Aleksey İsayev: “Debüt oyunumda az qala külək məni aparırdı”
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sabah” futbol komandasının yarımmüdafiəçisi Aleksey İsayev UEFA Çempionlar Liqasındakı çıxışı ilə bağlı təəssüratlarını bölüşüb.
İdman.Biz xəbər verir ki, futbolçu Rusiyanın “Yenisey” komandasının sabiq baş məşqçisi, “Ya Çempion” akademiyasının direktoru Aleksey İvaxovla söhbətində karyerasının müxtəlif dövrlərini xatırlayıb.
Cari mövsümdə Çempionlar Liqasında iki dəfə meydana çıxan İsayev İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Barselona” komandalarına qarşı oynayıb.
“Hansı hissləri keçirirdim? Sanki balaca bir oğlan öz kiçik arzusunu gerçəkləşdirdi. Bununla belə, heç bir həyəcan və ya təşviş yox idi. Mənim üçün kiminlə oynamağın fərqi yoxdur. Xoş adrenalin hissi yaşayırdım. Karyeram boyu çəkdiyim bütün əziyyətlər hədər getmədi. Nəticədə olmalı olduğum yerə gəlib çatdım”, - deyə İsayev bildirib.
Azərbaycan millisinin üzvü “Yenisey”in heyətində keçirdiyi ilk qarşılaşmanı da xatırlayıb. O, 2014-cü ilin sentyabrında Sankt-Peterburqun “Dinamo” komandası ilə görüşün ikinci hissəsində meydana çıxaraq Rusiyanın Futbol Milli Liqasında debüt edib:
“Sankt-Peterburqda oynayırdıq. Çəkim 55 kiloqram idi, az qala külək məni aparırdı. Bax, onda çox həyəcanlı idim. Komandanı və mənə inanan insanları məyus etmək istəmirdim. Həmin görüşdə 0:1 hesabı ilə məğlub olduq, amma deyəsən, özümü pis göstərmədim”.
İsayev yüksək səviyyədə futbol oynamağı arzulayan gənc futbolçulara da tövsiyələrini verib:
“Uşaqlar, arzunuza inanın. Bu həyatda hər şey mümkündür. Sadəcə qarşınıza məqsəd qoymalı və ona doğru getməlisiniz. Çəkinizin və boyunuzun fərqi yoxdur. Arzulayın, inanın və hər şey alınacaq”.
Baxış sayı:57
Bu xəbər 29 Noyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















