Icma.az
close
up
RU
Aylıq ödəniş az görünür, amma... Kreditlə alış veriş edənlərə XƏBƏRDARLIQ

Aylıq ödəniş az görünür, amma... Kreditlə alış veriş edənlərə XƏBƏRDARLIQ

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda son illər hissə-hissə ödənişlə alış-verişə maraq artıb.

Bir çox vətəndaş məişət texnikası, elektronika, mebel və digər məhsulları birdəfəlik ödəniş etmək əvəzinə taksitlə almağa üstünlük verir. Lakin bu üsul bəzi hallarda ailə büdcəsinə əlavə maliyyə yükü yarada bilər.

Taksitlə alış-verişin sərfəli olub-olmaması, aylıq ödənişlərin ailə büdcəsinə təsiri və vətəndaşların bu zaman diqqət etməli olduqları məqamlar müzakirə mövzusudur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, taksitlə alış-veriş bəzi hallarda vətəndaşların büdcəsinə ciddi yük yarada bilər:

"Lakin taksitin mənfi tərəfi ondan ibarətdir ki, aylıq ödənişlər əvvəlcə kiçik görünür, amma bir neçə alış-veriş üst-üstə düşəndə ailənin gəlirinin əhəmiyyətli hissəsini əhatə edə bilər. İnsan eyni vaxtda telefon, televizor, mebel və məişət texnikası alırsa, hər bir məhsul üzrə ayrıca ödəniş məbləği az görünsə də, onların cəmi büdcəyə ciddi yük yaradır. Nəticədə ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər zəruri xərclər üçün vəsait azalır.

Digər risk istehlakın süni şəkildə artmasıdır. İnsan nağd pul ödəmədiyi üçün məhsulun real dəyərini və öz maliyyə imkanlarını əvvəlki qədər ciddi qiymətləndirməyə bilər. Bəzən ehtiyac olmadığı halda belə, reklamlar və əlçatan taksit imkanları insanı əlavə alış-verişə sövq edir. Bu isə gələcək aylarda əldə ediləcək gəlirin artıq indidən xərclənməsi deməkdir”.

İqtisadçı qeyd edib ki, hissə-hissə ödənişlə alış-veriş zamanı məhsulun nağd qiyməti ilə taksit üzrə ümumi qiymətini müqayisə etmək vacibdir:

"Bəzən ‘faizsiz taksit’ kimi təqdim edilən təkliflərdə əlavə xidmət haqqı, komissiya və ya başqa xərclər ola bilər. Buna görə yalnız aylıq ödənişə deyil, müqavilənin sonuna qədər ödəniləcək ümumi məbləğə baxmaq lazımdır.

İkinci vacib məsələ ailənin aylıq büdcəsinin əvvəlcədən hesablanmasıdır. Gəlirdən ərzaq, kommunal xidmətlər, nəqliyyat, dərman və digər zəruri xərclər çıxıldıqdan sonra qalan vəsait müəyyənləşdirilməlidir. Taksit ödənişləri gəlirin hamısını deyil, yalnız ailənin rahatlıqla qarşılaya biləcəyi hissəsini əhatə etməlidir. Gözlənilməz xərclər və gəlirin müvəqqəti azalması ehtimalı da nəzərə alınmalıdır”.

 

Akif Nəsirli vurğulayıb ki, müqavilə şərtləri və ödənişlərin gecikdirilməsi ilə bağlı mümkün nəticələr də diqqətdə saxlanılmalıdır:

"Ödəniş vaxtında edilmədikdə əlavə faiz və digər hüquqi nəticələr yarana bilər. İstehlak krediti müqavilələrində faktiki illik faiz dərəcəsi, bütün əlavə ödənişlər, gecikmə faizləri və ödəniş qrafiki barədə məlumatlar nəzərdə tutulmalıdır.

Bundan başqa, vətəndaşlar eyni vaxtda çoxsaylı taksit öhdəlikləri götürməkdən çəkinməli, müqavilənin surətini saxlamalı və məhsulun zəmanət, dəyişdirilmə və geri qaytarılma şərtlərini əvvəlcədən öyrənməlidirlər. Məhsulun qiyməti və ödəniş şərtləri aydın deyilsə, müqavilə bağlamağa tələsməmək daha düzgündür”.

İqtisadçı hesab edir ki, taksitlə alış-verişin sərfəli olub-olmaması vətəndaşın maliyyə imkanlarından və alış-veriş qərarından asılıdır:

"Nəticə etibarilə, taksitlə alış-veriş özlüyündə nə sərfəli, nə də zərərlidir. Bu üsul zəruri məhsulun alınmasını asanlaşdıra bilər, lakin gəlirə uyğun olmayan öhdəliklər ailənin maliyyə vəziyyətini pisləşdirə bilər. Ən sağlam yanaşma alış-veriş qərarını aylıq ödənişin kiçikliyinə görə deyil, məhsulun ümumi dəyərinə, real ehtiyaca və ailənin gələcək maliyyə imkanlarına əsasən verməkdir”.

Fəridə Əsədzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 Oktyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri