Icma.az
close
up
RU
Çində Azərbaycan ədəbi dilinin ilk balanslaşdırılmış korpusu istifadəyə verilib

Çində Azərbaycan ədəbi dilinin ilk balanslaşdırılmış korpusu istifadəyə verilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pekin, 2 noyabr, AZƏRTAC

Dünyada ilk müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu olan “azGLOBE” Pekin Xarici Dillər Universiteti (PXDU) tərəfindən istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, PXDU-nun Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin rəhbərliyi altında yaradılan “azGLOBE” korpusu 1 milyon sözü əhatə edir. Korpusun yaradılmasında PXDU-nun Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müəllim və tələbə heyəti yaxından iştirak edib. Mətnlərin seçilməsi Braun ailəsinə aid korpuslar modelinə (Brown family corpora) əsaslanır və 4 əsas janrı əhatə edir: dövri mətbuat mətnlərini əhatə edən publisistik, elmi mətnləri əhatə edən akademik, ədəbi mətnləri əhatə edən bədii və digər müxtəlif janrların daxil olduğu qarışıq mətnlər.

Müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu “azGLOBE” “The GLOBE Corpus”un (Global Languages Out of BFSU Expertise, GLOBE) alt korpuslarından biridir. Bu korpus PXDU-nun Xarici Dillərin Tədrisi üzrə Çin Milli Tədqiqat Mərkəzinin professoru Sü Ciacinin (Xu Jiajin) rəhbərliyi ilə yaradılmış korpuslar toplusunun tərkib hissəsidir. Hazırda “GLOBE” korpusuna 51 dil daxildir. O, dil sayına görə dünyada ən böyük korpuslardan biridir.

“azGLOBE” korpusu müasir Azərbaycan dilinin leksik və qrammatik xüsusiyyətlərinin tədqiqi üçün müstəqil mənbə kimi istifadə oluna bilər. Eyni zamanda, dillərarası müqayisəli tədqiqatların aparılması üçün “GLOBE” korpusunun digər dillərə aid altkorpusları ilə birgə tətbiq edilə bilər. Korpusdan müasir Azərbaycan ədəbi dilinin leksik tərkibinin və qrammatik quruluşunun tədqiqində, müqayisəli dilçilikdə, lüğətşünaslıqda, dərslik və tədris materiallarının hazırlanmasında geniş istifadə oluna bilər. Korpusdan dünyanın istənilən yerindən müvafiq link (http://114.251.154.212/cqp/azglobecorpus/) vasitəsilə pulsuz istifadə etmək mümkündür. Növbəti illərdə korpusun söz ehtiyatı davamlı şəkildə artırılacaqdır.

Qeyd edək ki, Pekin Xarici Dillər Universiteti Azərbaycan dilinin xaricdə müstəqil ixtisas kimi tədris olunduğu ilk və yeganə universitetdir. 2018-ci ildə Azərbaycan dili ixtisası üzrə bakalavriat səviyyəsi ilk tələbə qəbulunu həyata keçirən universitetdə növbəti tədris ilindən Azərbaycan dili magistratura səviyyəsində də tədris olunacaq. Bununla da, universitet Azərbaycan dilinin tədrisinin inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyub. Rəqəmsallaşma dövrünün tələblərinə uyğun olaraq, Azərbaycan dilinin tədrisi sahəsində də bir sıra yeniliklərə imza atılıb. Belə ki, 2025-ci ildən etibarən Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrası tərəfindən Azərbaycan dili üzrə Açıq Kütləvi Onlayn Dərs (MOOC) də istifadəyə verilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Noyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri