Icma.az
close
up
RU
Aysu Qəhrəmanova: Məni Van Dammın qadın versiyası adlandırıblar FOTO/VİDEO in EKSKLÜZİVİ

Aysu Qəhrəmanova: Məni Van Dammın qadın versiyası adlandırıblar FOTO/VİDEO in EKSKLÜZİVİ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aysu bu yaxınlarda Taylandda rəqibini nokaut edib və ONE FC-yə gedən yolda seçmə mərhələlərdən biri olan Patong Liqasının qalibi olub.

Hazırda Taylandda olan azərbaycanlı idmançı İdman.biz-ə müsahibəsində keçirdiyi döyüşlərdən, döyüş sənətinə necə başladığından, UFC ulduzu Toni Ferqyusonla görüşündən danışıb.

- Taylanddakı son döyüşünüz barədə nə deyə bilərsiniz?

- Nüfuzlu ONE FC təşkilatına daxil olmaq üçün təsnifat turnirlərində iştirak edirəm. Xüsusilə, son döyüşüm Taylandda böyük maraq doğurdu və bunun sayəsində seçim mərhələlərindən birində iştirak etmək üçün dəvət aldım. Ümid edirəm ki, növbəti döyüşlərim də uğurlu olacaq.

- Ən çətin döyüşünüz hansı oldu?

- Ən çətin döyüş mən bura gələndən on gün sonra oldu. Məndən 10 kq ağır olan ispaniyalı ONE FC çempionu ilə döyüşdüm. Mənim üçün çox çətin, eyni zamanda uğurlu döyüş oldu. Bu görüş sayəsində əvəzsiz təcrübə qazandım.

- Neçə vaxtdır Taylanddasınız?

- Artıq üç aydır ki, burada təlim-məşq toplanışındayam və eyni zamanda yarışlarda, peşəkar döyüşlərdə iştirak edirəm. Tayland MMA döyüşçülərinin hazırlanması üçün məşhur yer hesab olunur.

- Taylandda nə qədər qalmağı planlaşdırırsınız?

- Noyabr ayına qədər burada olmağı planlaşdırıram, ondan sonra Azərbaycan millisinin tərkibində İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcəyəm. Daha sonra Taylanda qayıdaraq peşəkar döyüşlərdə iştirak etməyə davam edəcəyəm.

- Məlumdur ki, bir çox azərbaycanlı döyüşçülər Taylandda məşq edir. Onlarla görüşmüsünüz?

- Bilirəm ki, burada məşhur azərbaycanlı döyüşçü Rafael Fiziyev məşq edir. Onunla hələ görüşməmişəm, amma onun idman zalında olmağı çox istərdim. Ümumiyyətlə, burada çoxlu azərbaycanlı döyüşçü var. Onlar müxtəlif şəhər və kəndlərdə yaşayır, müxtəlif idman zallarında məşq edirlər. Vaxt olanda biz görüşürük. Məşqçim daim onlarla münasibət saxlayır, lazım olanda köməklik edir.

- Sosial şəbəkələrdə UFC ulduzu Toni Ferqyusonla şəkliniz var. Görüş haqqında məlumat verə bilərsiniz?

- Onunla Taylandda keçirilən MMA turnirlərinin birində tanış olduq. Tamaşaçılar arasında onu gördüm, yaxınlaşdım və birlikdə şəkil çəkdirməyi xahiş etdim. Nəticədə birgə foto və qısa video çəkdirdik.

- Kikboksinq kimi bir idmanda azərbaycanlı qızlara tez-tez rast gəlmək mümkün deyil. Niyə məhz bu istiqaməti seçdiniz?

- 7-8 ildir idmanla məşğulam. Taekvondo ilə başlamışam. Uşaqlıqdan idmanla məşğul olmaq istəyirdim. Atam məni oğlan kimi böyüdürdü: qonşuların uşaqları ilə dalaşırdım, futbol oynayırdım. Atamın ölümündən sonra həyatım dəyişdi. İdmanla məşğul olmaq istəyirdim, amma anam buna qarşı idi. Doqquz yaşım olanda evdən qaçıb Azərbaycan İdman Akademiyasına getdim, yolu isə qarşıma çıxan insanlardan soruşurdum. Akademiyada bir müəllimlə tanış oldum və taekvondo ilə məşğul olmağa başladım. Daha sonra evə qayıtdım və anama etiraf etdim, amma məşqi gizlicə davam etdirdim. Dörd il taekvondo ilə məşğul oldum, amma məşqçim gedəndən sonra kikboksinqə keçdim və iki ildən artıqdır ki, məni hazırlaşdıran Elvin Səfərovun yanındayam. O, əla məşqçidir, çox tələbkardır və hər şeyə görə ona minnətdaram. Bəzən çətin olur, bəzən çox yoruluram, amma təslim olmuram və sevinirəm ki, belə bir məşqçim var.

- Ananız seçiminizi necə qarşıladı?

- Təkcə anam yox, qardaşım da məşq etməyimin qəti əleyhinə idi. Hətta mənə idman zalına getməyi də qadağan etdilər. Çantamı yığıb mətbəxdə gizlədirdim və gizlicə məşqə qaçırdım. Anam qorxurdu ki, xəsarət alaram, ən çox burnuma görə narahat idi. Nəticə olaraq burnum üç dəfə qırılıb (gülür). O, dərzidir və həmişə zərif bir qız arzulayırdı ki, ona gözəl paltarlar tikə bilsin. İndi də mənə paltar tikəndə deyir ki, mən Van Dammın qadın versiyasıyam.

- Bəs ananızı necə yola gətirə bildiniz?

- Anam mənim nailiyyətlərimi, uğurlarımı görəndən sonra mənimlə fəxr etməyə başladı. Qeyd edim ki, mənim döyüşçü paltarımı anam tikir. Bundan əlavə, məşqçim yanımda olduğu üçün arxayındır. Ona görə də bu idmanda inkişaf etdiyimi görüb Taylanda getməyimə icazə verdi.

- Qarşınıza hansı hədəfləri qoymusunuz?

- Əsas məqsədim ONE FC-yə daxil olmaq və çempionluq titulunu qazanmaqdır. Mən bu qurumda ilk azərbaycanlı idmançı ola bilərəm. Ümid edirəm ki, əziyyətimin nəticəsi olaraq bu məqsədimə çatacağam.

Və təbii ki, qismət olsa, UFC-də yarışmaq istərdim.

Teymur Tuşiyev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Avqust 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri