Icma.az
close
up
RU
Ayxan Abbasov: “Yaxşı komanda istəyiriksə, sistem olmalıdır”

Ayxan Abbasov: “Yaxşı komanda istəyiriksə, sistem olmalıdır”

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ”, “Sumqayıt”, “Turan Tovuz” və “Zirə” mövsümün ikinci dövrəsinə hazırlıqlarını Türkiyədə keçir. Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov komandaları izləmək üçün Antalyaya yollanıb. O, “Qarabağ” və “Zirə”nin dünən baş tutan yoxlama matçlarını da izləmək imkanında olub.

Abbasovla səfəri və digər məsələlər haqda danışdıq:

– Bir neçə gündür Antalyadasınız. Səfərinizin məqsədini bilmək istərdik.
– Milli komandanın futbolçuları klublarının heyətində toplanışdadır. Məqsədimiz onları yoxlama oyunlarında iş başında izləməkdir. İki köməkçim ilk gündən buradadır. Çalışırıq ki, bütün oyunları canlı izləyək. Bu gün üç qarşılaşmaya baxdıq.

– Müşahidəniz nəyi göstərir?
– “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov ilk hissədə daha çox yerli futbolçulara şans verdi. Hətta onların içərisində gənclər də var idi. Yaxşı təsir bağışladılar. “Qarabağ” oyunu iki heyətlə keçirdi. Birinci hissədə 2 yerli futbolçu meydanda idi. İkinci hissədə azərbaycanlıların sayı 5-ə çatdı. “Sumqayıt” Antalyada 2 oyun keçirib və hər ikisində yerli futbolçular şans qazanıblar. Hazırlıq davam etdiyi üçün tam ideal formada olmasalar da, pis təsir bağışlamırlar.

– Renat Dadaşovla görüşünüzün özəl səbəbi var idi?
– Bildiyiniz kimi, Renat Dadaşov da buradadır. Onunla da görüşdüm. Milli üzvləri hiss etməlidirlər ki, yoxlama oyunları da onlar üçün vacibdir.

– Millinin qarşıdakı oyunlarında yeni adlar görə biləcəyik, yoxsa hələ gözləməliyik?
– Gənclər var ki, bu gün milli komandanın qapısını döyürlər. Son toplanışda 2-3 futbolçu debüt etdi. Məncə, belə davam etsə, yenə yeni adlar olacaq. Namizədləri izləyirik, məşqçiləri ilə danışırıq.

– Paralel olaraq “Şamaxı”nı da çalışdırdığınızı nəzərə alsaq, səfərinizin klubunuza faydası oldumu?
– Təbii ki, izlədiyimiz komandalar həm də rəqiblərimizdir. Bundan başqa, elə gənclər var ki, onları “Şamaxı”da görmək istəyirəm. Onları da izləyirəm. Bizim iddiamız digərlərindən fərqlidir. Başqalarından fərqli olaraq, biz gənclərə daha çox meydan verməyə çalışırıq.

– Belə vəziyyət yaranıb ki, yerli futbolçular daha çox oynaya biləcəkləri klublara üz tutmaqda maraqlı deyillər.
– Məncə, növbəti mövsüm dediyiniz məqam baxımından daha fərqli olacaq. Bunu düşünəcəklər. Məlum qaydalardan sonra bu ilk ildir, bir çoxunun klubu ilə müqaviləsi var. Karyeralarını fikirləşirlərsə, növbəti mövsüm diqqətli seçim etməli olacaqlar.

– Millinin martda toplanışı olacaq. Yaxın altı ay üçün qrafikdə dəyişiklik etməyi düşünürsüz?
– Bilirsiz ki, mart ayında FIFA-nın pəncərəsində 2 oyun var. Yayda Avstriyada toplanış təşkil etmək fikrimiz var. Həmin arada da 2 oyun keçirməyi fikirləşirik. Fikrimcə, Millətlər Liqasının startına qədər iki toplanış kifayət edəcək.

– İnsanları düşündürən əsas məsələ millidə mümkün köklü dəyişikliklə bağlıdır.
– Bu dəqiqə köklü dəyişiklik üçün böyük seçimimiz, perspektivli futbolçumuz yoxdur ki, beş-on il irəlini fikirləşək. Bunun üçün gərək elə U-21 və ya U-19 komandamız olsun ki, onları qazanmaq üçün nələrdənsə keçməyi gözə alaq. Bu proses yavaş-yavaş olacaq. Bu gün sevindirici məqam ondan ibarətdir ki, millimiz orta yaş göstəricisinə görə gəncdir. U-21-də oynamalı olan 2004 və 2005 təvəllüdlü Xəyalın, Rüfətin əsas millidə çıxış etməsi qeyd olunmalıdır. Onların sayını artırmalıyıq ki, gələcəkdə keçid prosesində axsamayaq. Təcrübəlilərlə rəqabətə girəcək gənclərə ehtiyacımız var.

– Əsas millinin baş məşqçisi kimi U-21-ə təyinat barədə fikirlərinizi bilmək istərdik.
– (gülür) Onu deyə bilərəm ki, U-21 ilə sıx əlaqədəyik. Çalışırıq ki, bəzi futbolçularla bağlı bir yerdə fikir mübadiləsi edək. Onların son oyunları zamanı özüm də səfərə getmişdim. Çünki U-21 ilə əsas milli arasında bağlılıq olmalıdır. Ümumiyyətlə, aşağı yaş qrupları eyni fəlsəfəyə xidmət etməlidir. Yaxşı komanda istəyiriksə, sistem olmalıdır. Bunu rəhbərliklə müzakirə edirik. Bunun üçün vaxt lazımdır.

“FutbolPress”
(Antalya)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 Yanvar 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri