Icma.az
close
up
RU
AYNA Bakını sınaq meydanına çevirir

AYNA Bakını sınaq meydanına çevirir

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “Avropa Mobillik Həftəsi” çərçivəsində keçirdiyi tədbirlər, xüsusilə də sentyabrın 20-də planlaşdırılan “Avtomobilsiz Gün” Bakıda nəqliyyat siyasətinin prioritetlərini yenidən gündəmə gətirib. 

Belə ki, sentyabrın 20-də  “Avtomobilsiz Gün” olacaq. Həmin gün saat 10:00-dan 20:00-dək Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Bir küçənin saatlarla avtomobillərin hərəkətinə bağlanması, velosiped və skuterlərin nümayiş etdirilməsi, test sürüşlərinin və müxtəlif tədbirlərin keçirilməsi mikromobilliyin təşviqi baxımından təqdim olunur.

Lakin əsas məsələ bu tədbirlərin şəhərin real nəqliyyat probleminə nə qədər cavab verməsidir. Çünki Bakıda vətəndaşın əsas problemi velosiped və ya skuter sürməyi bilməməsi deyil. Əsas problem insanların gündəlik olaraq bir yerdən digərinə vaxtında, təhlükəsiz və rahat çata bilməsidir. Avtobuslarda sıxlıq, dayanacaqlarda uzun gözləmə, bəzi istiqamətlərdə alternativlərin azlığı və pik saatlarda tıxac hələ də qalır.

Belə bir vəziyyətdə avtomobildən imtinanın təşviq edilməsi real vəziyyətlə tam üst-üstə düşmür. Əgər məqsəd avtomobildən asılılığı həqiqətən azaltmaqdırsa, əvvəlcə insanların niyə avtomobildən istifadə etməyə məcbur qaldığına baxılmalıdır. İctimai nəqliyyatın keyfiyyəti, avtobusların sayı, hərəkət intervalı, marşrutların əhatəsi, dayanacaqlar, piyada və velosiped infrastrukturu birlikdə həll edilməlidir. Bunlar olmadan velosiped və skuter təşviqi əsas problemi həll etməyəcək. Vətəndaşdan avtomobildən imtina etməsini istəməzdən əvvəl ona avtomobilsiz də rahat yaşaya biləcəyi şərait yaradılmalıdır.

Nəqliyyat problemlərinin artdığı bir dövrdə paytaxtda “Avtomobilsiz Gün” keçirmək nə dərəcədə məntiqlidir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, “Avtomobilsiz Gün” ideyası dünyada şəhər mobilliyinin, ekoloji nəqliyyatın, piyada və velosiped hərəkətinin təşviqi baxımından müsbət təcrübədir:

“Bakıda da belə tədbirlərin keçirilməsi maarifləndirmə baxımından faydalı ola bilər. AYNA-nın açıqlamasına əsasən, sentyabrın 20-də söhbət bütün Bakının avtomobillərə bağlanmasından deyil, Yasamal rayonunda Məhəmməd Naxçıvani küçəsinin saat 10:00-dan 20:00-dək nəqliyyat vasitələrinin hərəkətinə bağlanmasından gedir. Burada mikromobillik zonası, velosiped və skuter testləri, təhlükəsiz idarəetmə təlimləri və digər tədbirlər nəzərdə tutulub.  Ancaq məsələyə daha geniş şəhər nəqliyyatı siyasəti prizmasından baxsaq, “avtomobilsiz şəhər” ideyasının uğurlu olması üçün vətəndaşa avtomobilin real alternativi əvvəlcədən təqdim edilməlidir. İnsanlara sadəcə “şəxsi avtomobildən az istifadə edin” deməklə davranışı dəyişmək çətindir. Vətəndaş bilməlidir ki, avtomobilini evdə saxladığı gün işə, universitetə, məktəbə, xəstəxanaya və ya digər ünvana vaxtında, rahat, təhlükəsiz və proqnozlaşdırılan müddətdə çata biləcək.

Bunun üçün metro və avtobusların daşıma qabiliyyəti, avtobusların hərəkət intervalı, xüsusi avtobus zolaqlarının fasiləsizliyi, şəhərətrafı ərazilərlə mərkəz arasında əlaqə, parklanıb ictimai nəqliyyata keçid imkanları, piyada infrastrukturu və velosiped şəbəkəsi bir sistem kimi işləməlidir. Hazırda avtobus parkının genişləndirilməsi istiqamətində ciddi addımlar atılır.

AYNA 14 sentyabrda açıqlayıb ki, tədris mövsümünün başlaması ilə Bakı marşrutlarına çıxarılan avtobusların sayı 2530-a çatdırılıb. 2022-ci ilin sentyabrında bu göstərici 1780 idi, yəni beş il ərzində 750 avtobus və ya 42 faiz artım var.  Bu, mühüm irəliləyişdir, amma avtobusların sayının artması avtomatik olaraq avtomobilə tam alternativ yaranması demək deyil”. 

Onun sözlərinə görə, əgər avtobus ümumi tıxacın içində qalırsa, avtobus zolağı müəyyən nöqtədə kəsilirsə, dayanacaqda böyük sərnişin sıxlığı yaranırsa və ya şəhərin kənar yaşayış massivlərindən metroya sürətli bağlantı yoxdursa, şəxsi avtomobil istifadəçisi yenə avtomobildən imtinaya həvəs göstərməyəcək:

“Eyni yanaşma velosiped və skuterlərə də aiddir. Bir küçədə mikromobillik zonası yaratmaq maarifləndirmə üçün yaxşıdır, lakin gündəlik nəqliyyat alternativinin yaranması üçün velosipedçi yaşayış yerindən iş və ya təhsil yerinə qədər təhlükəsiz və mümkün qədər fasiləsiz infrastrukturla hərəkət edə bilməlidir. Buna görə “Avtomobilsiz Gün” yalnız simvolik aksiya kimi deyil, həm də şəhərin nəqliyyat sisteminin sınağı kimi qiymətləndirilə bilər.

Həmin gün vətəndaşa “avtomobilini sürmə” deyiriksə, paralel olaraq “sənin üçün bu qədər əlavə avtobus, bu qədər qısaldılmış interval, bu alternativ marşrutlar, metro ilə bu bağlantılar və bu mikromobillik imkanları var” deyə bilməliyik. Xüsusilə gələcəkdə tədbir bir küçədən çıxaraq daha böyük əraziləri əhatə edəcəksə, əvvəlcədən həmin zonaya xidmət edən ictimai nəqliyyatın gücləndirilməsi, əlavə avtobusların ayrılması, intervalların azaldılması, alternativ marşrutların ictimaiyyətə dəqiq elan edilməsi, taksi üçün xüsusi minib-düşmə nöqtələrinin yaradılması, əlilliyi olan şəxslər və yaşlı insanlar üçün əlçatanlığın təmin edilməsi vacibdir”. 
Ekspert qeyd edib kİ, əsas məqsəd avtomobili qadağan etmək deyil, avtomobilə ehtiyacı azaltmaq olmalıdır:

"Vətəndaş şəxsi avtomobilindən məcburiyyət qarşısında deyil, avtobusun, metronun, piyada və mikromobillik imkanlarının daha rahat və sərfəli olduğunu gördüyü üçün könüllü şəkildə imtina edirsə, onda “Avtomobilsiz Gün” həqiqətən şəhər mobilliyi siyasətinin nəticəsinə çevrilir.

Əks halda, tədbir bir küçənin on saatlıq bağlanması və maarifləndirici aksiya səviyyəsində qala bilər. Ona görə Bakıda belə təşəbbüslərin keçirilməsini faydalı hesab etməklə yanaşı, əsas diqqəti alternativ nəqliyyat sisteminin tədbirdən əvvəl hazırlanmasına yönəltmək lazımdır. Əvvəl alternativ yaradılmalı, sonra insanlardan avtomobildən daha az istifadə gözlənilməlidir”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Sentyabr 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri