıqlamasına görə, baş verən proseslərlə əlaqədar Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp daxili siyasi təzyiqlərlə üzləşəcək. Politoloq hesab edir ki, Ukrayna məsələsində güzəştlər Vaşinqtonun beynəlxalq imicinə mənfi zərbə  vuracaq: 

“Avropa ilə siyasi münasibətlər sistemində tektotik dəyişikliklər baş verməsi Vaşinqtonun xarici siyasətini iflasa uğradır. Nəticədə Avropa öz ordusunu qurduqdan sonra, ABŞ-yə ehtiyacı olmayacaq. D.Tramp Rusiya ilə Çini ayıracağını düşünür. Amma Çin-Avropa yaxınlaşmasına gətirib çıxaracaq. Yeni dünya siyasi nizamında Avropa hərbiləşəcək. Öz təhlükəsizliyini özü təmin edəcək. Bu da NATO fiaskosu deməkdir. Avropa İttifaqı öz təhlükəsizliyində Türkiyə ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək. Artıq Avropa dövlətləri və Türkiyə Ukraynanı müdafiə edəcək. Avropa ölkələri, Türkiyə və Çin Ukraynanı müdafiə edəcəksə, ABŞ-Rusiya sövdələşməsi baş tutmaya bilər. Amma ABŞ V.Zelenskini aradan götürə bilər. Artıq V.Zelenskiyə şoumen deyilirsə, Kremlin sevimli kəlməsi olan "nasist" epiteti yapışdırıla bilər”.


Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi isə “Sherg.az”a açıqlamasında qeyd edib ki, Donald Trampın bir-birinə zidd və əlaqəsiz bəyanatları dünyada bir qədər ajioataj yaratsa da, bu tərzin mənfi elementləri ilə yanaşı müsbət effekti də olacaq: 

“Bir müddət əvvəl Tramp Putinə qarşı kəskin ifadə işlədərək  onu Liviya lideri Qəddafi sayağı zorlanacağı ilə hədələmişdi. Bu bəyanatın üstündən çox az müddət keçmiş Tramp dediklərinin əksinə olaraq bütün dünyanın qaniçən tiran, antidemokratik seçkilərlə hakimiyyətdə qalan diktator kimi tanıdığı Putini qəflətən “yaxşı oğlan”, 3 ildir bütün qərbin və demokratiyanın məğlub olmaması üçün gecəsini gündüzünə qatan Zelenskini isə diktator adlandırması həm gülünc, həm də həyasız iddiadır. Amma bütün bu baş verənlər uzun illərdir ABŞ-nin çətiri altında xumarlanan Avropanı yuxudan ayıltdı. Nəhayət, avropalılar başa düşməyə başladılar ki, kritik anlarda odda yanan onlar ola bilərlər. Bu səbəbdən təcili toplandılar. Bu dalğada Türkiyənin rolu xüsusi olacaq, çünki Avropada ən qüdrətli döyüşkən orduya sahibdir. Zelenskinin təcili olaraq Ərdoğanın yanına getməsindən sonra Ukraynanın Türkiyə çətiri altında daha qarantiyalı ola biləcəyi rəyi formalaşdı. Hesab edirəm ki, bundan sonra Avropa Türkiyə ilə münasibətlərə daha çox diqqət yetirməlidir və Türkiyənin Avropa İttifaqına üzvlüyünü sürətləndirməlidir. İndiki şəraitdə Avropa İttifaqının Türkiyəyə daha çox ehtiyacı var”.


V.Əfəndinin fikrincə, Trampın bu davranışları isə Avropa ilə münasibətlərin kəskinləşəcəyinə dəlalət etməyəcək: 

“Dəvədən böyük fil, Trampdan böyük Konqres var. Avropa ilə ABŞ-nin çoxillik münasibətlərini çılğın prezidentlər kökündən pisləşdirə bilməz”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Fevral 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri