Icma.az
close
up
RU
İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir

İsveçrədə silah ixracı qaydalarının yumşaldılması ilə bağlı referendum keçirilir

Icma.az bildirir, Apa.az portalına istinadən.

Bu gün İsveçrədə silah ixracına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı referendum keçirilir.

APA xəbər verir ki, səsvermə ötən il parlament tərəfindən hökumətin dəstəyi ilə qəbul edilmiş “Hərbi təyinatlı materiallar haqqında” qanuna dəyişiklikləri əhatə edir.

Hökumət hesab edir ki, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibə Avropanın təhlükəsizlik mühitini köklü şəkildə dəyişib.

Solçu partiyalar və humanitar təşkilatlar isə referendumun keçirilməsinə nail olublar. Onlar təklif olunan dəyişikliklərin ölkənin neytrallığına xələl gətirə biləcəyi və İsveçrədə istehsal olunan silahların münaqişələrdə istifadə olunması riskini artıra biləcəyi barədə xəbərdarlıq edirlər.

Noyabrın 18-də dərc olunan rəy sorğuları dəyişiklikləri dəstəkləyənlərin cüzi üstünlüyə malik olduğunu göstərib.

Qeyd edək ki, “Hərbi təyinatlı materiallar haqqında” qanuna dəyişikliklər İsveçrəyə hərbi münaqişələrdə iştirak edən və əvvəlcədən müəyyənləşdirilmiş tərəfdaş ölkələrə hərbi təyinatlı avadanlıq tədarük etməyə imkan verəcək. Bunun üçün ixrac əməliyyatları ölkənin neytrallıq öhdəliklərinə, xarici və təhlükəsizlik siyasəti maraqlarına uyğun olmalıdır.

Həmin ölkələrə Avropa İttifaqının üzvləri, Böyük Britaniya, ABŞ, Avstraliya və Yaponiya daxildir.

Bundan başqa, silah alan ölkələr İsveçrədə istehsal olunmuş silahları üçüncü ölkələrə ötürməzdən əvvəl avtomatik olaraq İsveçrənin icazəsini almaq öhdəliyindən azad ediləcəklər. Bununla belə, əvvəllər götürülmüş öhdəliklər qüvvədə qalacaq.

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin məlumatına görə, bütün ixrac əməliyyatları hökumətin təsdiqinə tabe olacaq.

Qanunvericiliyə dəyişiklikləri dəstəkləyənlər hesab edirlər ki, mövcud məhdudiyyətlər İsveçrənin müdafiə sənayesi müəssisələrini rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətə salıb və ölkənin beynəlxalq hərbi təchizat zəncirlərinə çıxışını təhlükə altına qoyub.

Almaniya bəzi müdafiə təchizatı müqavilələri üzrə İsveçrə şirkətlərini kənarda saxlayıb, Danimarka və Niderland isə sifarişlərini dayandırıb.

İsveçrənin silah ixracı 2025-ci ildə 43 faiz artaraq 948,2 milyon İsveçrə frankına (1,13 milyard ABŞ dolları) çatıb. Almaniya İsveçrə silahlarının ən böyük alıcısı olub.

Dəyişikliklərin əleyhdarları, o cümlədən humanitar təşkilatlar və solçu siyasətçilər isə ixrac nəzarətinin yumşaldılmasının İsveçrə silahlarının münaqişələrdə iştirak edən və ya insan hüquqlarını pozmaqda ittiham olunan ölkələrə çatması riskini artıracağını bildirirlər.

Referendum İsveçrə seçicilərinin neytrallıq prinsipinin Konstitusiyada daha sərt şəkildə təsbit edilməsini nəzərdə tutan başqa bir təşəbbüsü rədd etməsindən iki ay sonra keçirilir. Həmin səsvermədə seçicilərin 70 faizindən çoxu təşəbbüsün əleyhinə səs verib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi qanuna dəyişikliklərin hazırlanmasında əsas amillərdən biri olsa da, İsveçrənin neytrallıq qanunvericiliyinə əsasən, Ukraynaya birbaşa silah ixracı qadağası qalacaq.

Silahların üçüncü ölkələr vasitəsilə dolayı yolla Ukraynaya ötürülməsinə də məhdudiyyətlər şamil ediləcək.

İsveçrə vətəndaşları bu gün daha üç məsələ ilə bağlı da səs verəcəklər. Bunlara pensiya sisteminin maliyyələşdirilməsi, fişənglərdən istifadəyə məhdudiyyətlər və evli cütlüklərin vergiyə cəlb olunması qaydalarına dəyişikliklər daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Noyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri