Icma.az
close
up
RU
AYNA dan velosiped zolaqlarının tıxac yaratması iddilarına CAVAB

AYNA dan velosiped zolaqlarının tıxac yaratması iddilarına CAVAB

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar paytaxt yollarında hərəkətin tənzimlənməsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. 
Bunlardan biri kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yollarda miktomobillik zolaqları çəkilib. Ancaq bəzi vətəndaşların fikrincə, həmin zolaqlar bəzən tıxacların yaranmasına da səbəb olur. Burada əsas problem kimi velosiped yollarının bəzi ərazilərdə səkidə salınmaması göstərilir. 
Niyə velosiped zolaqları bəzi ərazilərdə səkidə, bəzi ərazilərdə isə yollardadır və velosiped zolağından istifadə hansı səviyyədədir? 
Məsələ ilə bağlı AYNA-dan bildirilib ki, mikromobillik zolaqlarının tıxacların yaranmasına səbəb olması barədə deyilənlərin heç bir əsası yoxdur: 
“AYNA tərəfindən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində mikromobillik infrastrukturunun qurulması, inkişafı və təşviqi üzrə bir sıra layihələr icra edilir. Əhalinin mikromobillik vasitələrindən təhlükəsiz və əlverişli formada istifadəsi üçün mikromobillik zolaqları qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir”. 
Bildirilir ki, bir çox Avropa şəhərlərində zolaqlar əsasən “pop-up” adlandırılan üsulla salınır:
“Layihələndirmə zamanı insanyönümlü müasir şəhərlərdə prioritet piyadalar olduğu üçün səkilərdə zolaqların salınması bir çox hallarda məqsədəuyğun deyil. Lakin Bakının əksər küçələrində zolaqlar salınanda avtomobillər üçün hərəkət zolaqlarının sayı dəyişdirilmir, onların eni standartlara uyğunlaşdırılmaqla əlavə mikromobillik zolağı təmin olunur. 
Statistikaya əsasən, bu tip zolaqlar salındıqca mikromobillik vasitələrinə olan maraq da artır. İnsanlar bu zolaqlarda özlərini daha təhlükəsiz hiss edir və mənzil başına zamanında çata biləcəkləri üçün bu tip nəqliyyat vasitələrindən daha çox istifadə etməyə üstünlük verirlər. 
Belə ki, artıq Bakı şəhərində mikromobillik vasitələrinə olan aylıq sifariş sayı yarım milyona yaxınlaşır. İl yarım müddət üçün bu, kifayət qədər yüksək rəqəmdir. Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq ki, şəxsi velosiped və skuterlərindən istifadə edənlər də var, demək, rəqəmlər daha yüksəkdir”. (cebhe.info)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri